İnam-İnşaat 555 MTK

İnam-İnşaat 555 MTK

99412 568-25-80

Layihə haqqında

"İnam-İnshaat 555 MTK" yaşayış kompleksi – paytaxtın fəal şəkildə inkişaf edın rayonunda yerləşən geniş mənzillərlə yüksək mərtəbəli müasir binadır.

Tikinti Planı

Yerləşdiyi yer

"İnam-İnshaat 555 MTK" yaşayış kompleksi Bakıda Azadlıq prospekti 187 ünvanında, iri sənaye zonalarından kənarda və metrodan cəmi altı dəqiqəlik piyada yolu məsafəsində yerləşir. Dəniz sahilinə təxminən doquz kilometr, Böyükşor gölünə qədər isə dörd kilometrdən bir az artıq məsafədir. Bakı meriyası yeni tikilidən on kilometr yarım məsafədə yerləşir.

Ətraf mühiti

Yaşayış kompleksinin yanında bir çox sosial-məişət obyektləri mövcuddur. Yaxınlıqda bir neçə mağazalar, mini- marketlər və gecə-gündüz işləyən supermarketlər var. Həmçinin yaxınlıqda aptek, bank şöbəsi işləyir, müxtəlif kafelər, barlar, restoranlar mövcuddur. Bir kilometr məsafədə "Baku Tennis Academy" idman kompleksi var.

"Avrasiya" tibb mərkəzinə iki dəqiqəyə çatmaq olar, iki kilometrlik məsafə aralığında isə "Vertebra" klinikası yerləşir. 10 saylı poliklinikaya qədər cəmi 550 metrdir.

"İnam-İnshaat 555 MTK" kompleksindən yarım kilometr aralıda 115 saylı orta məktəb, eləcə də Azerbaycan Əmək ve Sosial Munasibətlər Akademiyasi yerləşir. 135 saylı məktəbə qədər bir kilometrdən bir az artıq məsafədir, 248 saylı və 83 saylı məktəblərə qədər isə on-on üç dəqiqəyə çatmaq olar.

Nəqliyyat mübadiləsi haqqında

Şəhər nəqliyyatının hərəkəti Azadlıq prospekti ilə təşkil olunub – ən yaxın dayanacağa qədər cəmi yüz əlli metrdir. "Azadlıq Prospekti" metro stansiyası 600 metr məsafədə yerləşir. Bakı Dəmir yolu vağzalına qədər yeddi kilometrdən az məsafədir, Heydər əliyev adına Beynəlxalq Hava Limanı iyirmi dörd kilometr məsafə aralığında yerləşir.

Memarlıq

"İnam-İnshaat 555 MTK" yaşayış kompleksi – müasir üslubda layihələndirilmiş çardaqlı on altı mərtəbəli binadır. Dəmir- beton monolit çərçivə, bu bölgə üçün lazımi şərtlərə uyğun olaraq qəbul edilmiş konstruksiyanın yüksək zəlzələ müqavimətini təmin edir.

Silikat kərpicdən olan divarları yaxşı səs və istilik izolyasiya xüsusiyyətlərinə malikdir. Bundan əlavə xarici divarları ekoloji cəhətdən təhlükəsiz, uzunmüddətli istilik izolyasiyası olunur, fasadi isə izolyasiyalı boya örtüyü ilə üzlənir.

Mənzillərdə metal barmaqlıqlı çitleri olan geniş, açiq şüşələnməmiş eyvanlar nəzərdə tutulub. Bundan başqa, yaşayış kompleksində tamamilə şüşələnmiş eyvanlar da olacaq. Pəncərə blokları metal-plastik profildən hazırlanıb və enerji qoruyan ikiqat şüşələrlə şüşələnibdir.

Yeni kompleks hər bir korpusda üç səssiz, sürətli liftlər ilə təchiz olunur. Həmçinin ev domofonlar, yanğından mühafizə sistemi, ehtiyat generatoru olan qəza işıq sistemi ilə təchiz olunur.

Həyətyanı ərazisində

"İnam-İnshaat 555 MTK" yaşayış kompleksi evlərinin yanında o cümlədən, xüsusi nəqliyyat üçün nəzərdə tutulmuş rahat avtomobil yolları, eləcə də piyada yolları çəkiləcək. Kənar şəxslər üçün qapalı həyətində dekorativ bitkilər, müxtəlif ağaclar, gül ləkləri əkilir. Ərazisi mühafizə olunur, video müşahidə kameraları quraşdırılır. Ərazisi gecə vaxtı küçə işıqlandırma fənərləri ilə işıqlandırılır.

Sakinlərin öz avtomobillərini saxlaya biləcəkləri böyük yeraltı parkinq tikilir. Qonaq nəqliyyatı üçün isə yerüstü dayanacaq tikilir. Ərazisində müxtəlif yaşlı uşaqlar üçün oyun zonası və oturacaq yerləri ilə istirahət zonası yaradılır. Tikinti layihəsi üzrə öz uşaq bağçası və idman zalı nəzərdə tutulub.

Yaşayış fondu

Yeni mənzillərin qiymətinə peyk televiziyası, eləcə də yüksək sürətli internet bağlantısı daxildir. Mənzil qaz, soyuq su ilə təmin edilir. İstilik – fərdidir.

Sahəsi 63 kv. m olan mənzil ala bilərsiniz. Daşınmaz əmlakın maksimal sahəsi – 225 kvadrat metrdir. Yaşayış fondunda erqonomik planlaşdırma ilə bir, iki, üç, dörd otaqlı mənzillər təqdim olunub. Tavanların hündürlüyü – 3,3 metrdir.

Şirkətin ofisində daşınmaz əmlak xüsusiyyətlərini dəqiqləşdirmək, eləcə də mənzil satışlarının həyata keçirildiyi şərtləri öyrənmək olar.

Tikinti şirkəti

Bu layihənin tikinti şirkəti "İnam-İnshaat 555 MMC" müəssisəsidir. Şirkət Azərbaycanın paytaxtında çoxmənzilli komplekslərin tikintisi ilə məşğul olur. Tikinti şirkətinin daha ətraflı fəaliyyəti haqqında məlumatı onun ofisində öyrənmək olar.

Yerləşmə

Bakı şəh., Azadlıq prospekti, 187

Ətraflı məlumat

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller