Grand Nərimanov

Grand Nərimanov

Layihə haqqında

«Grand Nərimanov» yaşayış kompleksi «Lider N» şirkəti tərəfindən tikilir və 2019-cu ilin ikinci yarısında təhvil verilməyə planlaşdırılıb.

Tikinti Planı

Yeri

Yeni kompleks Nərimanov rayonunda Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsi yaxınlığında yaranacaqdır. Şəhərin bu hissəsi bir çox dövlət qurumları, eləcə də bir neçə mədəni və əyləncə obyektlərinin yaxınlığı ilə məşhurdur.

Yaxınlığında

Ətraf infrastrukturu müxtəlifdir və müxtəlif müəssisələr ilə təmsil olunubdur. Yeni kompleksdən cəmi bir neçə dəqiqəlik piyada yolunda «Ankara Baki» ümumtəhsil məktəbi, bir az sonra Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan diplomatik akademiyası yerləşir. Həmçinin olduqca yaxında 6 saylı uşaq xəstəxanası var. «Rahat» supermarketində və «Gənclik Mall» ticarət mərkəzində isə alış-veriş etmək olar.

«Grand Nərimanov» yaşayış kompleksinin yaxınlığındakı tanınmış obyektlər haqqında danışsaq, bu Heydər Əliyev Mədəniyyət mərkəzi, T. Bəhrəmov adına stadion, «Trump Tower» biznes mərkəzi, və Bakı konqres mərkəzidir. Həmçinin yeni kompleksdən Bakı heyvanat bağçasına cəmi 800 metr məsafə, yerləşir, Dədə Qorqud parkına qədər isə 1 km məsafədir. Çox yaxında bir neçə parknzonaları var.

Nəqliyyatı

«Grand Nərimanov» yaşayış kompleksindən 10 dəqiqəlik piyada gəzinti yolunda «Gənclik» metro stansiyası işləyir. Yerüstü ictimai nəqliyyat dayanacaqları Təbriz küçəsində yerləşir. 1 kilometr məsafə aralığında öz avtomobiliniz ilə tez gedə biləcəyiniz Heydər Əliyev prospekti keçir.

Yaşayış kompleksinin təsviri

«Grand Nərimanov» 14 mərtəbəli yeddi korpusdan ibarətdir. Birinci mərtəbə ticarət obyektləri üçün planlaşdırılıb, yeraltı mərtəbədə isə qaraj yerləşəcək. Binalar ilə yaranan daxili həyət kənar şəxslər üçün qapalı olacaq, videomüşahidə quraşdırılıb və mühafizə olunur.

Mənzillər haqqında

Yeni kompleks ən balacasının sahəsi cəmi 27,8 kvadrat metr, ən genişin isə sahəsi 181 kvadrat metrə çatan 1-4-otaqlı mənzillər təklif edir. Planlaşdırmalar bir neçə variantda təqdim olunmuş, təmiri yerinə yetirilmir.

Mənzillərin satışı daşınmaz əmlak dəyərinin 40% ilkin ödəmə şərti ilə 12-24 ay müddətinə hissə-hissə ödəmə imkanı ilə mümkündür. Ətraflı məlumat layihənin rəsmi saytında təqdim olunmuşdur.

Yerləşmə

Bakı şəh., Əbdüləzəl Dəmirçizadə küç

Ətraflı məlumat

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller