Ekspertin fikrincə, qanunvericiliyin dəyişməsi inşaat bazarına da təsirsiz ötüşməyəcək: “İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək. Nəticədə tikinti məhsulları bazarında təklif tələbi üstələyəcək. Çünki inşaat məhsulları bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evləridir. Qanuna edilən dəyişikliyə əsasən, çıxarışı olmayan torpaqlarda evlərin inşası zəifləyəcək". (Report)
Gələn il Azərbaycanın daşınmaz əmlak bazarında - Hansı Yeniliklər Gözlənilir?
Bu il Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana insan axınının və paralel olaraq kapital axınının güclənməsi fonunda ölkənin daşınmaz əmlak sahəsində aktivliyin artması, qiyməti sürətlə artan mənzillərin və fərdi evlərin etibarlı yatırıma çevrilməsi, eləcə də Rəqabət Məcəlləsinin qəbul edilməsi, biznes mühitinin inkişafı gələn il də əmlak bazarında builki tendensiyanın qorunub-saxlanılacağına zəmin yaradır. Bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
“Mənzillər bir qədər də bahalaşacaq”
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda mənzillər bir qədər də bahalaşacaq: “Böyük ehtimalla gələn il də bir sıra ölkələrin vətəndaşlarının, o cümlədən həmvətənlərimizin Azərbaycana kütləvi axını davam edəcək, onlar ölkənin daşınmaz əmlak bazarında pay sahibi olmaq istəyəcək, bunlar isə mənzil bazarında qiymətləri bir qədər də artıracaq. Əsas tələbat isə yeni binalarda 1-2, köhnə binalarda isə 2-3 otaqlı mənzillərə olacaq. Son illər müşahidə olunan tendensiya onu söyləməyə əsas yaradır ki, daşınmaz əmlak bazarının hərəkətverici qüvvəsi rolunda çıxış edən sosial ipoteka istifadəçiləri daha çox yeni binalara üz tutur. Eyni zamanda kiçik sahəyə malik yeni mənzillər həm investisiya qoyuluşu üçün münasibdir, həm də yeni ailə qurmuş şəxslərin əsas seçimidir. Köhnə mənzillərə gəlincə isə “Leninqrad”, “Kiyev” və “Eksperimental” layihəli binalara əsas seçimlər olacaq. Bazarın böyüməsi həm də İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti ilə birbaşa bağlı olacaq".
“İlkin mənzil bazarı daha rentabellidir”
Ekspert qeyd edib ki, ilkin mənzil bazarı ümumi mənzil portfelinin təxminən yarısını əhatə edir və bu nisbətin gələn ildə də dəyişməyəcəyini proqnozlaşdırmaq olar: "Yeni tikililərin inşasında müəyyən fasilələr yaransa da, son dövrlər bu sahədə yenidən aktivlik nəzərə çarpır. Əsasən də, sökülən evlərin yerində pilot layihələrin inşası zamanı sürətli artım müşahidə olunur. Xüsusən sosial ipoteka şərtləri ilə mənzillərin satışı, ilkin mənzil bazarına aid subyektlərin əksəriyyətində çıxarışların verilməsi, müasir tələblər meyarına daha çox bu bazarın adekvat olması, gənc ailələrin ilkin mənzil bazarına üstünlük verməsi, güzəştli şərtlərlə sosial mənzillərin satışa çıxarılması, paytaxtın müxtəlif ərazilərində müasir yaşayış komplekslərinin inşası, Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana üz tutan miqrantların sayının artması, Rusiyada və Ukraynada yaşayan soydaşlarımızın əmlak bazarına investisiya qoyuluşunun artması, eyni zamanda rəqabət meylliliyi bu bazarın əhəmiyyət yükünü artırır. Bu səbəbdən ilkin mənzil bazarı daha rentabelli və perspektivli bazar kimi səciyyələndirilə bilər. Təkrar mənzil bazarında olduğu kimi, ilkin mənzil bazarında da İpoteka və Kredit Zəmanət Fondunun gələcək fəaliyyət istiqamətləri bazara təsir edən əsas faktorlardan olacaq. Hesab edirik ki, ənənəvi olaraq ilin əvvəlində yaşanan bahalaşma dalğası daşınmaz əmlak bazarına da təsir edəcək. İlin əvvəlində minimum əmək haqqı və müavinətlər 10-11 % civarında artırılacaq, bu da manatın alıcılıq qabiliyyətinə təsirsiz ötüşməyəcək. Ehtimal olunur ki, 2024-cü ildə 10-15 % aralığında mənzil bazarına edilən təklif qiymətləri yüksələcək. Ümumi artım tendensiyası köhnə binalara da təsir göstərəcək, amma bu, yeni tikililərdə olduğu qədər gözlənilmir”.
“Çıxarışlı torpaqlar, bağ və fərdi yaşayış evləri də bahalaşacaq”
V.Oruc torpaq sahələri, bağ və fərdi yaşayış evləri ilə də bağlı proqnozlarını da açıqlayıb: “Bu il oktyabrın 1-dən Azərbaycanda çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Odur ki, çıxarışlı torpaqların və həyət evlərinin qiymətləri artıb. 2024-cü ildə bu artım daha çox olacaq. Çünki qadağa yeni qüvvəyə minib və onun əsas təsirləri il ərzində müşahidə olunacaq. Bu gün Bakıda və Abşeronda çıxarışlı torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrində bələdiyyə sənədi, SSRİ dövründən qalmış, kolxoz və sovxozlardan verilmiş payçı sənədləri mövcuddur. İndiyə qədər bazara təklif olunan ən ucuz evlər də məhz bu kateqoriyaya aid evlər idi. Qiymətlər münasib olduğuna görə, aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanunvericiliyə edilən son dəyişiklikdən sonra bu evləri alanlar olmayacaq. Bu seqment üzrə bazarda dərin qıtlıq hökm sürəcək. Əvəzində çıxarışlı torpaqlara və həyət evlərinə meyl olacaq".
“Tikinti materialları bazarında təklif tələbi üstələyəcək”
- 19.12.2023
- 266
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
500Dünən, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
225 000Dünən, 21:42Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 79 m² 5/9 mərtəbə -
78 000Dünən, 21:04Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 84 m² 2/15 mərtəbə -
68 000Dünən, 20:47Satılır Köhnə Tikili
Gəncə ş.
3 otaqlı 60 m² 4/4 mərtəbə -
350Dünən, 20:38Kirayə (aylıq) Həyət evi/villa
Nizami m., Yasamal r.
2 otaqlı 25 m² -
79 000Dünən, 20:37Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 68 m² 18/18 mərtəbə -
70Dünən, 20:33Kirayə (günlük) Bağ evi
Qusar ş.
3 otaqlı 300 sot -
167 000Dünən, 20:32Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 80 m² 2/9 mərtəbə -
98 000Dünən, 20:31Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 72 m² 5/8 mərtəbə -
186 000Dünən, 20:31Satılır Köhnə Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 65 m² 2/4 mərtəbə -
450Dünən, 20:30Kirayə (aylıq) Köhnə Tikili
Zabrat qəs., Sabunçu r.
3 otaqlı 62 m² 8/9 mərtəbə -
76 500Dünən, 20:30Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 70 m² 4/8 mərtəbə -
1 000Dünən, 20:29Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 70 m² 10/20 mərtəbə -
125 000Dünən, 20:29Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 82 m² 5/11 mərtəbə -
155 000Dünən, 20:29Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
5 otaqlı 200 m² -
89 000Dünən, 20:27Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 11/14 mərtəbə -
5 000Dünən, 20:26Kirayə (aylıq) Obyekt
Xətai r.
30 m² -
800Dünən, 20:26Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
2 otaqlı 93 m² 9/16 mərtəbə -
80 000Dünən, 20:26Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 65 m² 16/18 mərtəbə -
63 000Dünən, 20:25Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 42 m² 5/6 mərtəbə -
1 700Dünən, 20:25Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 100 m² 8/8 mərtəbə -
800Dünən, 20:24Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
1 695Dünən, 20:23Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 60 m² -
338 000Dünən, 20:23Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 68 m² 12/17 mərtəbə -
1 200Dünən, 20:23Kirayə (aylıq) Obyekt
Nərimanov r.
144 m² -
1 500Dünən, 20:22Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 160 m² 8/20 mərtəbə -
600Dünən, 20:22Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 75 m² 3/9 mərtəbə -
70Dünən, 20:22Kirayə (günlük) Həyət evi/villa
Lerik ş.
3 otaqlı -
1 400Dünən, 18:53Kirayə (aylıq) Yeni Tikili
28 May m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
5 otaqlı 200 m² 5/18 mərtəbə -
1 700Dünən, 18:47Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
3 otaqlı 100 m² 8/8 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller