Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır

Ölkəmizdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Bu baxımdan, 14 iyul 2025-ci il tarixində qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi xüsusi önəm kəsb edir.
Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.
Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılır:
- Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda;
- Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə;
- Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.
Bu səbəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.
Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.
Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.
- 26.08.2025
- 317
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
195 000Bugün, 18:00Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 89 m² 1/9 mərtəbə -
80 000Bugün, 17:59Satılır Qaraj
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
80 m² -
212 500Bugün, 17:59Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 75 m² 5/5 mərtəbə -
220 000Bugün, 17:53Satılır Həyət evi/villa
Şağan, Xəzər r.
3 otaqlı 105 m² -
200Bugün, 17:47Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
3 otaqlı 100 m² 4/5 mərtəbə -
1 050Bugün, 17:38Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 120 m² 3/12 mərtəbə -
3 500Bugün, 17:38Kirayə (aylıq) Mini otel / Xostel
Sahil m., Badamdar qəs., Səbail r.
-
68 000Bugün, 17:36Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 2/16 mərtəbə -
550Bugün, 17:35Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 65 m² 5/17 mərtəbə -
190 000Bugün, 17:29Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
4 otaqlı 110 m² 9/9 mərtəbə -
175 000Bugün, 17:25Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
7 200Bugün, 17:24Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
354 m² -
187 000Bugün, 17:24Satılır Yeni Tikili
Yasamal r.
2 otaqlı 62 m² 4/18 mərtəbə -
150 000Bugün, 17:22Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 12/16 mərtəbə -
2 000Bugün, 17:20Kirayə (aylıq) Obyekt
Nizami m., Səbail r.
180 m² -
700Bugün, 17:19Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 55 m² 3/16 mərtəbə -
110 000Bugün, 17:17Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 71 m² 14/16 mərtəbə -
145 000Bugün, 17:16Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
3 otaqlı 60 m² 5/9 mərtəbə -
295 000Bugün, 17:16Satılır Yeni Tikili
Xətai r.
5 otaqlı 160 m² 2/17 mərtəbə -
138 000Bugün, 17:14Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
6 otaqlı 220 m² -
225 000Bugün, 17:09Satılır Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
5 otaqlı 127 m² 5/5 mərtəbə -
120 000Bugün, 17:09Satılır Köhnə Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
3 otaqlı 68 m² 1/9 mərtəbə -
430Bugün, 17:09Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 65 m² 9/9 mərtəbə -
230 000Bugün, 17:02Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
2 otaqlı 50 m² 2/5 mərtəbə -
25 000Bugün, 16:59Satılır Torpaq
Türkan, Xəzər r.
6 sot -
230 000Bugün, 16:59Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
5 otaqlı 120 m² 9/9 mərtəbə -
800Bugün, 16:52Kirayə (aylıq) Yeni Tikili
İçərişəhər m., Bayıl qəs., 28 Mall, Səbail r.
2 otaqlı 71 m² 4/16 mərtəbə -
224 000Bugün, 16:51Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 146.67 m² 3/13 mərtəbə -
450Bugün, 16:48Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 40 m² 3/5 mərtəbə -
137 000Bugün, 16:48Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
3 otaqlı 74 m² 4/10 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

