Deputat: "Qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar sosial güzəştlərdən istifadə imkanlarını itirirlər"

  • 21.11.2023
  • 204
Deputat: "Qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar sosial güzəştlərdən istifadə imkanlarını itirirlər"

Polis bölmələrində qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar həm işə düzəlmə imkanlarını, həm də sosial güzəştlərdən istifadə imkanlarını itirirlər.

Arenda.az Fed.AZ xəbər poertalına istinadən verir ki, bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Əziz Ələkbərov bildirib ki, bir müddət əvvəl sənədsiz evlərdə yaşayan və polis bölməsinə qeydiyyata düşənləri qeydiyyatdan çıxardılar: “Bu insanların içində Qərbi Azərbaycandan qaçqın düşənlər var idi. Bu insanlar həm işə düzəlmək imkanlarının itirirlər, həm də dövlətin sosial imkanlarından mərhum olunurlar. Bu məsələ ilə bağlı bizə çoxlu müraciətlər olur. Nazirlik bu məsələni diqqətdə saxlamalıdır. Bu insanları çıxarıb küçəyə atmaqla cəmiyyətdə gərginlik yaradılır. Ya onların qeydiyyata alınması ilə bağlı müəyyən qurumlar qarşısında məsələ qaldırılmalı, ya da müvafiq çıxarışlar verilməlidir. Polis şöbələrində qeydiyyatda olanların qeydiyyatdan çıxarılması müəyyən gərginliyə səbəb olur”. 

 
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller