Bu il daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və iri şəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu yüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması və xarici sərmayələrin artması ilə əlaqədardır. Qiymət artımı xüsusilə mənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlər üçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olan maraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymət artımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirlərin görülməsi vacibdir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmaz əmlak qiymətlərində artımı müşahidə edəcəyik. Bunun əsas səbəbi ondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:
“Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçi qüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsi tikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakın hazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi daha da cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həm də adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimi qəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eyni zamanda gəlir gətirən potensiala malikdir”.
V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayış obyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:
“Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması və əhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəb olur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.
Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artım müşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsa və müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayış obyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilli olacaq”.
O qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərin tarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətində layihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binaların sökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərinin aparılmasına səbəb olacaq:
“Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzil bazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzil bazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə arta bilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faiz olaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan, o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünya bazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişaf səviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlli yollarından, bankların kredit vermə imkanlarından və vətəndaşların iqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmaz əmlakın qiymətinə təsir göstərə bilər”.
Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunub.
“Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasən ilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyə alətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və ya səhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiya istiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətində azalmanın ehtimalı sıfıra yaxın olacaq”,- deyə o əlavə edib.
- 09.01.2026
- 185
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
36 000Bugün, 10:52Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 60 m² 5/14 mərtəbə -
175 000Bugün, 10:39Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
185 000Bugün, 10:38Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 16/20 mərtəbə -
750Bugün, 10:38Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 70 m² 10/19 mərtəbə -
170 000Bugün, 10:34Satılır Həyət evi/villa
Əmircan qəs., Suraxanı r.
4 otaqlı 100 m² -
690Bugün, 10:30Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 84 m² 6/17 mərtəbə -
415 000Bugün, 10:29Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
182 000Bugün, 10:29Satılır Həyət evi/villa
Nəsimi r.
2 otaqlı 57 m² -
418 000Bugün, 10:16Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
750Bugün, 10:15Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
285 000Bugün, 10:08Satılır Yeni Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 8/14 mərtəbə -
130 000Bugün, 09:37Satılır Həyət evi/villa
Saray, Abşeron r.
6 otaqlı 270 m² -
174 000Bugün, 09:13Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m² -
730Bugün, 08:09Kirayə (aylıq) Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
2 otaqlı 80 m² 10/18 mərtəbə -
135 000Bugün, 06:18Satılır Həyət evi/villa
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 120 m² -
350Bugün, 02:53Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
7 otaqlı 320 m² -
90 000Bugün, 01:05Satılır Həyət evi/villa
Şəki ş.
3 otaqlı 100 m² -
1 200Bugün, 00:51Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
75 m² -
1 000Bugün, 00:31Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
80 m² -
22 500Bugün, 00:16Satılır Torpaq
Türkan, Xəzər r.
5 sot -
2 000 000Dünən, 23:55Satılır Torpaq
Koroğlu m., Yeni Suraxanı qəs., Suraxanı r.
400 sot -
68 000Dünən, 23:54Satılır Torpaq
Novxanı, Abşeron r.
3.6 sot -
225 000Dünən, 23:45Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 1/9 mərtəbə -
55 000Dünən, 23:23Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:20Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 38 m² 16/18 mərtəbə -
55 000Dünən, 23:05Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 31 m² 15/18 mərtəbə -
62 000Dünən, 23:04Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 32 m² 16/18 mərtəbə -
7 500Dünən, 23:03Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
620 m² -
60Dünən, 22:44Kirayə (günlük) Həyət evi/villa
Qusar ş.
3 otaqlı 135 m² -
600Dünən, 22:38Kirayə (aylıq) Obyekt
Hökməli, Abşeron r.
130 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

