Bu evlərə "kupça" verilmir

Son zamanlar “A-frame” tipli evlərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu cür tikililərlə bağlı diqqətçəkən məsələlərdən biri də onlara çıxarışın (kupçanın) verilməsi ilə bağlıdır. Bəs görəsən, “A-frame” evlərə “kupça” verilir?
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər hansı bir əmlaka çıxarışı yalnız onun yerdə bünövrəsi və müəyyən bir yerdən hündürlüyü olduğu halda almaq mümkündür:
“”A-frame” tipli evlər arasında həm daşınan, həm də daşınmaz olanları var. Daşınanlar adətən konteyner və ya yüngül konstruksiyalı evlərdir. Belə evlər əvvəlcədən hazırlanıb istənilən yerə yerləşdirilə bilir və daha sonra başqa əraziyə köçürülür. Bu cür evlər yerə sabit bərkidilmədiyindən onlara çıxarış verilmir. Lakin bəzi “A-frame” evlər var ki, onlar bünövrə üzərində inşa olunur. Əgər evin bünövrəsi beton, daş və ya armaturla hazırlanıbsa və ev həmin bünövrə üzərində qurulubsa, istər taxtadan, istər dəmirdən və ya digər materialdan tikilsin, bu artıq daşınmaz əmlak sayılır. Belə tikililər sabit olduqları üçün onlara çıxarış verilməsi mümkündür”.
E.Fərzəliyev qeyd edib ki, ənənəvi “A-frame” evlər taxtadan hazırlanır, amma hazırda Azərbaycanda, xüsusilə də bölgələrdə bu evlərin xarici görünüşü taxtadan olsa da, əksəriyyəti daş və betondan tikilir:
“Bu isə həmin ərazilərin iqlim və coğrafi xüsusiyyətlərinə uyğun olaraq edilir. Soyuq iqlimli və seysmik zonalarda yüngül konstruksiyalarla ev tikmək mümkün olmadığından, daha dayanıqlı materiallardan istifadə olunur. İqlimi sabit olan ərazilərdə isə yüngül tikililərə üstünlük verilə bilir. Daşınan “A-frame” evlərə çıxarış verilmir. Daşınmaz, yəni bünövrə üzərində olanlara isə çıxarış almaq mümkündür. Bunun üçün əvvəlcə tikilinin yerləşdiyi torpağın çıxarışı olmalıdır. Daha sonra həmin ərazidə tikiləcək evin layihəsi hazırlanmalıdır. Bu layihə lisenziyalı memarlıq şirkəti tərəfindən çəkilir və “bir pəncərə” sistemi vasitəsilə aidiyyəti qurumlara təqdim olunur. Layihə təsdiqləndikdən sonra tikintiyə rəsmi icazə verilir və həmin evə çıxarış almaq mümkün olur”.
- 26.05.2025
- 424
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
73 000Bugün, 22:20Satılır Obyekt
Əhmədli m., Əhmədli, Sərhədçi İdman Kompleksi, Xətai r.
73 m² -
26 000Bugün, 22:03Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
2 otaqlı 37 m² -
44 500Bugün, 21:42Satılır Torpaq
Novxanı, Abşeron r.
3 sot -
200 000Bugün, 21:15Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
6 otaqlı 180 m² -
212 000Bugün, 21:06Satılır Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
5 otaqlı 100 m² 2/9 mərtəbə -
2 000Bugün, 20:24Kirayə (aylıq) Obyekt
İnşaatçılar m., Yasamal r.
45 m² -
49 000Bugün, 20:16Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 115 m² -
330 000Bugün, 20:05Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 64 m² 8/18 mərtəbə -
196 900Bugün, 20:03Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
5 otaqlı 190 m² -
198 000Bugün, 19:54Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 60 m² 3/5 mərtəbə -
600Bugün, 19:54Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 60 m² 4/5 mərtəbə -
400Bugün, 19:44Kirayə (aylıq) Obyekt
Nizami r.
60 m² -
85 000Bugün, 19:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 8/9 mərtəbə -
500Bugün, 19:31Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 50 m² 5/5 mərtəbə -
32 000Bugün, 19:22Satılır Torpaq
Qəbələ ş.
4 sot -
170 000Bugün, 19:20Satılır Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 48 m² 8/16 mərtəbə -
2 500Bugün, 19:09Kirayə (aylıq) Ofis
28 May m., Tibb Universiteti, Nəsimi r.
5 otaqlı 250 m² -
650Bugün, 18:59Kirayə (aylıq) Köhnə Tikili
Avropa otel, Nəsimi r.
3 otaqlı 50 m² 2/4 mərtəbə -
179 500Bugün, 18:57Satılır Yeni Tikili
Yasamal r.
2 otaqlı 57 m² 14/14 mərtəbə -
145 000Bugün, 18:56Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 50 m² 5/5 mərtəbə -
50Bugün, 18:49Kirayə (günlük) Həyət evi/villa
Göygöl ş.
3 otaqlı 67 m² -
200Bugün, 18:49Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı 70 m² -
290 000Bugün, 18:46Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Gənclik Mall, Nərimanov r.
2 otaqlı 92 m² 4/17 mərtəbə -
250Bugün, 18:45Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
6 otaqlı 80 m² -
550Bugün, 18:23Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 65 m² 3/5 mərtəbə -
1 400Bugün, 18:18Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m² 12/18 mərtəbə -
375 000Bugün, 18:18Satılır Bağ evi
Koroğlu m., Pirşağı qəs., Sabunçu r.
5 otaqlı 6 sot -
375 000Bugün, 18:15Satılır Bağ evi
Koroğlu m., Pirşağı qəs., Sabunçu r.
5 otaqlı 6 sot -
300Bugün, 18:15Kirayə (aylıq) Həyət evi/villa
Suraxanı r.
2 otaqlı 40 m² -
169 000Bugün, 18:13Satılır Köhnə Tikili
Nəsimi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 70 m² 9/9 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

