Layihə haqqında
Yaşayış kompleksi Baku Nar Residence – tikinti şirkəti MAHAL İnşaatın yeni layihəsidir. Onun fərqləndirici xüsusiyyəti öz infrastrukturunun olmasıdır ki, bu da böyük dərəcədə mənzilin funksionallığını artırır.
Tikinti Planı
Yerləşməsi
«Bakı Nar Residence» yaşayış kompleksinin tikintisi Bakının Binəqədi rayonunda Ziya Bünyatov və Azadlıq prospektlərinin kəsişdiyi Səttar Bəhlulzadə küçəsində aparılır. Buradan Prezident iqamətgahına və bir sıra digər tanınmış obyektlərə 2 km- dən az məsafə var. Şəhərin bu ərazisi yaşayış üçün nüfuzu və rahatlığı ilə, böyük sayda parkların və yaşıl zonaların olmağı ilə fərqlənir.
Ətrafın infrastrukturu
Yeni tikiliyə yaxın məsafədə bir neçə məktəb, lisey, ali məktəblər fəaliyyət göstərir. Burada cıdır meydanının yaxınlığında yaxşı inkişaf etmiş ticarət və əyləncə infrastrukturu var.
Nəqliyyat
Paytaxtın başqa rayonları ilə əlaqə rahatdır, çünki, buradan bir neçə iri avtomobil magistralı keçir. Rayonda bir çox ictimai nəqliyyat marşrutları fəaliyyət göstərir. 1,5-2 km radiusunda dərhal 4 metro stansiyası yerləşir.
Yeni tikilinin ümumi təsviri
Baku Nar Residence – yaşayış kompleksibucaq şəkilində yerləşən dörd korpusdan ibarət 16 mərtəbəli binadır. Binaya dimamizm əlavə edən açıq rəngli fasadlarla olan klassik memarlıq irimiqyaslı panoram şüşələri ilə təchiz olunmuşdur. Evdə istilik və isti su təchizatı daxil olmaqla bütün kommunikasiya sistemləri mərkəzləşdirilmişdir.
Ərazinin abadlıq işləri
Abadlıq işləri aparılmış yeni binanın həyətində 24 saat ərzində video müşahidə kameraları və mühafizə xidməti fəaliyyət göstərir. Ərazi uşaq meydançası və istirahət üçün yerlərlə də təchiz olunmuşdur.
«Bakı Nar Residence» yaşayış kompleksinin infrastrukturuna daxildir:
- İkimərtəbəli yeraltı garaj;
- Uşaq bağçası;
- Ticarət mərkəzi;
- İdman zalı;
- Restoran.
Mənzillər haqqında
Mənzillərin satışı, kvadrat metrli çox geniş və rahat planlaşdırılması oıan 1-4 otaqlı mənzil variantları ilə təqdim olunmuşdur. Mənzillərin hər növü bir neçə variantlarla təklif olunur. Onların əksəriyyətində düzgün formalı mənzillər təgdim olunmuşdur, ancaq binanın küncündə yerləşən korpusda iki balkonlu beşbucaqlı qonaq otağı olan mənzil almaq olar.
Mənzilin satış şərtləri
MAHAL İnşaat tikinti şirkəti mənzilin dəyərinin 30%-dən 50% qədər qiymətini ödəyənlər üçün 3 il müddətinə faizsiz hissə- hissə ödəmə imkanı verir. Satış ofisində, həmçinin fərdi satış şərtlərini də müzakirə etmək olar. Ətraflı məlumatı layihənin rəsmi saytında da öyrənmək olar.
Yerləşmə
Bakı şəh., Səttar Bəhlulzadə, 102 (Ziya Bünyadov prospekti / Azadlıq prospekti)
Ətraflı məlumat
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller