Bakının bu küçəsində obyektlərin müştəri sayı, gəliri və qiyməti 50% artacaq – ARAŞDIRMA

Xəbər verildiyi kimi, Bakının mərkəzi hissəsidə daha bir küçə turizm və piyada zonasına çevrilib.
Bakının mərkəzində böyük bir ərazi turizm zonasına çevrilir – MAŞINLARA QADAĞA QOYULDU
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarı ilə Fəvvarələr meydanı və Qış Parkının arasındakı ərazi, İsçlam Səfərli küçəsi avtomobillərdən azad zona elan edilib. Bura avtomobillərin girişi qadağan edilib və turizm və piyada zonasına çevrilib.
«Piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq»-deyə qərarda bildirilir.
Dövlət qurumunun bu qərarı avtomobil istifadəçiləri tərəfindən narazılıqla qarşılansa da, buradakı ticarət və diər kommersiya obyektlərinin sahiblərinin böyük razılığına səbəb olub. Belə ki, ərazinin piyada zonası elan edilməsi buradakı obyektlərin dövriyyəsini və gəlirlərini kəskin artırmalıdır.
Beynəlxalq təcrübə də göstərir ki, ərazinin piyada və ya velosiped zolağına çerilməsi buradakı kommersiya obyektlərinin müştərilər tərəfindən daha çox ziyarət olunmasına və gəlirliliyinə kömək edir. Belə ki, düzgün planlaşdırılmış piyada zonaları adətən satışları və müştəri sayını artırır, mağazada müştərinin qalması vaxtı artır, nəticədə obyektin icarə haqları və satış qiyməti yüksələ bilər.
Məsələn, vaxtilə Nyu-York ərazisində Manhettendəki 9-cu prospekt piyada zonası elan edildikdən sonra buradakı obyektlərə müştərilərin gəlişi və burada keçirdiyi vaxt 77%, satışlar isə 49% artıb. Həmin vaxt ümumi şəhər üzrə artım cəmi 3% olmuşdu. Obyektlərin icarəsinə tələbat isə 172%, yəni 2,7 dəfə dəfə artıb. Halbuki ümumi şəhər üzrə artım göstəricisi 18% idi.
Londonun təcrübəsi isə göstərir ki, piyada ərazisi olan yerlərdə pərakəndə ticarət canlanır, boş obyektlər azalır, piyada və ya velosipedlə gəzənlər isə alverdə 40% daha artıq pul xərcləyir. Məsələn, bu ərazilərdə boş obyektlərin 17%, Nyu-Yorkda isə boş obyektlərin 49% azalması baş verib. İcarət haqlarında isə əksinə 20-25% artım var. Bu hal özünü London, Nyu-York və Hrnq Konq təcrübəsində göstərir.
Küçənin piyada zonası elan edilməsi nəticəsində ən çox faydalanan obyektlər qida-içki, kafe-restoran, kiçik pərakəndə və xidmət sahələri olur.
Nəticədə impulsiv davranışlara və xərclərə əsaslanan sahələr, məsələn kafe, restoran, dondurma/kofe köşkləri, çörəkxana kimi obyektlər daha çox faydalanır. Yəni bura gələn müştərilərin sayı və orta çekin məbləği böyüyür – yəni müştərinin bir oturuma xərclədiyi vəsait azı 2 dəfə artır.
Eyni zamanda bu ərazilər butiklər, kitab mağazaları, bərbər-gözəllik, telefon təmiri, aptek, kiçik ofis-xidmətləri üçün də sərfəli zonaya çevrilir. Nəhayət bu ərazilərdə qalereya, mini-muzey, uşaq fəaliyyət mərkəzləri və sair təşkil etmək olar.
Bütün bunlar bu ərazilərdəki obyektlərin satış qiymətinə də təsirini göstərir. Məsələn, bir neçə il bundan əvvəl İstanbulda İstiqlal caddəsinin piyada ərazisi elan edilməsindən sonra burada torpaq/obyekt qiymətləri kəskin artıb.
Beləliklə dünya təcrübəsinə əsasən, ərazinin piyada zonası elan edilməsindən sonra bu ərazilərdəki obyektlərdə satışlar 10-50%, icarə haqları 20-25% artır. Boş olan obyektlər varsa, onların da sayında 20-50% azalma baş verir. Müştəri sayı 10-30%, müştərinin obyektdə keçirdiyi vaxt isə 77% yüksəlir.
Başqa sözlə, İslam Səfərli küçəsinin piyada zonası elan edilməsi və bu prosesin sonradan yaxınlıqdakı küçələrə də aid edilməsi perspetivi həmin ərazilərdəki obyektlərin dövriyyəsinə, müştəri sayına və gəlirlərinə ciddi təsir edəcək. Nəticədə burada icarə haqlarının artması da qaçılmazdır. Eyni zamanda indiyədək fəaliyyət göstərən bəzi obyektlərin profilini dəyişərək daha piyada yönümlü olması da gözlənilir. Bu da son nəticədə qiymətlərin artımına səbəb olacaq.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, belə ərazilərin piyada zonasına çevrilməsi buradakı obyektlərə ancaq müsbət təsir edir, onların müştəri axını və gəlirləri böyüyür: «Bakıda belə hal artıq baş verib. Ümumiyyətlə 2040-cı il Bakının Baş Planına uyğun olaraq paytaxtda bəzi yeniliklər tətiq olunur. Bu yeniliklərdən biri də piyada sahələrinin formalaşdırılmiasıdır. Belə bir təcrübə ilk dəfə 28 May metro stansiyası ətrafında həyata keçirildi, daha sonra Xaqani küçəsi və Malakan bağı ətrafında istifadə olundu. Bu təbii ki, həmin ərazidə olan obyektləri daha çox cəlbedici edir və onların həm büdcəsinə, həm də gündəlik ziyarətçi sayına təsir göstərir».
Burada məntiq sadədir, piyada yolu qarşısındakı obyektlər daha cəlbedicidir. Çünki ümumiyyətlə obyektlərin icarə qiymətini müəyyən edəndə həmin obyektin qarşısından nə qədər insan keçdiyi ölçülür, həmin ərazidə piyada yolu yaradılanda isə bu o deməkdir ki, həmin ərazidəki obyektlərin qarşısından keçən insanların sayı daha artıq olacaq: Bu da həmin obyektlərin həm icarə həm də satış qiymətinin artmasına səbəb olacaq, çünki ilk növbədə o deməkdir ki, vətəndaşların həmin obyektlərə daxil olma sayında artım baş verəcək, bu da qeyri-yaşayış obyektlərinin gündəlik ticarətinin və dövriyyəsinin artması ilə nəticələnəcək».
Nəticədə bu proses həmin obyektlərin qiymətinin artımına səbəb olacaq: «Təcrübəyə əsasən deyə bilərik ki, belə olan halda obyektlərin dəyəri təqribən yarıbayarı - yəni 50% artır. Qeyd etdiyim kimi, həm 28 May metrosu ətrafında, həm də Malakan bağı ətrafındakı təcrübədə biz bunu müşahidə etdik. Həmin ərazilər piyada zonası elan edildikdən sonra buradakı obyektlərin qiymətində 50% artım baş verdi».
Amma AQC sədrinin sözlərinə görə, sözügedən ərazidə qiymətlərin dərhal artacağını demək düzgün olmaz. Çünki hər hansı dəyişiklikdən sonra ticarət və sair obyektlərin yeni vəziyyətə uyğunlaşması tələb olunur: «Sadə desək, obyektlərin qiyməti o zaman artmağa başlayır ki, onların dövriyyəsi və gəlirləri real olaraq artmağa başlasın.
Buna görə də ilk dövrlərdə qiymətlərin fundamental şəkildə bahalaşacağını gözləmək hələ tezdir, amma müəyyən dövrdən sonra buradakı ticarət obyektlərinin qiymətlərinin artacağını gözləmək olar».
- 01.09.2025
- 82
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
- 200 000 AZNBugün, 20:44
Satılır Torpaq
Əhmədli m., Əhmədli, Xətai r.
5 sot - 49 500 AZNBugün, 20:35
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 78 m² - 92 000 AZNBugün, 20:33
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 73 m² 2/4 mərtəbə - 360 000 AZNBugün, 20:32
Satılır Torpaq
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
6 sot - 550 AZNBugün, 20:32
Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 90 m² 5/5 mərtəbə - 56 000 AZNBugün, 20:30
Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 54 m² 9/17 mərtəbə - 650 AZNBugün, 20:22
Kirayə (aylıq) Həyət evi/villa
Pirşağı qəs., Sabunçu r.
3 otaqlı 100 m² - 360 000 AZNBugün, 20:13
Satılır Torpaq
Neftçilər m., 8-ci kilometr, Nizami r.
6 sot - 800 AZNBugün, 19:58
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal r.
2 otaqlı 114 m² 14/18 mərtəbə - 125 000 AZNBugün, 19:55
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 111 m² 2/12 mərtəbə - 1 500 AZNBugün, 19:49
Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Caspian Plaza, Nəsimi r.
3 otaqlı 130 m² 11/18 mərtəbə - 170 000 AZNBugün, 19:40
Satılır Həyət evi/villa
Qala, Xəzər r.
5 otaqlı 540 m² - 450 AZNBugün, 19:33
Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 59 m² 1/9 mərtəbə - 425 000 AZNBugün, 19:29
Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 148 m² 5/27 mərtəbə - 1 500 AZNBugün, 19:21
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi bazarı, Nəsimi r.
3 otaqlı 120 m² 17/19 mərtəbə - 32 500 AZNBugün, 19:18
Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 86 m² 10/14 mərtəbə - 1 000 AZNBugün, 19:13
Kirayə (aylıq) Yeni Tikili
Kimyaçılar şəhərciyi, Nəsimi r.
3 otaqlı 100 m² 4/5 mərtəbə - 130 000 AZNBugün, 19:08
Satılır Köhnə Tikili
Biləcəri qəs., Ağ saray Biləcəri, Binəqədi r.
4 otaqlı 60 m² 4/5 mərtəbə - 2 000 AZNBugün, 19:07
Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
2 otaqlı 90 m² - 163 000 AZNBugün, 19:03
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 106 m² 7/12 mərtəbə - 125 000 AZNBugün, 19:02
Satılır Torpaq
Bilgəh qəs., Sabunçu r.
15 sot - 300 AZNBugün, 18:57
Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal r.
1 otaqlı 35 m² - 440 000 AZNBugün, 18:57
Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 147 m² 7/8 mərtəbə - 115 000 AZNBugün, 18:56
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 125 m² - 1 000 AZNBugün, 18:42
Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
3 otaqlı 90 m² 7/16 mərtəbə - 350 AZNBugün, 18:41
Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 14 m² 1/5 mərtəbə - 1 150 AZNBugün, 18:38
Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Megafan, Xətai r.
2 otaqlı 100 m² 17/20 mərtəbə - 177 000 AZNBugün, 18:33
Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 55 m² 15/20 mərtəbə - 2 350 AZNBugün, 18:32
Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., Nizami r.
70 m² - 1 600 AZNBugün, 18:24
Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller