Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin orta qiymətləri 1600-2100 manat arası dəyişirdisə, 2025-ci ildə bu rəqəm 2300-5000 manat olub.
Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımları gözə çarpır?
Iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır:
“Paytaxtda sərbəst torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəzi və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axınının güclənməsi və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Rusiya, Orta Asiya və Yaxın Şərqdən gələnlərin aktiv iştirakı bu prosesdə mühüm rol oynayır. Tikinti materiallarının – sement, armatur, bitum və sair beynəlxalq bazarlarda bahalaşması da qiymət artımının səbəblərindən biridir”.
İqtisadçı bildirib ki, son illərdə Azərbaycanda daşınmaz əmlak sahəsi sərfəli investisiya aləti kimi qəbul edilir:
“Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Dövlətin ipoteka proqramlarını genişləndirməsi ilə daha çox insan mənzil ala bilir. Bu da bazara yeni alıcıların daxil olmasına şərait yaradır. Paralel olaraq, Bakı turizm potensialına görə, həm də qonaqlar üçün cəlbedici şəhərdir. “Airbnb” və digər gündəlik kirayə xidmətlərinə marağın artması bəzi rayonlarda mənzil qiymətlərinə təzyiqi artırıb. Mərkəzi rayonlarda bu amil xüsusilə nəzərə çarpacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb:
“Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, “SeaBreeze”də torpaq qiymətləri 70-100 faiz arasında bahalaşıb”.
- 08.05.2025
- 334
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
26 000Bugün, 19:23Satılır Torpaq
Qəbələ ş.
4 sot -
250 000Bugün, 19:17Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 311 m² -
350 000Bugün, 19:16Satılır Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
3 otaqlı 97 m² 10/20 mərtəbə -
70 000Bugün, 19:12Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 100 m² -
700Bugün, 19:09Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 100 m² 9/14 mərtəbə -
349 000Bugün, 19:07Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 95 m² 13/16 mərtəbə -
81 000Bugün, 19:04Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 3/6 mərtəbə -
70 000Bugün, 18:58Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 6/6 mərtəbə -
121 000Bugün, 18:55Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 35 m² 4/5 mərtəbə -
500Bugün, 18:49Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
1 otaqlı 60 m² 5/8 mərtəbə -
600Bugün, 18:46Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
2 otaqlı 144 m² 17/20 mərtəbə -
215 000Bugün, 18:40Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 52 m² 3/17 mərtəbə -
850Bugün, 18:36Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 16/19 mərtəbə -
200 000Bugün, 18:35Satılır Həyət evi/villa
Mərdəkan, Xəzər r.
4 otaqlı 100 m² -
1 300Bugün, 18:32Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
1 otaqlı 39 m² -
124 000Bugün, 18:21Satılır Köhnə Tikili
Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 45 m² 9/9 mərtəbə -
200Bugün, 18:21Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
4 otaqlı 90 m² -
165 000Bugün, 18:09Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
3 otaqlı 105 m² -
600Bugün, 18:05Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 90 m² 10/18 mərtəbə -
234 900Bugün, 18:03Satılır Köhnə Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 130 m² 3/9 mərtəbə -
158 000Bugün, 18:01Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 60 m² 3/9 mərtəbə -
75 000Bugün, 17:58Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 29 m² 3/12 mərtəbə -
1 300Bugün, 17:56Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 105 m² 13/17 mərtəbə -
900Bugün, 17:55Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Azadlıq meydanı, Binəqədi r.
2 otaqlı 75 m² 6/18 mərtəbə -
112 000Bugün, 17:51Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 45 m² 5/9 mərtəbə -
2 000Bugün, 17:48Kirayə (aylıq) Obyekt
Elmlər akademiyası m., Yasamal r.
200 m² -
291 999Bugün, 17:47Satılır Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
3 otaqlı 117 m² 4/17 mərtəbə -
195 000Bugün, 17:45Satılır Həyət evi/villa
Koroğlu m., Bakıxanov qəs., Sabunçu r.
5 otaqlı 100 m² -
75 000Bugün, 17:39Satılır Köhnə Tikili
Koroğlu m., Sabunçu qəs., Sabunçu r.
3 otaqlı 50 m² 1/1 mərtəbə -
97 000Bugün, 17:37Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 71 m² 4/6 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

