Bakıda “kupça”lı, ucuz evlər satılır: Alan yoxdur - Səbəbi bilindi
Məcburi köçkünlər üçün tikilən evlərin satışı davam edir. Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir.
Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir. Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. Lakin digər tərəfdən bir il ərzində mənzillərin yalnız 18-19 faizi satılıb. Bəs görəsən məcburi köçkünlər üçün nəzərdə tutulmuş bu cür mənzillərə niyə tələbat yoxdur?
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, başlıca səbəblər həmin şəhərciklərin əlverişsiz yerlərdə olmasıdır:
“Bəli, hazırda belə bir faktor var. Əvvəla, sosial tikinti layihələrinin həyata keçirilməsi üçün normal ərazi demək olar ki, yoxdur. Torpaqların hamısının özəl olması və üzərində müəyyən məhdudiyyətlərin olması dövlət layihələri üçün torpaq axtarışında çətinlik çəkir. Bu baxımdan sosial evlər yalnız ucqar yerlərdə tikilir. Məcburi köçkünlər üçün tikilən şəhərciklər də məhz bu qəbildəndir. Bu cür şəhərciklər adətən şəhərin mərkəzinə nisbətən ucqar, marşurt və iaşə məntəqələrindən uzaqda yerləşir. Buna görə də çox ucuz olsa belə, alıcılar bu cür evlərə maraq göstərmir”.
Ekspert dövlət tərəfindən tikilmiş sosial binaların keyfiyyətinin aşağı olduğunu diqqətə çatdırıb:
“Digər tərəfdən tenderlərdə dövlət tərəfindən hazırlanan sosial tikinti layihələrini adətən ən ucuz həyata keçirəcək şirkətlər qalib gəlir. Təbii ki, belə olduqda həmin şirkət tikinti və təmir işlərində ən ucuz materiallardan istifadə edir. Özəl sektor bazar tələbatını bildiyi və prestijini itirməmək üçün keyfiyyətli materiallardan istifadə etdiyi halda, dövlət layihələrində maksimal dərəcədə ən ucuz məhsullardan istifadə olunur. Daha sonra dövlət layihəsi kimi nəzərdə tutulmuş mənzilləri açıq bazarda satışa çıxardıqda təbii olaraq tələbata uyğun olmur. Əmlak qiymətləndirmə şirkətləri isə bazar qiymətini əsas götürür və keyfiyyətə önəm vermir. Bu isə birmənalı olaraq düzgün deyil və bu cür şirkətlərin qüsurudur”.
- 06.03.2024
- 404
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
185 000Bugün, 17:55Satılır Köhnə Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 85 m² 2/9 mərtəbə -
1 200Bugün, 17:53Kirayə (aylıq) Ofis
8 Noyabr m., Nizami r.
3 otaqlı 55 m² -
1 700Bugün, 17:51Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 120 m² 8/14 mərtəbə -
799Bugün, 17:45Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 80 m² 8/12 mərtəbə -
600Bugün, 17:44Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
1 otaqlı 38 m² -
1 000Bugün, 17:43Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal r.
3 otaqlı 100 m² 14/20 mərtəbə -
1 200Bugün, 17:39Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 70 m² 4/17 mərtəbə -
395 000Bugün, 17:38Satılır Köhnə Tikili
Nərimanov r.
3 otaqlı 125 m² 9/12 mərtəbə -
800Bugün, 17:34Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 79 m² 8/12 mərtəbə -
248 000Bugün, 17:22Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 77 m² 2/20 mərtəbə -
50 000Bugün, 17:21Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 120 m² -
1 000Bugün, 17:18Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 125 m² 11/16 mərtəbə -
800Bugün, 17:16Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
3 otaqlı 70 m² 2/5 mərtəbə -
350 000Bugün, 17:16Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 90 m² 12/16 mərtəbə -
187 800Bugün, 17:13Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
4 otaqlı 110 m² 5/10 mərtəbə -
700Bugün, 17:10Kirayə (aylıq) Yeni Tikili
Xətai m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 61 m² 6/14 mərtəbə -
185 000Bugün, 17:10Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
3 otaqlı 84 m² 2/9 mərtəbə -
700Bugün, 17:08Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 60 m² 16/22 mərtəbə -
112 000Bugün, 17:07Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 55 m² 10/11 mərtəbə -
399 000Bugün, 17:06Satılır Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
3 otaqlı 158 m² 6/16 mərtəbə -
286 000Bugün, 17:03Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 86 m² 4/17 mərtəbə -
250 000Bugün, 17:03Satılır Yeni Tikili
20 Yanvar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 82 m² 9/20 mərtəbə -
78 000Bugün, 17:01Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 58 m² 1/6 mərtəbə -
454 000Bugün, 17:01Satılır Yeni Tikili
Gənclik m., Nərimanov r.
4 otaqlı 170 m² 10/17 mərtəbə -
377 000Bugün, 16:58Satılır Yeni Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
3 otaqlı 135 m² 5/18 mərtəbə -
850Bugün, 16:57Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 65 m² 2/16 mərtəbə -
172 000Bugün, 16:56Satılır Yeni Tikili
Memar Əcəmi m., 5-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 58 m² 13/13 mərtəbə -
800Bugün, 16:55Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 60 m² 4/17 mərtəbə -
236 000Bugün, 16:54Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 55 m² 6/17 mərtəbə -
850Bugün, 16:48Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 60 m² 10/16 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller