Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır

Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.
Bunu "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib: "2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir".
V. Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir: "Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 %, Nərimanovda 7,8 %, Yasamalda 7,4 %, Xətaidə 7,2 %, Nəsimidə isə 6,8 % artacağı proqnozlaşdırılır. Digər rayonlarda artım tempi nisbətən zəif olacaq. Nizami rayonunda 5,6 %, Binəqədidə 5,4 %, Suraxanıda 5,9 % artım gözlənildiyi halda, Sabunçuda 4,2 %, Xəzərdə 3,6 %, Qaradağda 3,4 %, Pirallahıda isə cəmi 2,9 % artım ehtimal edilir. Ümumilikdə Bakı üzrə orta artım göstəricisi 6,5 % səviyyəsində qiymətləndirilir".
Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir: "Həmin il paytaxtda yüksək artımın yenə də mərkəzi rayonlarda qeydə alınacağını gözləyirik. Səbaildə qiymətlərin 6,9 %, Yasamalda 6,1 %, Nəsimidə 5,7 %, Nərimanovda isə 5,6 % yüksələcəyi gözlənilir. Şəhərin kənar ərazilərində isə artım aşağı olacaq. Pirallahıda 4 %, Qaradağda 4,4 %, Xəzərdə 4,6 % artım proqnozlaşdırılır".
AQC sədrinin fikrincə, artım tempinin tədricən azalması daşınmaz əmlak bazarında kəskin bahalaşma mərhələsinin başa çatdığını və qiymətlərin daha sabit dinamikaya keçdiyini göstərir: "Bu isə həm alıcılar, həm də investorlar üçün daha proqnozlaşdırıla bilən və balanslı bazar şəraiti yaradır".
- 30.01.2026
- 152
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
250 000Bugün, 19:45Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 72 m² 4/4 mərtəbə -
270 000Bugün, 19:32Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 106 m² 6/9 mərtəbə -
285 000Bugün, 19:18Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 100 m² 9/9 mərtəbə -
500Bugün, 19:12Kirayə (aylıq) Həyət evi/villa
Azadlıq m., Rəsulzadə qəs., Binəqədi r.
2 otaqlı 42 m² -
126 000Bugün, 19:05Satılır Torpaq
Quba ş.
126 sot -
410 000Bugün, 19:02Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
5 otaqlı 150 m² 6/17 mərtəbə -
62 000Bugün, 19:01Satılır Torpaq
Buzovna, Xəzər r.
4 sot -
165 000Bugün, 18:45Satılır Yeni Tikili
Ulduz m., Nərimanov r.
1 otaqlı 53.4 m² 8/14 mərtəbə -
64 000Bugün, 18:22Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 3/7 mərtəbə -
1 100Bugün, 18:14Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 70 m² 8/15 mərtəbə -
1 100Bugün, 18:01Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 110 m² 6/18 mərtəbə -
65 900Bugün, 17:55Satılır Torpaq
Maştağa qəs., Sabunçu r.
4.4 sot -
700Bugün, 17:46Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 53.7 m² 9/9 mərtəbə -
65 000Bugün, 17:44Satılır Obyekt
Quba ş.
41 m² -
79 000Bugün, 17:39Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 5/6 mərtəbə -
64 000Bugün, 17:36Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 3/7 mərtəbə -
524 000Bugün, 17:36Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
4 otaqlı 172 m² 5/16 mərtəbə -
1 300 000Bugün, 17:33Satılır Obyekt
Novxanı, Abşeron r.
1530 m² -
150 000Bugün, 17:33Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 90 m² 2/8 mərtəbə -
64 000Bugün, 17:30Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 35 m² 2/6 mərtəbə -
350Bugün, 17:28Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 70 m² -
120 000Bugün, 17:21Satılır Yeni Tikili
Masazır, Abşeron r.
4 otaqlı 136 m² 6/6 mərtəbə -
54 500Bugün, 17:04Satılır Həyət evi/villa
Binəqədi qəs., Binəqədi r.
2 otaqlı 55 m² -
193 000Bugün, 16:59Satılır Yeni Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 90 m² 9/16 mərtəbə -
12 000Bugün, 16:48Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
750 m² -
800Bugün, 16:46Kirayə (aylıq) Köhnə Tikili
Nərimanov r.
3 otaqlı 90 m² 9/9 mərtəbə -
900Bugün, 16:45Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
4 otaqlı 150 m² -
450Bugün, 16:40Kirayə (aylıq) Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 40 m² 2/5 mərtəbə -
158 000Bugün, 16:25Satılır Köhnə Tikili
Memar Əcəmi m., 5-ci mikrorayon, Nəsimi r.
3 otaqlı 36 m² 4/5 mərtəbə -
272 000Bugün, 16:19Satılır Yeni Tikili
Nizami m., Nəsimi r.
2 otaqlı 80.14 m² 7/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

