Bakıda kirayə bazarında qiymətlərə təsir edən daha bir - SƏBƏB

Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib. Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 2016-cı ildən Bakıda köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntü prosesi davam edir:
"Bu müddət ərzində yüzlərlə bina sökülərək yerində yeni tikililər inşa olunub. Hər belə söküntü zamanı həmin binalardakı kirayə mənzillər bazardan çıxmış olur. Eyni zamanda bu evlərdə yaşayan sakinlər yeni mənzillərə köçənə qədər kirayədə yaşamağa məcbur qalırlar ki, bu da bazarda əlavə tələbat yaradır. Bu proses 2040-cı ilə qədər davam edəcək və bu da ucuz mənzillərin bazarda getdikcə daha da azalmasına səbəb olacaq".
Elnur Fərzəliyev bildirib ki, kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri də mənzilin satış qiymətidir:
"Əmlak bazarında son illərdə ciddi qiymət artımı baş verib və bu da kirayə bazarına öz təsirini göstərir. Yəni əmlakın aylıq kirayə qiyməti onun satış qiymətinin, təxminən, 0.5 faizi nisbətində olur. 5-6 il bundan əvvəl Bakının mərkəzi rayonlarında və yaxud metro stansiyalarına yaxın ərazilərdə birotaqlı ən ucuz "xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manat arasında dəyişirdi. Bunların da kirayə qiyməti təxminən 300-350 manat idi. İndi isə həmin o birotaqlı mənzillər 90-100 min manat və hətta daha baha qiymətə satılır. Bu da kirayə qiymətlərinin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarına ən çox müraciət edənlər də, əziyyət çəkənlər də tələbələrdir:
"Tələbələr ali təhsil müəssisələrinə yaxın yerlərdə kirayə mənzil tapa bilmədiklərinə görə, məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Bu halda isə onlar gün ərzində 2-3 saatlarını yola sərf edirlər. Eyni zamanda, yol xərcləri artır".
E.Fərzəliyev deyib ki, bu problemi köklü şəkildə həll etmək üçün universitetlərin balansında olan ərazilərdə yeni, çoxmənzilli yataqxanaların tikintisi vacibdir:
"Tikintinin maya dəyərini artıran torpaq sahəsidir. Yəni torpaq sahəsinin qiyməti artdıqca tikintinin satış qiyməti də artır. Düşünürəm ki, universitetlərin köhnə yataqxanaları sökülməli və onların yerindən daha müasir və çoxmənzilli - indiki tələbə sayına uyğun yataqxanalar inşa olunmalıdır. Bu, paytaxt ərazisindəki kirayə mənzil bazarındakı problemləri aradan qaldırar, həm də tələbələrin kirayə mənzil problemi həll olunmuş olar. Belə yataqxanalar inşa edilib tələbələrə ayda 70-80 manatlıq ödənişlə təklif olunsa, həm kirayə bazarına təzyiq azalacaq, həm də bu layihələr bir neçə il ərzində öz xərclərini qarşılayaraq universitetlər üçün gəlir mənbəyinə çevrilə bilər. Təəssüf ki, bu istiqamətdə addım atılmır, nəticədə kirayə mənzil bazarında qiymət artır, tələbələr çətin vəziyyətdə qalırlar".
"Tələbə kirayə götürdüyü evdə həm yaşamalı, həm də dərs oxumalıdır. Evlərin qiyməti isə baha olduğuna görə, ikiotaqlı mənzildə 4-5 tələbə qalır. Tələbələr orada yaşamır, sadəcə oradan yatmaq üçün istifadə edirlər. Bu da onların təhsilinə problem yaradır. Normativlərə görə, 16-18 kvadratmetrlik otaqda iki nəfərdən artıq tələbə qala bilməz. Bu, onların həm yaşaması, həm də dərs oxumaları üçün imkan yaradırdı. İndi isə məcburi şəkildə çox sayda tələbə bir evdə yaşayır və bu onların təhsilinə də mane olur", - deyə E.Fərzəliyev qeyd edib.
Ekspert deyib ki, kirayə mənzil bazarında qiymətlərin azalması gözlənilmir:
"Artıq yeni söküntü anonsu da verildi. Həmin ərazilərdə ucuz evlər olurdu. İndi isə onların sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması deməkdir. Eyni zamanda söküntü işləri aparılan ərazilərdə yaşayan sakinlərin böyük hissəsi kirayə çıxmalı olacaq, çünki bəziləri ev tikdirir, bəziləri hələ planlamır. Bu da yenidən kirayə mənzil bazarında ev qıtlığına gətirib çıxaracaq".
- 07.04.2025
- 254
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
180 000Dünən, 17:29Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
2 otaqlı 50 m² 12/19 mərtəbə -
130 000Bugün, 10:02Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
8 otaqlı 240 m² -
125 000Bugün, 10:02Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
8 otaqlı 240 m² -
90 000Bugün, 10:00Satılır Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
4 otaqlı 125 m² -
250Bugün, 09:59Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
5 otaqlı -
495Bugün, 09:58Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Fəridə şadlıq sarayı, Xətai r.
1 otaqlı 50 m² 5/17 mərtəbə -
450Bugün, 09:58Kirayə (aylıq) Yeni Tikili
3-cü mikrorayon r., Sumqayıt ş.
2 otaqlı 52 m² 1/10 mərtəbə -
30 000Bugün, 09:58Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 43.65 m² 13/16 mərtəbə -
12 000Bugün, 09:57Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
370 m² -
45 000Bugün, 09:55Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 69.77 m² 9/16 mərtəbə -
1 000Bugün, 09:54Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., Axundov bağı, Səbail r.
3 otaqlı 90 m² 4/5 mərtəbə -
4 000Bugün, 09:46Satılır Torpaq
Qəbələ ş.
10 sot -
82 000Bugün, 09:37Satılır Həyət evi/villa
Binə qəs., Aviasiya Akademiyası Universiteti, Xəzər r.
4 otaqlı 120 m² -
600Bugün, 09:37Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 75 m² 3/5 mərtəbə -
150Bugün, 09:36Kirayə (aylıq) Köhnə Tikili
8 Noyabr m., Nəsimi r.
5 otaqlı 150 m² 3/10 mərtəbə -
62 000Bugün, 09:36Satılır Həyət evi/villa
Binə qəs., Aviasiya Akademiyası Universiteti, Xəzər r.
3 otaqlı 90 m² -
67 000Bugün, 09:35Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 4/6 mərtəbə -
850Bugün, 09:35Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
3 otaqlı 90 m² -
60 000Bugün, 09:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 38 m² 5/6 mərtəbə -
1 100Bugün, 09:33Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
3 otaqlı 110 m² 16/17 mərtəbə -
60 000Bugün, 09:33Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 38 m² 5/6 mərtəbə -
750Bugün, 09:33Kirayə (aylıq) Ofis
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 70 m² -
650Bugün, 09:32Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 90 m² 8/9 mərtəbə -
650Bugün, 09:31Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 68 m² 17/17 mərtəbə -
400Bugün, 09:31Kirayə (aylıq) Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 80 m² -
166 000Bugün, 09:31Satılır Yeni Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 90 m² 7/16 mərtəbə -
4 000Bugün, 09:30Kirayə (aylıq) Obyekt
Nərimanov r.
250 m² -
650Bugün, 09:30Kirayə (aylıq) Ofis
Yasamal r.
1 otaqlı 40 m² -
1 400Bugün, 09:29Kirayə (aylıq) Obyekt
Yasamal r.
110 m² -
100Bugün, 09:28Kirayə (aylıq) Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
3 otaqlı 100 m² 6/12 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
