Bakıda bu binalarda ən bəsit yanğın baş versə... - Memardan sensasion açıqlama
Ötən gün Respublika Perinatal Mərkəzində 4 uşağın tələf olması ilə nəticələnən faciəvi yanğından sonra yaşayış və digər təyinatlı binalarda fövqəladə hal zamanı təxliyə planı və təhlükəsizlik tədbirlərinin nə dərəcədə yetərli olması məsələsini gündəmə gətirib.
Vətəndaşların bir çoxu xüsusilə yaşayış binalarında yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik çıxışlarının və təxliyə qapılarının yetərincə effektiv olmamasını dilə gətirir.
Sözügedən mövzu ilə bağlı memar Muxtar Ərturan fikirlərini Yenisabah.az-la bölüşüb. Memar xüsusən sovet dövründən qalma binalarda təxliyə və təhlükəsizliklə bağlı problemlərin olduqca çox olduğunu qeyd edib.
“Ölkəmizdə post-sovet dövründən qalan binaların əksəriyyətində, demək olar ki, 90 faizində təxliyə planına uyğun olaraq çıxışlar yoxdur. Hazırda tikilən yeni tikili binalarda isə layihələndirmə mərhələsində müasir tikinti qaydalarına əsaslandırılan təxliyə planları hazırlanmalı və icraçılar tərəfindən layihədə qeyd olunan standartlara uyğun həyata keçirilməlidir.
Lakin əfsuslar olsun ki, Bakı şəhərində bir sıra binalarda təxliyə planları, havalandırılan dəhliz və pilləkənlər belə standartlara uyğun qoyulmur. Qoyulan yerlərdə isə qapılarda, pəncərələrdə, dönüşlərdə müəyyən standartlar pozulub.
Lakin onu da qeyd edim ki, paytaxtın 28 May, Nərimanov və Xətai ərazilərində yerləşən binaların əksəriyyətində bu problem demək olar ki, aradan qaldırılıb. Əsasən təxliyə və təhlükəsizliklə bağlı ciddi problemlərin özünü göstərdiyi binalar 2009, 2012 və 2014-cü illərdə tikilən binalardır. Bu tip binalara daha çox Sabunçu və Badamdar ərazilərində rast gəlinir”.
Muxtar Ərturan fövqəladə hallara qarşı ehtiyat tədbirlərinin yetərincə görülməsi baxımından aidiyyəti qurumların üzərində daha məsuliyyət düşdüyünü bildirib:
“Yanğın və digər fövqəladə hallara qarşı ehtiyat tədbirlərinin yetərincə görülməsi baxımından Fövqəladə Hallar Nazirliyinin və ya yerli icra orqanlarının aparatlarında müəyyən məsul şəxslər və yaxud bölmələr ayrılmalıdır ki, onlar tikinti prosesində və sonrası gedən işlər zamanı standartları pozulmuş binalarda qüsur aktları tərtib etsinlər və onu müəyyən orqanlara təqdim etməklə bu məsələlərin profilaktikası ilə məşğul olsunlar.
Əlavə olaraq bu kimi məsələlərlə bağlı mütəmadi yoxlanışlar aparılmalıdır. Ən bəsit formada baş verən yanğınlar zamanı belə təxliyə planına əsasən havalandırılan dəhlizlər və pilləkənlərdə insanların çıxışı üçün plastik və dəmir qapılar qoyulur. Əslində isə bunlar yanmayan, birtərəfli itələməklə açılan qapılar olmalıdır. Əfsuslar olsun ki, bu tip qapılar daha çox plastik materialdan və dəmirdən olur. Bu isə kütləvi formada təxliyə zamanı ciddi problemlər yaradır. Belə hallar istər yeni tikililərdə, istərsə də köhnə tikililərdə yetərincə çoxdur”.
Nazim Hacıyev
- 17.01.2024
- 377
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
315 000Bugün, 11:40Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 98 m² 2/17 mərtəbə -
1 000Bugün, 11:39Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Nəsimi r.
2 otaqlı 70 m² 3/20 mərtəbə -
315 000Bugün, 11:39Satılır Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
4 otaqlı 120 m² 2/17 mərtəbə -
115 000Bugün, 11:36Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
4 otaqlı 100 m² -
1 130 000Bugün, 11:34Satılır Obyekt
Nərimanov r.
170 m² -
137 000Bugün, 11:31Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 66 m² 17/17 mərtəbə -
140 000Bugün, 11:31Satılır Həyət evi/villa
Elmlər akademiyası m., Badamdar qəs., Heydər Əliyev park , Səbail r.
3 otaqlı 90 m² -
212 000Bugün, 11:25Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 65 m² 17/17 mərtəbə -
168 000Bugün, 11:20Satılır Obyekt
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
50 m² -
500Bugün, 11:19Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
1 otaqlı 50 m² 8/9 mərtəbə -
136 000Bugün, 11:18Satılır Yeni Tikili
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 75 m² 2/7 mərtəbə -
800Bugün, 11:14Kirayə (aylıq) Köhnə Tikili
28 May m., Nizami r.
2 otaqlı 80 m² 14/16 mərtəbə -
315 000Bugün, 11:07Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 98 m² 7/17 mərtəbə -
550Bugün, 11:05Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 45 m² 5/5 mərtəbə -
125 000Bugün, 11:03Satılır Torpaq
Şüvəlan, Xəzər r.
5 sot -
1 900Bugün, 11:00Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 140 m² 4/7 mərtəbə -
205 000Bugün, 10:57Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 66 m² 4/20 mərtəbə -
36 000Bugün, 10:52Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 60 m² 5/14 mərtəbə -
175 000Bugün, 10:39Satılır Köhnə Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 65 m² 4/9 mərtəbə -
185 000Bugün, 10:38Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 78 m² 16/20 mərtəbə -
750Bugün, 10:38Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 70 m² 10/19 mərtəbə -
170 000Bugün, 10:34Satılır Həyət evi/villa
Əmircan qəs., Suraxanı r.
4 otaqlı 100 m² -
690Bugün, 10:30Kirayə (aylıq) Yeni Tikili
H.Aslanov qəs., Xətai r.
3 otaqlı 84 m² 6/17 mərtəbə -
415 000Bugün, 10:29Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
182 000Bugün, 10:29Satılır Həyət evi/villa
Nəsimi r.
2 otaqlı 57 m² -
418 000Bugün, 10:16Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 300 m² -
750Bugün, 10:15Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Gənclik Mall, Nərimanov r.
3 otaqlı 70 m² 1/5 mərtəbə -
285 000Bugün, 10:08Satılır Yeni Tikili
Memar Əcəmi m., 9-cu mikrorayon, Binəqədi r.
3 otaqlı 130 m² 8/14 mərtəbə -
130 000Bugün, 09:37Satılır Həyət evi/villa
Saray, Abşeron r.
6 otaqlı 270 m² -
174 000Bugün, 09:13Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
5 otaqlı 120 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller