Bakıda boş mənzillərə vergi tətbiq oluna bilər? – Deputatdan açıqlama

Bakıda minlərlə mənzilin uzun müddət istifadəsiz qalması fonunda boş saxlanılan evlərə əlavə verginin tətbiqi yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edir ki, belə mexanizm daşınmaz əmlak bazarında süni qiymət artımının qarşısını ala və kirayə bazarını canlandıra bilər. Bununla belə, deputatlar məsələyə həm iqtisadi, həm də hüquqi müstəvidən yanaşmağın vacib olduğunu bildirirlər.
Məsələ ilə bağlı açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirib ki, hazırda qanunvericilikdə “boş mənzil” və “dolu mənzil” anlayışı yoxdur.
Deputat qeyd edib ki, özəl mülkiyyət toxunulmazdır və qorunmalıdır:
“Ümumiyyətlə, mənzillərin boş qalması düzgün format deyil. Amma qanunvericilik baxımından boş və ya dolu mənzil anlayışı yoxdur. Özəl mülkiyyət toxunulmazdır və qorunmalıdır”.
Əlibala Məhərrəmzadənin sözlərinə görə, bir çox hallarda vətəndaşlar mənzilləri investisiya məqsədilə alırlar:
“Kimsə onu investisiya kimi alıb saxlayır, gələcəkdə övladına vermək və ya satmaq istəyir. Yaxud da yığdığı vəsaiti həmin mənzilə yatırır. Bu baxımdan insanlar mənzillərə investisiya aləti kimi yanaşırlar”.
Deputat hesab edir ki, gələcəkdə dünya praktikasına uyğun olaraq daşınmaz əmlak vergisi sistemi daha da sərtləşdirilə bilər:
“Dünyanın bir çox ölkəsində yaşadığın mənzilə görə ciddi vergilər tətbiq olunur. O vergilər mənzilin qiyməti, yerləşdiyi zona və digər meyarlarla müəyyən edilir. Azərbaycanda isə hazırda əsasən bələdiyyə vergisi və xidmət haqları mövcuddur”.
Deputat vurğulayıb ki, hazırkı sosial vəziyyət və hüquqi mexanizmlər nəzərə alınanda, istifadəsiz mənzillərə ayrıca verginin tətbiqi məqsədəuyğun görünmür:
“Hazırda bunu boş və ya dolu mənzil anlayışı ilə əlaqələndirmək düzgün olmazdı. Hesab edirəm ki, bu format qənaətbəxş sayılmayacaq və buna ehtiyac yoxdur”.
- 30.05.2026
- 79
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
360 000Bugün, 22:37Satılır Həyət evi/villa
Saray, Abşeron r.
12 otaqlı 740 m² -
69 500Bugün, 22:23Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 51 m² 6/6 mərtəbə -
5 000Bugün, 22:11Kirayə (aylıq) Yeni Tikili
Nardaran qəs., Sea Breeze, Sabunçu r.
2 otaqlı 96 m² 1/7 mərtəbə -
45 001Bugün, 22:03Satılır Yeni Tikili
İçərişəhər m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 115.8 m² 10/19 mərtəbə -
88 000Bugün, 22:00Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 43 m² 5/7 mərtəbə -
1 000Bugün, 21:40Kirayə (aylıq) Obyekt
ABŞ səfirliyi, Nəsimi r.
35 m² -
137 000Bugün, 21:38Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
4 otaqlı 120 m² -
420Bugün, 21:36Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 71 m² 5/13 mərtəbə -
120 000Bugün, 21:30Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 68.3 m² 2/8 mərtəbə -
60Bugün, 21:25Kirayə (günlük) Həyət evi/villa
Şəki ş.
3 otaqlı 100 m² -
65 500Bugün, 21:14Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 40 m² 5/8 mərtəbə -
15 000Bugün, 20:57Satılır Torpaq
Azadlıq m., Binəqədi qəs., Azadlıq meydanı, Binəqədi r.
1.5 sot -
90Bugün, 20:55Kirayə (günlük) Həyət evi/villa
Qax ş.
4 otaqlı 180 m² -
72 000Bugün, 20:52Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 52 m² 2/6 mərtəbə -
500Bugün, 20:41Kirayə (aylıq) Yeni Tikili
Abşeron r.
3 otaqlı 62.5 m² 4/9 mərtəbə -
960Bugün, 20:27Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 80 m² 17/18 mərtəbə -
350Bugün, 20:26Kirayə (aylıq) Həyət evi/villa
Koroğlu m., Böyükşor qəs., Bravo Koroğlu, Nərimanov r.
2 otaqlı 60 m² -
600Bugün, 20:23Kirayə (aylıq) Obyekt
İçərişəhər m., Səbail r.
45 m² -
75 000Bugün, 20:16Satılır Həyət evi/villa
İçərişəhər m., Bayıl qəs., Bayıl parkı, Səbail r.
2 otaqlı 50 m² -
70 000Bugün, 20:10Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 100 m² -
267 000Bugün, 20:04Satılır Köhnə Tikili
Xətai m., Xətai r.
3 otaqlı 80 m² 1/7 mərtəbə -
600Bugün, 19:54Kirayə (aylıq) Köhnə Tikili
Elmlər akademiyası m., Bakı Dövlət Universiteti, Yasamal r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
34Bugün, 19:45Kirayə (günlük) Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 60 m² 12/18 mərtəbə -
390 000Bugün, 19:43Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Metropark, Nərimanov r.
3 otaqlı 126 m² 8/17 mərtəbə -
63 000Bugün, 19:38Satılır Həyət evi/villa
Masazır, Baku Mall, Abşeron r.
3 otaqlı 110 m² -
600Bugün, 19:37Kirayə (aylıq) Ofis
Nizami m., Caspian Plaza, Yasamal r.
2 otaqlı 45 m² -
110 000Bugün, 19:32Satılır Həyət evi/villa
Türkan, Xəzər r.
5 otaqlı 250 m² -
850Bugün, 19:32Kirayə (aylıq) Ofis
Xətai m., Port Baku, Xətai r.
3 otaqlı 70 m² -
1 000Bugün, 19:29Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 100 m² 5/18 mərtəbə -
72 000Bugün, 19:23Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
4 otaqlı 78 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

