Bakıda aylığı 129 AZN-dən başlayan sosial mənzillər satışda

Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı elan olundu
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il tarixində saat 10:00-da başlayacaq və 7 avqust 2018-ci il tarixi saat 10:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.
Bina № | Binanın yerləşdiyi torpaq sahəsi (m²) | Binada mərtəbə sayı | Binaya giriş sayı | Mənzillərin otaqlarının sayı | Mənzillərin sayı | Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) | Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) | Baş podratçı / ünvanı | Tikinti-quraşdırma və təmir |
1 | 441,56 | 12 | 1 | 1 | 12 | 31,50 – 33,01 | 40,12 | “NN Group” MMC / Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, 27, 8-ci mərtəbə, qapı 1. | 01 iyul 2018-ci il
|
2 | 24 | 56,85 – 57,87 | 70,44 | ||||||
3 | 24 | 69,80 – 70,46 | 84,47 | ||||||
2 | 645,25 | 9 | 2 | 1 | 9 | 33,10 – 33,37 | 40,52 | ||
2 | 54 | 49,77 – 55,02 | 60,10 – 66,91 | ||||||
3 | 9 | 69,08 – 69,68 | 84,47 | ||||||
3 | 665,45 | 9 | 2 | 1 | 16 | 33,10 – 33,37 | 40,52 | ||
2 | 32 | 54,65 – 55,03 | 66,92 | ||||||
3 | 16 | 69,51 – 69,93 | 81,64 | ||||||
4 | 675,52 | 9 | 2 | 1 | 16 | 33,10 – 33,37 | 40,52 | ||
2 | 32 | 54,65 – 55,03 | 66,92 | ||||||
3 | 16 | 69,51 – 69,93 | 81,64 |
Satış şərtləri və qiymətlər:
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi | Müddət | Minimal ilkin ödəniş | Aylıq ödəniş* | ||
1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |||
4% | 3-30 il | 10% | 129-136 manat | 203-236 manat | 282-288 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı
qiymətlərdən başlayır:
Otaqların sayı | Mənzilin qiyməti (manat) | Əlavə endirim məbləği (manat) | Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 | 29 925 | 2 993 | 26 932 |
2 | 47 282 | 4 728 | 42 554 |
3 | 65 626 | 6 563 | 59 063 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Yasamal Yaşayış Kompleksinin internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
- 19.04.2018
- 2596
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
179 000Bugün, 18:01Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 60 m² 3/13 mərtəbə -
8 000Bugün, 17:59Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
165 m² -
247 000Bugün, 17:56Satılır Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 92 m² 2/5 mərtəbə -
138 000Bugün, 17:54Satılır Həyət evi/villa
Buzovna, Xəzər r.
5 otaqlı 137 m² -
500Bugün, 17:54Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 48 m² 3/16 mərtəbə -
570Bugün, 17:53Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 65 m² 1/5 mərtəbə -
1 000Bugün, 17:48Kirayə (aylıq) Ofis
Nizami m., Yasamal r.
3 otaqlı 70 m² -
177 000Bugün, 17:45Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 71 m² 4/16 mərtəbə -
1 300Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 170 m² 6/16 mərtəbə -
600Bugün, 17:40Kirayə (aylıq) Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 57 m² 6/9 mərtəbə -
9 500Bugün, 17:36Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
170 m² -
420Bugün, 17:36Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Əhmədli, Xətai r.
28 m² -
145 000Bugün, 17:34Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 67.9 m² 16/18 mərtəbə -
5 300Bugün, 17:33Kirayə (aylıq) Obyekt
4-cü mikrorayon, Nəsimi r.
400 m² -
1 000Bugün, 17:33Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 120 m² 3/14 mərtəbə -
135 000Bugün, 17:29Satılır Köhnə Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
96 000Bugün, 17:28Satılır Həyət evi/villa
Koroğlu m., Maştağa qəs., Sabunçu r.
4 otaqlı 125 m² -
1 900Bugün, 17:28Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., Nizami r.
105 m² -
1 100Bugün, 17:27Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 13/16 mərtəbə -
250 000Bugün, 17:21Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Azinko MTK, Nərimanov r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
3 500Bugün, 17:19Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
70 m² -
110 000Bugün, 17:19Satılır Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
1 otaqlı 50 m² 3/5 mərtəbə -
115 000Bugün, 17:19Satılır Yeni Tikili
Xətai r.
3 otaqlı 58 m² 5/14 mərtəbə -
400Bugün, 17:18Kirayə (aylıq) Köhnə Tikili
Fəvvarələr meydanı, Səbail r.
1 otaqlı 35 m² 1/2 mərtəbə -
160 000Bugün, 17:17Satılır Yeni Tikili
Zığ qəs., Suraxanı r.
3 otaqlı 70.4 m² 14/14 mərtəbə -
600Bugün, 17:16Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
55 m² -
450Bugün, 17:16Kirayə (aylıq) Ofis
8 Noyabr m., Nəsimi r.
1 otaqlı 20 m² -
850Bugün, 17:14Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Böyükşor qəs., AAAF PARK, Nərimanov r.
2 otaqlı 75 m² 3/18 mərtəbə -
124 500Bugün, 17:08Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
3 otaqlı 60 m² -
400Bugün, 17:08Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 40 m² 5/8 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

