Bakıda aparılan söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək? - ARAŞDIRMA
Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata əsasən, paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi ön plandadır. Bu səbəbdən şəhərin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. Maraqlıdır, ilkin mərhələdə hansı ərazilərin sökülməsi nəzərdə tutulub? Ən əsası, söküntü işləri həmin ərazilərdə əmlakın satışı və kirayə qiymətlərinə necə təsir edəcək?
"Alqı-satqı sürətlənəcək"
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda söküntü işləri Bakının Yasamal rayonunda, "Sovetski" adlanan ərazinin bir hissəsində aparılır: "Burada qəzalı və köhnə binalar sökülür. Həmin ərazilərdə tarixi abidələr, memarlıq üslubunda tikilən çoxsaylı binalar var ki, onlar təmir olunur. Sökülən ərazilərdə isə yalnız mənzillər deyil, yeni parkların salınması nəzərdə tutulur. Bu, keçmiş Bakını qoruyub saxlamağa və şəhərin mərkəzində sıxlığın aradan qaldırılmasına hesablanıb. Digər tərəfdən, söküntülər yeni avtomobil yollarının salınması ilə bağlı da aparılır. Təbii ki, evləri sökülən şəxslər mənzil axtarışına çıxacaq və yalnız mərkəzdə deyil, kənar ərazilərdə də alqı-satqı sürətlənəcək. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək".
Tələb çox, say az - bahalaşma qaçılmazdır
Mütəxəssis bildirir ki, kirayə bazarında nəinki qiymətlər bahalaşacaq, ümumiyyətlə, mənzil qıtlığı müşahidə olunacaq:
"Nəzərə almaq lazımdır ki, sökülən mənzillərin böyük bir hissəsi kirayəyə verilirdi. Həmçinin evləri sökülən şəxslər mənzil alana qədər bəlli müddət kirayədə yaşamaq məcburiyyətindədirlər. Təbii ki, bu, kirayə bazarında da qiymətləri artıracaq. Tələb çox, say az olduğu üçün bahalaşma qaçılmazdır".
"Paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq"
Qiymətlərə gəldikdə isə, E.Fərzəliyev bildirir ki, qiymətlər ortalama 10 faizə qədər artacaq:
"Əmlaklarla bağlı konkret qiymət demək olmur. Otaq sayına, yerləşmə yerinə və binanın ilinə görə qiymətlər müxtəlifdir. Adətən yay aylarında həyət evlərinə tələbat artır, çoxmənzilli binalara azalır. Təbii ki, tələbat azalanda qismən enmələr qaçılmaz olur, amma söküntülərlə bağlı müştəri çox olduqda, azalmadan danışa bilmərik. Əgər qısa zaman ərzində əmlak bazarına yüzlərlə müştəri müraciət edərsə, bu, qiymətlərin ortalama 10 faizə qədər artması deməkdir. Qiymətlərin baha olması ilə yanaşı, ev tapmaq da çətinləşəcək. 2040-cı ilə qədər paytaxt Baş plana uyğun olacaq. Bu da onu deməyə əsas verir ki, çox sayda köhnə bina və fərdi həyət evi söküləcək. Təbii ki, ən ucuz kirayə verilən və satılan mənzillər köhnə binalarda və həyət evlərində olurdu. Onları yeni tikililər əvəzlədikdə, mənzillərin qiymətində iki dəfəyə yaxın fərq yaranacaq. Yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq".
Daşınmaz əmlak bazarı üçün ciddi rəqəm
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyir ki, Bakı şəhərinin 11 rayonunda mərhələli qaydada söküntü işləri aparılacaq: "Söküntü Qaradağı çıxmaq şərtilə, Bakının bütün rayonlarını əhatə edəcək. Söküntü prosesi ilə bağlı vətəndaşlara ya imtina etdiyi mülkiyyətə görə pul verilir, ya da kompensasiya məbləğinə uyğun olaraq həmin ərazidə mənzillə təmin olunurlar. Yeni bina hazır olana qədər vətəndaşlar kirayə qalırlar. Təbii ki, bu, kirayə bazarında artıma səbəb olacaq. Hazırda altı mindən çox ailə ilə proses aparılır. Bu, daşınmaz əmlak bazarı üçün çox ciddi rəqəmdir".
Hansı ərazilərdə qiymətlər stabilləşəcək?
V.Oruc bildirir ki, təmir olunan, abadlıq aparılan ərazilərdə mənzil qiymətləri artacaq: "Amma bu o demək deyil ki, qiymət artımı Bakıda bütün rayonları əhatə edəcək. Hesablamalara görə, yeni tikilən ərazilərdə qiymətlər artacaq, vətəndaşların əksəriyyəti həmin ərazilərə yönələcəklər. Daşınmaz əmlak bazarının diqqətində həmin ərazilər olacaq. Digər ərazilərdə isə qiymətlər stabilləşəcək".
200 mindən yarım milyona
Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, hazırda şəhərə yaxın ərazidə köhnə binada üçotaqlı mənzilin qiyməti 200-300 mindirsə, bina yeni tikili ilə əvəzləndikdə, yaxın gələcəkdə bu rəqəm yarım milyon olacaq: "Mərkəzə yaxın ərazilərdə qiymətlər fərqli olacaq. Kirayə bazarında isə onsuz da qıtlıqdır və artıq qiymətlər 30 faizə qədər qalxıb. Binaları sökülən sakinlər mənzil axtarışındadırlar. Əvvəllər kirayə evi daha çox tələbələr axtarırdısa, indi axtarışda olanlar ən çox mənzilləri sökülənlərdir. Bu saya tələbələri də əlavə etsək, qiymətlərin bahalaşması tam normaldır".
- 15.04.2025
- 450
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
65 000Dünən, 23:09Satılır Həyət evi/villa
Koroğlu m., Suraxanı qəs., Sea Breeze, Suraxanı r.
3 otaqlı 100 m² -
80 000Dünən, 22:56Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 48 m² 4/6 mərtəbə -
250Dünən, 22:51Kirayə (aylıq) Həyət evi/villa
Hökməli, Abşeron r.
1 otaqlı 34 m² -
65 000Dünən, 22:50Satılır Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² -
4 000Dünən, 22:49Kirayə (aylıq) Obyekt
Nəsimi m., Nəsimi r.
100 m² -
149 000Dünən, 22:46Satılır Həyət evi/villa
Xırdalan ş.
5 otaqlı 150 m² -
43 000Dünən, 22:33Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 58 m² -
220 000Dünən, 22:31Satılır Yeni Tikili
Nəsimi m., Binəqədi r.
3 otaqlı 90 m² 2/16 mərtəbə -
370Dünən, 22:28Kirayə (aylıq) Köhnə Tikili
Sumqayıt ş.
2 otaqlı 44 m² 2/5 mərtəbə -
799Dünən, 22:24Kirayə (aylıq) Yeni Tikili
28 May m., ABŞ səfirliyi, Nəsimi r.
2 otaqlı 60 m² 12/17 mərtəbə -
4 500Dünən, 22:19Kirayə (aylıq) Obyekt
Nəsimi r.
320 m² -
15 000Dünən, 22:01Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
700 m² -
100Dünən, 22:00Kirayə (aylıq) Həyət evi/villa
Bayıl qəs., Səbail r.
1 otaqlı 20 m² -
870 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 5 sot -
1 200 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 9 sot -
365 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.7 sot -
345 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 3.5 sot -
185 000Dünən, 21:55Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 2.5 sot -
255 000Dünən, 21:55Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3.5 sot -
210 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 2.5 sot -
520 000Dünən, 21:55Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 5 sot -
540 000Dünən, 21:53Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
4 otaqlı 6 sot -
740 000Dünən, 21:53Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 8 sot -
285 000Dünən, 21:51Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 4.8 sot -
248 000Dünən, 21:50Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 3 sot -
560 000Dünən, 21:44Satılır Torpaq
Mehdiabad, Abşeron r.
40 sot -
297 000Dünən, 21:40Satılır Bağ evi
Şüvəlan, Xəzər r.
4 otaqlı 4 sot -
450Dünən, 21:30Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Zığ qəs., Suraxanı r.
3 otaqlı 90 m² 6/11 mərtəbə -
67 000Dünən, 21:27Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 6/6 mərtəbə -
60Dünən, 20:52Kirayə (günlük) Həyət evi/villa
İsmayıllı ş.
3 otaqlı 85 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
