Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA

Azərbaycanın daşınmaz əmlak bazarında təxminən 3 il bundan əvvəl başlamış qiymət artımı səngimək bilmir. Hətta bazarda aktivliyin aşağı olmasına baxmayaraq bahalaşma davam edir.
Bəs bu tendensiya nə qədər davam edəcək?
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı təkcə alıcı-satıcı münasibətlərindən deyil, daha ciddi sosial-iqtisadi amillərdən qaynaqlanır: "Bazarda aktivlik zəif olduğu dövrlərdə belə bahalaşmanın davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir. Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək".
Bundan başqa, sədr deyir ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır: "Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir”.
Onun sözlərinə görə, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur: "Bu artım bir neçə amillə izah olunur. Əvvəla ölkəmizdə əhalinin sayının artması torpağa tələbatı artırır, bu isə qiymətlərə birbaşa təsir edir. Digər tərəfdən tikinti normaları dəyişir. Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən yeni tikinti normativləri tətbiq olunur. Artıq daha böyük sahələr tələb olunur, bu da torpağa tələbatı artırır. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi həmin layihənin reallaşdırılması üçün 30-40 sot ərazi lazım olur”.
Bundan başqa, o, əlavə edib ki, urbanizasiya - Bakıya köç və infrastrukturun inkişafı torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amillərdəndir: “Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 %-lik artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir".
Əmlak bazarı üzrə digər ekspert Ramil Osmanlı isə hesab edib ki, hazırda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ciddi və əhəmiyyətli deyil: “Aşağı seqmentdə – yəni dəyəri təxminən 200-250 min manatdan aşağı olan mənzillərdə qiymət artımına doğru nisbi meyillər var. Bu, son illər bazara xas olan sabit tendensiyadır və uzun müddətdir ki, dəyişmir. Bununla yanaşı, bazarda elə proseslər baş verir ki, bu da daha çox qiymət artımına səbəb olur. Lakin yüksək seqmentdə – təxminən 350-400 min manatdan yuxarı olan əmlaklarda qiymətlər sabit qalır. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi azalmalar da müşahidə olunur”.
Ekspert əlavə edib ki, hazırda daşınmaz əmlak bazarı ilin I rübü ilə müqayisədə daha sabitdir: “Mövcud proseslər qiymətlərin stabilləşməsinə və bazardakı dinamikanın azalmasına təsir göstərir”.
Bundan başqa, onun sözlərinə görə, kirayə mənzil bazarındakı vəziyyət satış bazarındakı vəziyyətdən fərqlənir: “Satış bazarında təklif çox, tələb isə nisbətən azdır. Bu da qiymətlərin müəyyən qədər enməsinə səbəb olur. Lakin kirayə bazarında tələb yüksək olaraq qalır. Təklifdə olan mənzillərin qiymətlərində isə kəskin artımlar müşahidə olunur. Bunun əsas səbəblərindən biri bazarın yenilənməsidir. Köhnə yaşayış massivləri sökülür, köhnə binalar dövriyyədən çıxarılır. Onların yerində inşa edilən yeni binalarda kirayə qiymətləri daha yüksək olur. Paralel olaraq, bu yeni mənzillərin satış qiymətlərində də artım qeydə alınır ki, bu da kirayə bazarında ucuzlaşmasının qarşısını alır və bahalaşma tendensiyasını gücləndirir”.
- 22.05.2025
- 355
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Dünən, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
450Bugün, 07:57Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., 2-ci mikrorayon, Nəsimi r.
2 otaqlı 55 m² 1/5 mərtəbə -
250Bugün, 07:57Kirayə (aylıq) Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 26 m² -
200Bugün, 07:54Kirayə (günlük) Həyət evi/villa
Qəbələ ş.
6 otaqlı -
700Bugün, 07:52Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Bravo Əhmədli, Xətai r.
50 m² -
135 000Bugün, 07:50Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 85 m² 2/16 mərtəbə -
550 000Bugün, 07:49Satılır Yeni Tikili
Papanin, Nəsimi r.
3 otaqlı 150 m² 5/14 mərtəbə -
2 250 000Bugün, 07:33Satılır Obyekt
20 Yanvar m., Alatava, Yasamal r.
464 m² -
82 000Bugün, 07:33Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 5/11 mərtəbə -
155 000Bugün, 07:29Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 2/7 mərtəbə -
142 000Bugün, 07:28Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 110 m² 10/14 mərtəbə -
137 000Bugün, 07:28Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 83 m² 2/9 mərtəbə -
145 000Bugün, 07:27Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 93 m² 2/16 mərtəbə -
150 000Bugün, 07:27Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 1/17 mərtəbə -
165 000Bugün, 07:26Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 100 m² 7/16 mərtəbə -
170 000Bugün, 07:26Satılır Həyət evi/villa
Xırdalan ş.
6 otaqlı 200 m² -
116 000Bugün, 07:26Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 63 m² 4/8 mərtəbə -
80 000Bugün, 07:25Satılır Həyət evi/villa
Xırdalan ş.
4 otaqlı 110 m² -
82 000Bugün, 07:25Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 57 m² 4/8 mərtəbə -
73 000Bugün, 07:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 54 m² 3/5 mərtəbə -
82 500Bugün, 07:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 8/9 mərtəbə -
700Bugün, 07:21Kirayə (aylıq) Obyekt
8-ci mikrorayon, Binəqədi r.
28 m² -
600Bugün, 07:18Kirayə (aylıq) Həyət evi/villa
28 Mall, Nərimanov r.
4 otaqlı 80 m² -
32 000Bugün, 07:17Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 72 m² 3/16 mərtəbə -
1 000Bugün, 07:17Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
80 m² -
1 200Bugün, 07:12Kirayə (aylıq) Obyekt
Bakıxanov qəs., Aygun City, Sabunçu r.
200 m² -
130 000Bugün, 07:10Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 45 m² 2/5 mərtəbə -
95 000Bugün, 07:10Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 75 m² 3/11 mərtəbə -
7 000Bugün, 07:09Satılır Torpaq
Yaşma bağları r., Sumqayıt ş.
6 sot -
340Bugün, 00:52Kirayə (aylıq) Köhnə Tikili
Azadlıq m., 8-ci mikrorayon, Ayna Sultanova heykəli, Binəqədi r.
1 otaqlı 25 m² 5/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

