Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA

Azərbaycanın daşınmaz əmlak bazarında təxminən 3 il bundan əvvəl başlamış qiymət artımı səngimək bilmir. Hətta bazarda aktivliyin aşağı olmasına baxmayaraq bahalaşma davam edir.
Bəs bu tendensiya nə qədər davam edəcək?
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, qiymət artımı təkcə alıcı-satıcı münasibətlərindən deyil, daha ciddi sosial-iqtisadi amillərdən qaynaqlanır: "Bazarda aktivlik zəif olduğu dövrlərdə belə bahalaşmanın davam etməsi bu sahədə yeni iqtisadi trendlərin formalaşdığını göstərir. Əmlakın artıq investisiya vasitəsi kimi dəyərləndirilməsi, tikinti xərclərinin artması, torpaq sahələrinə tələbatın yüksəlməsi və dövlətin həyata keçirdiyi sosial layihələr qiymətlərin aşağı düşməsinə imkan vermir. Əgər bu layihələr davamlı olarsa, bahalaşma bundan sonra da davam edəcək".
Bundan başqa, sədr deyir ki, satış qiymətləri ilə yanaşı kirayə qiymətləri də artmaqdadır: "Təkcə Bakıda 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Bu prosesin davamlı xarakter alması, sakinlərə aylıq kompensasiyalar ödənilməsi kirayə mənzillərə tələbatı əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiyanın yaxın aylarda daha da güclənəcəyi gözlənilir”.
Onun sözlərinə görə, torpaq sahələrinin qiymətində də davamlı artım müşahidə olunur: "Bu artım bir neçə amillə izah olunur. Əvvəla ölkəmizdə əhalinin sayının artması torpağa tələbatı artırır, bu isə qiymətlərə birbaşa təsir edir. Digər tərəfdən tikinti normaları dəyişir. Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən yeni tikinti normativləri tətbiq olunur. Artıq daha böyük sahələr tələb olunur, bu da torpağa tələbatı artırır. Əgər əvvəllər bir layihə üçün 20 sot torpaq kifayət edirdisə, indi həmin layihənin reallaşdırılması üçün 30-40 sot ərazi lazım olur”.
Bundan başqa, o, əlavə edib ki, urbanizasiya - Bakıya köç və infrastrukturun inkişafı torpaq sahələrinin qiymətinə təsir edən digər mühüm amillərdəndir: “Qiymət artımı ərazilər üzrə dəyişkənlik göstərir – infrastrukturun inkişaf etdiyi zonalarda artım daha yüksəkdir. Məsələn, bəzi yerlərdə pay torpaqlarının qiymətində son illərdə 200-250 %-lik artım qeydə alınıb. Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir".
Əmlak bazarı üzrə digər ekspert Ramil Osmanlı isə hesab edib ki, hazırda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ciddi və əhəmiyyətli deyil: “Aşağı seqmentdə – yəni dəyəri təxminən 200-250 min manatdan aşağı olan mənzillərdə qiymət artımına doğru nisbi meyillər var. Bu, son illər bazara xas olan sabit tendensiyadır və uzun müddətdir ki, dəyişmir. Bununla yanaşı, bazarda elə proseslər baş verir ki, bu da daha çox qiymət artımına səbəb olur. Lakin yüksək seqmentdə – təxminən 350-400 min manatdan yuxarı olan əmlaklarda qiymətlər sabit qalır. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi azalmalar da müşahidə olunur”.
Ekspert əlavə edib ki, hazırda daşınmaz əmlak bazarı ilin I rübü ilə müqayisədə daha sabitdir: “Mövcud proseslər qiymətlərin stabilləşməsinə və bazardakı dinamikanın azalmasına təsir göstərir”.
Bundan başqa, onun sözlərinə görə, kirayə mənzil bazarındakı vəziyyət satış bazarındakı vəziyyətdən fərqlənir: “Satış bazarında təklif çox, tələb isə nisbətən azdır. Bu da qiymətlərin müəyyən qədər enməsinə səbəb olur. Lakin kirayə bazarında tələb yüksək olaraq qalır. Təklifdə olan mənzillərin qiymətlərində isə kəskin artımlar müşahidə olunur. Bunun əsas səbəblərindən biri bazarın yenilənməsidir. Köhnə yaşayış massivləri sökülür, köhnə binalar dövriyyədən çıxarılır. Onların yerində inşa edilən yeni binalarda kirayə qiymətləri daha yüksək olur. Paralel olaraq, bu yeni mənzillərin satış qiymətlərində də artım qeydə alınır ki, bu da kirayə bazarında ucuzlaşmasının qarşısını alır və bahalaşma tendensiyasını gücləndirir”.
- 22.05.2025
- 437
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
460 000Bugün, 20:15Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 117 m² 14/16 mərtəbə -
1 100Bugün, 20:12Kirayə (aylıq) Obyekt
Gənclik m., Gənclik Mall, Nərimanov r.
60 m² -
1 700Bugün, 20:09Kirayə (aylıq) Obyekt
Ramana qəs., Sabunçu r.
340 m² -
200Bugün, 20:04Kirayə (günlük) Həyət evi/villa
Quba ş.
3 otaqlı 111 m² -
120Bugün, 20:01Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Bakı Dövlət Universiteti, Yasamal r.
1 otaqlı 12 m² -
135 000Bugün, 19:38Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 38 m² 9/9 mərtəbə -
1 500Bugün, 19:38Kirayə (aylıq) Obyekt
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
130 m² -
1 600Bugün, 19:10Kirayə (aylıq) Obyekt
Saray, Qafqaz Universiteti, Abşeron r.
375 m² -
100 000Bugün, 19:00Satılır Obyekt
Əhmədli, Xətai r.
40 m² -
45 000Bugün, 18:49Satılır Həyət evi/villa
Qobustan qəs., Qaradağ r.
3 otaqlı 1000 m² -
30Bugün, 18:40Kirayə (günlük) Yeni Tikili
İnşaatçılar m., İctimai telekanalı, Yasamal r.
2 otaqlı 75 m² 2/5 mərtəbə -
1 000Bugün, 18:39Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 110 m² 4/19 mərtəbə -
25 000Bugün, 18:27Satılır Həyət evi/villa
Koroğlu m., Kürdəxanı qəs., Sabunçu r.
2 otaqlı 60 m² -
145 000Bugün, 18:27Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
600Bugün, 18:22Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 8/25 mərtəbə -
1 300Bugün, 18:17Kirayə (aylıq) Obyekt
Xalqlar dostluğu m., Nizami r.
150 m² -
210 000Bugün, 18:02Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 80 m² 19/20 mərtəbə -
155 000Bugün, 18:00Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
1 otaqlı 55 m² 7/16 mərtəbə -
350 000Bugün, 17:56Satılır Həyət evi/villa
Biləcəri qəs., Binəqədi r.
6 otaqlı 350 m² -
1 300Bugün, 17:53Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 68 m² 10/18 mərtəbə -
130 000Bugün, 17:51Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 83 m² 3/5 mərtəbə -
107 000Bugün, 17:46Satılır Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., Sabunçu r.
3 otaqlı 100 m² -
1 200Bugün, 17:42Kirayə (aylıq) Yeni Tikili
Nizami m., Nəsimi r.
2 otaqlı 60 m² 4/16 mərtəbə -
550Bugün, 17:42Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
3 otaqlı 75 m² 10/16 mərtəbə -
287 236Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
1 otaqlı 46.83 m² 4/13 mərtəbə -
123 000Bugün, 17:33Satılır Yeni Tikili
Bakıxanov qəs., Sabunçu r.
2 otaqlı 55 m² 6/14 mərtəbə -
177 000Bugün, 17:32Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 60 m² 8/9 mərtəbə -
215 000Bugün, 17:30Satılır Yeni Tikili
Azadlıq m., Binəqədi r.
2 otaqlı 60 m² 12/16 mərtəbə -
153 000Bugün, 17:19Satılır Yeni Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
2 otaqlı 66.6 m² 5/14 mərtəbə -
148 000Bugün, 17:17Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Leyla plaza, Xətai r.
3 otaqlı 50 m² 11/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

