Azərbaycanın daşınmaz əmlak bazarında - BAHALAŞMA - QİYMƏTLƏR

Hər il olduğu kimi bu il də Bakının daşınmaz əmlak bazarı xüsusi dinamikliyi, qiymət artımları ilə yadda qalıb, iqtisadçıların, bazar iştirakçılarının diqqət mərkəzində olub.
Arenda.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc il ərzində paytaxtda daşınmaz əmlakın alqı-satqı və kirayəsi üzrə cərəyan edən prosesləri şərh edib.
Mənzillər 20% bahalaşıb
Onun sözlərinə görə, ilin son 6 ayı üzrə aparılan araşdırmalar zamanı məlum olur ki, paytaxtda mənzil bazarına təklif qiymətləri ilə real satış qiymətləri arasında fərq 3-5 % təşkil edir, “mayak” halında təklif olunan mənzillərin 1 kvadrat metri ötən ilə nisbətdə 4-11 % artıma məruz qalıb. “Hazırda mənzil bazarı üzrə orta qiymət təklifi 1 807 manat təşkil edir. Köhnə binalara tələbat azaldığı üçün qiymət artımı dinamikası 6,7-8,5 % aralığında müşahidə edilir”, -V. Oruc bildirib.
AQC rəhbəri qeyd edib ki, bu il mənzil bazarında təklif olunan mənzillərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17 % çoxdur: “Baş tutmuş əqdlərin sayı ötən ilə nisbətən 12,7 % artıq olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər iki halda təxminən ortalama 15 % artım müşahidə olunur. Yeni binalarda əsas tələbat 1 otaqlı olub 2 otaqlıya düzəldilən 55-65 kvadrat metr sahəsi olan mənzillərə olub. Köhnə binalarda bu tələb 2-3 otaqlı mənzillərədir. Paytaxt üzrə aktivlik əsasən ötən illərdə olduğu kimi Nərimanov, Xətai, Yasamal rayonlarının payına düşüb. İlin ikinci yarısında daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlərin artması dinamikası səngisə də (aylar üzrə 0,8-1,9 %), il üzrə müqayisədə ortalama artım tempi 20 % təşkil edib.
Yeni tikilən binalarda təkliflər ötən illə müqayisədə 16-17,5 % artıb. Təkrar mənzil bazarında da artım daha çox sosial layihələr - ipoteka və kirayə mənzil satışları dövründə özünü göstərir".
Bağ evləri kəskin bahalaşıb
O bildirib ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin növündən və məhsuldarlığından asılı olaraq təklif qiymətləri artır:
“Bu torpaqların qiyməti 2023-cü ildə əvvəlki ilə nisbətən yerləşdiyi ərazidən asılı olaraq 19-26 % yüksəlib. Yaşayış təyinatlı torpaq sahələrinin təklif qiymətləri yerləşdiyi əraziyə görə ciddi şəkildə artıb. Mərkəz ərazilərə nisbətən bağ sahələrinin qiymətində xüsusi artım daha qabarıq şəkildə görünür. Məsələn, 2022-ci ildə Bilgəh qəsəbəsində 13 000 manata təklif edilən torpaq sahəsi 2023-cü ildə 22 000 manata təklif edilib ki, bu da 70 % qiymət artımı deməkdir”. V. Oruc vurğulayıb ki, ümumilikdə torpaq sahələrinin qiymət artımı 24-70 % arasında dəyişir: “Obyekt torpaqlarının qiymət artımı isə yaşayış təyinatlı torpaq sahələrinin qiymət artımı şkalasının son həddinə yaxındır və artım 16-25 % aralığındadır”.
Onun sözlərinə görə, Bakıda villalar yüksək qiymətə bazara təklif edilsə də, ekspozisiya müddəti baxımından bu tip tikililər o qədər də likvid deyil:
“Ölkədə villa sahibi olmaq istəyən daha çox torpaq sahəsi əldə edərək, zövqünə uyğun inşaat işləri sifariş etməklə buna nail olur. Yeganə daşınmaz əmlak tipidir ki, bu sahədə real bazar qiymətləri dinamik şəkildə artmır”. V. Oruc hesab edir ki, fərdi yaşayış evləri, eyni zamanda həyət evləri seqmentində qiymət yüksəlişi davam edir. On fərqli olaraq ciddi artıma məruz qalmayıb”. Daşınmaz əmlakın kirayə qiymətləri dəyişib
Müsahib il ərzində paytaxda daşınmaz əmlakın icarəsi bazarında da baş verən proseslərdən danışıb:
“Bu il paytaxtda mənzillərin kirayə qiyməti yeni tikili binalarda 20,5 %, köhnə binalarda 18,5 % artıb. Günlük kirayə qiymətləri ölkəmizdəki iqtisadi inkişaf, turizm və investisiya cazibədarlığı səbəbindən ciddi şəkildə yüksəlir. Beynəlxalq yarışlar dövründə bu qiymətlər 30 %-ə qədər artıma məruz qalır. Digər dövrlərdə isə ötən ildə olan göstəricilərə nisbətən 15-20 % aralığında yüksəlir. Rayonlardakı istirahət mərkəzlərində 8-12 %, günlük evlərdə isə 16-18 % aralığında qiymət artımı müşahidə olunur.
Qeyri-yaşayış sahələri üzrə ofislərin icarə qiyməti 8,2 %, anbarların 8,7 %, “A” sinif anbarların 13 %, soyuducu anbarların 9,9 %, sexlərin qiyməti 7 % yüksəlib.
Kənd təsərrüfatı təyinatlı torpaqların icarə qiymətləri bir çox hallarda yerli bələdiyyə və müvafiq icra orqanları tərəfindən müəyyən edilsə də bazar qiymətləri fərqlidir. Ölkə üzrə baş verən qiymət artımı bu sahədə də özünü göstərir. Münbitliyindən asılı olaraq kənd təsərrüfatı təyinatlı torpaqların icarəsində qiymətlər fərqli şəkildə 7-22 % aralığında dəyişir.
Mövsümi bağ evlərinin kirayə qiymətləri ilk dəfə daha çox pandemiya dövründə artmağa başladı. Son dövrlərdə qardaş Türkiyədə baş verən faciəvi nəticələrlə müşaiyyət olunan zəlzələlər və ölkəmizdə davamlı kiçik yeraltı təkanlar fərdi yaşayış evlərinin satış qiymətinə təsir göstərdiyi kimi bağ evlərinin də qiymət artımına səbəb oldu. 2-4 aylıq kirayə qiymətləri ötən ilə nisbətən 2023-cü ildə daha çox artıma məruz qaldı. Bu fərq təqribən ortalama dənizə yaxın ərazilərdə 35-40 %-ə kimi yüksəldi. Yay tətilini quru sərhədlərin bağlanması səbəbindən ölkə daxilində keçirməklə kifayətlənən əhali hissəsinin artması da qiymətlərə öz təsirini göstərdi”
- 18.12.2023
- 369
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
900Bugün, 15:08Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Neftçi bazası, Nərimanov r.
2 otaqlı 103 m² 11/17 mərtəbə -
269 000Bugün, 15:08Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 73.01 m² 3/6 mərtəbə -
34 999Bugün, 15:05Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 93 m² 16/16 mərtəbə -
2 800Bugün, 15:03Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
180 m² -
224 000Bugün, 15:02Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 147 m² 3/15 mərtəbə -
1 500Bugün, 15:02Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 100 m² 18/22 mərtəbə -
799Bugün, 15:01Kirayə (aylıq) Yeni Tikili
Dərnəgül m., Nərimanov r.
2 otaqlı 65 m² 3/15 mərtəbə -
114 000Bugün, 14:59Satılır Köhnə Tikili
Həzi Aslanov m., Köhnə Günəşli qəs., Xətai r.
2 otaqlı 45 m² 5/9 mərtəbə -
34 000Bugün, 14:58Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 102 m² 7/14 mərtəbə -
580 000Bugün, 14:56Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
7 otaqlı 187 m² 4/5 mərtəbə -
800Bugün, 14:56Kirayə (aylıq) Obyekt
Xətai m., Dəmirçi Plaza, Xətai r.
55 m² -
850Bugün, 14:56Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 75 m² 6/10 mərtəbə -
700Bugün, 14:55Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 100 m² 11/16 mərtəbə -
59 000Bugün, 14:54Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 6/6 mərtəbə -
1 100Bugün, 14:51Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Dəmirçi Plaza, Xətai r.
2 otaqlı 65 m² 5/14 mərtəbə -
50Bugün, 14:51Kirayə (günlük) Yeni Tikili
Xətai m., Montin qəs., AMAY, Nərimanov r.
3 otaqlı 112 m² 5/14 mərtəbə -
160 000Bugün, 14:49Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 60 m² 1/9 mərtəbə -
1 200Bugün, 14:49Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
130 m² -
85 000Bugün, 14:48Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 67 m² 11/16 mərtəbə -
169 000Bugün, 14:47Satılır Köhnə Tikili
Əhmədli m., Köhnə Günəşli qəs., Xətai r.
3 otaqlı 80 m² 9/9 mərtəbə -
1 250Bugün, 14:43Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Tibb Universiteti, Nəsimi r.
2 otaqlı 62 m² 4/17 mərtəbə -
1 000Bugün, 14:40Kirayə (aylıq) Obyekt
Xətai m., Xətai r.
60 m² -
360Bugün, 14:39Kirayə (aylıq) Həyət evi/villa
Balaxanı qəs., Sabunçu r.
2 otaqlı 90 m² -
1 000Bugün, 14:38Kirayə (aylıq) Yeni Tikili
Yasamal r.
2 otaqlı 65 m² 14/27 mərtəbə -
1 200Bugün, 14:37Kirayə (aylıq) Yeni Tikili
Suraxanı r.
3 otaqlı 120 m² 8/12 mərtəbə -
255 000Bugün, 14:37Satılır Yeni Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 92 m² 2/14 mərtəbə -
27 000Bugün, 14:37Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 84.58 m² 7/16 mərtəbə -
168 000Bugün, 14:33Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 48 m² 3/20 mərtəbə -
150 000Bugün, 14:33Satılır Yeni Tikili
Əhmədli, Xətai r.
3 otaqlı 110 m² 7/16 mərtəbə -
600Bugün, 14:32Kirayə (aylıq) Köhnə Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 60 m² 4/5 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
