Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb

Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb

Azərbaycanda dövlət əmlakının registri üzrə normativ-hüquqi baza mövcud olsa da, aparılan təhlillər qeydiyyat və uçot sistemində ciddi çatışmazlıqların qaldığını ortaya çıxarıb.

Sənədə əsasən, dövlət qurumlarının təqdim etdiyi registr məlumatlarının tam və dəqiq olmaması dövlət əmlaklarının icbari sığorta mexanizmi ilə faktiki əhatə dairəsinin müəyyən edilməsini çətinləşdirir.

Bəzi təşkilatların təqdim etdiyi göstəricilərin təhlili zamanı uyğunsuz hallara rast gəlinib. Belə ki, bir sıra hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələrinin sığortalandığı, əksinə, istismarda olan və texniki baxımdan saz nəqliyyat vasitələrinin isə icbari sığortadan kənarda qaldığı müəyyən edilib.

Bundan əlavə, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili göstərib ki, bir çox təşkilat bu istiqamətdə xərcləri "Azərbaycanın Vahid Büdcə Təsnifatı"nın tələblərinə uyğun icra etməyib.

Qeyd olunan nöqsanlar dövlət əmlakının idarə olunması və sığorta mexanizmlərinin effektivliyinə mənfi təsir göstərən əsas amillər kimi qiymətləndirilir.

  • 24.04.2026
  • 21
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller