Azərbaycanda binaların dağılmadan qorunması üzrə - YENİ QAYDA TƏSDİQLƏNİB

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası "Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi. Layihələndirmə normaları"nı təsdiqləyib.
Bununla bağlı kollegiyanın sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bina və qurğunun hər hansı bir mərtəbəsinin yükdaşıyan konstruksiyalarını hesablayarkən yerli dağılma zonası hündürlüyü 75 m-ə qədər olan bina və qurğular üçün sahəsi 28 kvadrat metrdən (diametri 6 m), hündürlüyü 75 m-dən 200 m-ə qədər olan bina və qurğular üçün sahəsi 80 kvadrat metrdən (diametri 10 m) və hündürlüyü 200 m-dən çox olan bina və qurğular üçün sahəsi 100 kvadrat metrdən (diametri 11,5 m) kiçik olmayan dairə ilə müəyyən ediləcək.
Bundan başqa, bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi daha səmərəli vasitələrlə təmin edilməlidir:
- memarlıq-planlaşdırma həlləri işlənilərkən qəza nəticəsində yaranan təsirlərdən yerli dağılmanın yaranması mümkünlüyü nəzərə alınmalıdır;
- çoxmərtəbəli bina və qurğularda konstruksiyanın statik həll olunmamazlıq dərəcəsinin artırılması kimi konstruktiv tədbirlər tətbiq olunmalıdır (konstruksiyanın kəsilməzliyinin artırılması, oynaq birləşmələrinin azaldılması);
- konstruksiya elementlərində və onların birləşmələrində plastik deformasiyaların inkişafını təmin edən materiallar və konstruktiv həllər tətbiq olunmalıdır.
Həmçinin kərpic bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- binanın perimetri üzrə hər mərtəbədə boşluqüstü atmanın üstü və mərtəbəarası örtüyün aşağısı arasında armaturlanmış divar kəməri qurulmalıdır. Əgər mərtəbəarası örtüyün aşağısı boşluqüstü atmanın üstü ilə eyni olarsa, onda atmalar monolit dəmir-betondan hazırlanmalı və xarici və ya daxili divarların bütün konturu boyunca qırılma olmadan antiseysmik tipli monolit dəmir-beton kəmər quraşdırılmalıdır. Hörgünün və monolit kəmərin armaturunun tələb olunan sahəsi hesablama ilə təyin olunmalıdır;
- daxili yükdaşıyan kərpic divarların və xarici yükdaşıyan divarların daxili qatının qalınlığı hesablama ilə, lakin 380 mm-dən az olmayaraq qəbul edilməlidir;
- sonuncu mərtəbə örtüyü ilə mərtəbəarası örtük disklərinin möhkəmliyini təmin edən sonuncu mərtəbə örtüyü və mərtəbəarası örtük plitələri arasında boyuna və eninə istiqamətlərdə rabitələr nəzərdə tutulmalıdır. Bu halda rabitələr hesablamalar nəticəsində AzDTN 2.17-1-in tələblərinə uyğun olaraq təyin olunan, lakin bu Normaların 8.3-cü bəndində göstərilənlərdən az olmayan qüvvəni qəbul edib layihələndirilməlidir;
- mərtəbəarası örtüklərdə gizli tirlərin qurulması və mərtəbəarası örtük tavalarında əlavə armaturların qoyulması nəzərdə tutulmalıdır.
Eləcə də, polad karkaslı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- polad konstruksiyaları layihələndirildikdə əlverişsiz amillər toplusunu aradan qaldırmaq üçün AzDTN 2.18-1-in tələbləri nəzərə alınmaqla konstruktiv elementlərin və onların düyünlərinin kövrək dağılmasının mümkünlüyü aradan qaldırılmalıdır;
- konstruktiv sistemin plastik işini təmin etmək üçün nisbi uzanması 20 %-dən az olmayan azkarbonlu və aşağılegirlənmiş poladlar tətbiq olunmalıdır;
- polad karkaslı konstruksiyanın getdikcə artan dağılmaya sərtliyini və dayanıqlılığını artırmaq üçün effektiv rabitə sistemləri nəzərdə tutulmalıdır. Rabitələr elə layihələndirilməlidir ki, yükdaşıyan elementlərdən birinin yerli dağılmasından sonra onların işi təmin olunsun və təsir edən qüvvə axınının yenidən paylanması ilə dağlmadan zəruri deformasiyaların inkişafı mümkün olsun.
Böyükaşırımlı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- yükdaşıyan konstruktiv elementlərdən birinin atılması və konstruktiv sistemin dağılma mümkünlüyü zonasının lokallaşdırılmasının təmini nəzərə alınmaqla, böyükaşırımlı binanın konstruktiv sistemini qurğuda qüvvələr axınını ötürə bilən alternativ yollarla layihələndirmək lazımdır;
- qurğunun üfüqi və şaquli yükdaşıyan konstruktiv elementlərinin, mümkün qəza təsirlərinin qəbulu və yenidən paylanmasını təmin etmək məqsədi ilə gücləndirilməsi nəzərdə tutulmalıdır;
- qurğunun getdikcə artan dağılmadan mühafizəsinin seçilməsi iqtisadi cəhətdən səmərəli konstruktiv həllərinin işlənib hazırlanması nəzərə alınmaqla yerinə yetirilməlidir.
Bu normalar nəqliyyat və hidrotexniki qurğuların layihələndirilməsinə şamil olunmayacaq.
Bu normalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
- 17.12.2025
- 117
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
700Bugün, 13:43Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 95 m² 11/18 mərtəbə -
68 000Bugün, 13:37Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 4/7 mərtəbə -
3 500Bugün, 13:30Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
200 m² -
160 000Bugün, 13:26Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 14/22 mərtəbə -
3 500Bugün, 13:22Kirayə (aylıq) Obyekt
Gənclik m., Nərimanov r.
200 m² -
6 000Bugün, 13:20Satılır Torpaq
İsmayıllı ş.
10 sot -
53 000Bugün, 13:17Satılır Torpaq
Binə qəs., Xəzər r.
3 sot -
1 200Bugün, 13:16Kirayə (aylıq) Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 106 m² 11/17 mərtəbə -
185 000Bugün, 13:14Satılır Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 64 m² 8/16 mərtəbə -
3 400Bugün, 13:11Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 127 m² 3/7 mərtəbə -
2 800Bugün, 13:06Kirayə (aylıq) Obyekt
28 May m., Nəsimi r.
40 m² -
205 000Bugün, 13:05Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 81 m² 1/9 mərtəbə -
220Bugün, 13:01Kirayə (aylıq) Həyət evi/villa
Koroğlu m., Zabrat qəs., İdman kompleksi, Sabunçu r.
1 otaqlı 16 m² -
55 000Bugün, 13:00Satılır Həyət evi/villa
Quba ş.
5 otaqlı 285 m² -
999Bugün, 12:59Kirayə (aylıq) Yeni Tikili
Nərimanov r.
3 otaqlı 90 m² 16/22 mərtəbə -
1 000Bugün, 12:59Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
4 otaqlı 100 m² 6/7 mərtəbə -
300Bugün, 12:55Kirayə (aylıq) Ofis
Sahil m., 28 Mall, Nəsimi r.
1 otaqlı 17 m² -
225 000Bugün, 12:49Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 90 m² 5/9 mərtəbə -
1 200Bugün, 12:49Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 110 m² 4/9 mərtəbə -
260 000Bugün, 12:46Satılır Həyət evi/villa
Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 200 m² -
850Bugün, 12:46Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 145 m² 15/20 mərtəbə -
330 000Bugün, 12:42Satılır Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
3 otaqlı 135 m² 7/16 mərtəbə -
1 350Bugün, 12:41Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 110 m² 8/16 mərtəbə -
236 000Bugün, 12:36Satılır Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 65 m² 2/7 mərtəbə -
1 200Bugün, 12:31Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
3 otaqlı 105 m² 14/16 mərtəbə -
75 000Bugün, 12:30Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 53 m² 4/6 mərtəbə -
1 100Bugün, 12:26Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 120 m² 14/18 mərtəbə -
352 000Bugün, 12:25Satılır Yeni Tikili
28 May m., Şərq Bazarı, Nəsimi r.
3 otaqlı 125 m² 5/14 mərtəbə -
1 200Bugün, 12:22Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
3 otaqlı 130 m² 10/15 mərtəbə -
1 600Bugün, 12:18Kirayə (aylıq) Obyekt
Nizami m., Yasamal r.
50 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

