Aylıq ödəniş 143 AZN-dən başlayan "Güzəştli mənzillər" - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin satışı 30 mart 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 04 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 442 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26396, 07.12.2018-ci il tarixli 26436 nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan başlayır,
1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan başlayır,
2 otaqlı mənzillərin qiyməti – 53 941 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 69 084 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 91 770 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
4 saylı binada satışa çıxarılan mənzillər
6 saylı binada satışa çıxarılan mənzillər
18 saylı binada satışa çıxarılan mənzillər
21 saylı binada satışa çıxarılan mənzillər
22 saylı binada satışa çıxarılan mənzillər
23 saylı binada satışa çıxarılan mənzillər
24 saylı binada satışa çıxarılan mənzillər
25 saylı binada satışa çıxarılan mənzillər
26 saylı binada satışa çıxarılan mənzillər
Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər:
- 18.02.2022
- 1555
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
500Bugün, 15:00Kirayə (aylıq) Ofis
Xətai m., Ağ şəhər, AMAY, Xətai r.
1 otaqlı 30 m² -
850Bugün, 15:04Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal r.
2 otaqlı 74 m² 8/22 mərtəbə -
2 000Bugün, 14:50Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 90 m² 9/15 mərtəbə -
800Bugün, 14:49Kirayə (aylıq) Yeni Tikili
Nəsimi m., Binəqədi r.
4 otaqlı 110 m² 5/15 mərtəbə -
55 000Bugün, 14:48Satılır Həyət evi/villa
Yaşıl dərə r., Sumqayıt ş.
3 otaqlı 70 m² -
250 000Bugün, 14:46Satılır Həyət evi/villa
Qəbələ ş.
6 otaqlı 180 m² -
165 000Bugün, 14:43Satılır Yeni Tikili
Gənclik m., 8-ci mikrorayon, Ayna Sultanova heykəli, Binəqədi r.
2 otaqlı 60 m² 15/17 mərtəbə -
50Bugün, 14:42Kirayə (günlük) Yeni Tikili
Sahil m., Səbail r.
2 otaqlı 70 m² 2/6 mərtəbə -
1 800 000Bugün, 14:30Satılır Torpaq
Sumqayıt ş.
140 sot -
10 000Bugün, 14:30Kirayə (aylıq) Obyekt
Hökməli, Abşeron r.
1200 m² -
1 100Bugün, 14:29Kirayə (aylıq) Obyekt
Binəqədi r.
75 m² -
700Bugün, 14:28Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nərimanov r.
2 otaqlı 101 m² 4/16 mərtəbə -
1 300Bugün, 14:25Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Xətai r.
10 otaqlı 400 m² -
2 000Bugün, 14:16Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
5 otaqlı 175 m² -
350Bugün, 14:14Kirayə (aylıq) Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 50 m² 1/4 mərtəbə -
235 000Bugün, 14:13Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
2 otaqlı 68 m² 6/12 mərtəbə -
600Bugün, 14:11Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 70 m² 3/5 mərtəbə -
115 000Bugün, 14:04Satılır Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 55 m² 1/2 mərtəbə -
900Bugün, 14:01Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 67 m² 4/21 mərtəbə -
3 000 000Bugün, 14:01Satılır Obyekt
Gənclik m., Olimpik Star, Nəsimi r.
880 m² -
350 000Bugün, 13:57Satılır Obyekt
Həzi Aslanov m., Xətai r.
72 m² -
1 500Bugün, 13:57Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 140 m² 9/16 mərtəbə -
92 500Bugün, 13:56Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 11/11 mərtəbə -
900Bugün, 13:55Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
2 otaqlı 70 m² 5/20 mərtəbə -
900Bugün, 13:55Kirayə (aylıq) Yeni Tikili
Səbail r.
2 otaqlı 70 m² 4/14 mərtəbə -
235 000Bugün, 13:54Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 97 m² 12/17 mərtəbə -
1 400Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Azərbaycan Dillər Universiteti, Nəsimi r.
4 otaqlı 150 m² 15/16 mərtəbə -
700Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Memar Əcəmi m., Nəsimi r.
2 otaqlı 55 m² 5/16 mərtəbə -
2 500Bugün, 13:54Kirayə (aylıq) Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
2 otaqlı 103 m² 4/7 mərtəbə -
1 300Bugün, 13:53Kirayə (aylıq) Ofis
Dostluq kinoteatrı, Nəsimi r.
3 otaqlı 80 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
