Ağ Saray Residence

Ağ Saray Residence

994 12 525 00 01

Layihə haqqında

Yaşayış kompleksi «Agh Saray» – müasir mənzillərlə klassik binadır!

Tikinti Planı

Yeri

«Agh Saray» yaşayış kompleksi Bakının Ağ şəhər mikrorayonunda yerləşən «Yaşıl Ada» məhəlləsinin Mərkəzi Bulvar küçəsində yerləşir. Şəhərin mərkəzinə beş kilometr yarım məsafə, dəniz sahilinə isə təxminən bir kilometr məsafə təşkil edir. Mikrorayon tikintisinin böyük layihəsi çərçivəsində qonşuluqda yeni binalar inşa olunur, müasir infrastruktur yaradılır.

Yaxınlığında

Yeni kompleksin ətrafında lazımi infrastruktur obyektləri vardır. Beş yüz metr məsafədə ərzaq məhsulları ala biləcəyiniz böyük ticarət mərkəzi var, yaxınlıqda kiçik ərzaq mağazaları və supermarket yerləşir.

Uşaqları olan sakinlər üçün lazımi şərait yaradılmışdır – yaxınlıqda Bakı Fransız liseyi, 55 saylı ümumtəhsil məktəbi, bir kilometr radiusunda 165, 171 saylı uşaq bağçaları yerləşir. «Megafun» əyləncə mərkəzinə qədər bir kilometrdən bir az artıq məsafədir. Orta məktəb məzunlarını «Bakı Ali neft məktəbi” maraqlandıra bilər.

Yeni kompleksin memarlığı

«Agh Saray» yaşayış kompleksi – yuxarı mərtəbəsi çardaq şəkilində düzəldiilmiş yeddi mərtəbəli, rahat altı korpusdan ibarət olan binadır.

Binanın möhkəm monolit çərçivəsi, dəmir-beton bünövrəsi və yastı damı vardır. Xarici divarları ekoloji cəhətdən təhlükəsiz materiallardan yerinə yeririlmiş, uzunmüddətli istilik izolyasiyası olunub və təbii «aqlay» daşı ilə üzlənmişdir. Fasadları dekorativ şüşə ilə bəzədilmiş, daşdan və metal-döymə sürahiləri olan eyvanlar yeni tikilinin xarici görkəminə xüsusi cazibədarlıq verir.

Maraqlı cəhəti – üst mərtəbəsində evin perimetri boyunca uzanan bütöv balkonı var.

Abadlığı

Yeni tikilinin kənar şəxslərdən qapalı ərazisi var. Kompleksdə var:

  • öz mühafizə xidməti;
  • güclü generator ilə təchiz olunmuş təcili elektrik enerjisi sistemi;
  • təcili su ehtiyatı;
  • yüksək sürətli internet;
  • domofon sistemi.

Burada müasir təhlükəsiz uşaq meydançası və oturacaq yerləri ilə təchiz olunmuş istirahət zonası. Ərazinin yaşıllaşdırılması aparılıb, çəmənliklər salınmış və ağaclar əkilib. Avtomobil yolları və səkilər çəkilmiş, qonaq avtomobilləri üçün parkovka yerləri. Küçə işıqlandırması quraşdırılmışdır. Yeraltı parkinq inşa olunmuşdur.

Nəqliyyatı

İctimai yerüstü nəqliyyat hərəkəti kifayət qədər yaxşı təşkil olunub, lakin yaxın avtobus dayanacağına azı beş yüz metr məsafə var. Bir kilometr məsafəsində «Şah İsmayıl Xətai» metro stansiyası yerləşir. «Bakı-Sərnişin» dəmir yolu vağzalına təxminən dörd kilometr məsafədir.

Mənzillər haqqında

Yeni kompleksdə dərhal tam dəyəri ödəməklə mənzil almaq olar. Tikinti şirkəti domofon, internet və Peyk televiziyası ilə təchiz olunmuş erqonomik planlaşdırmalı rahat mənzillər təklif edir. Mənzillərin satışı istismara tam hazır istilik sistemi və çəkilmiş qaz ilə həyata keçirilir.

Tikinti şirkəti haqqında

«Agh Saray» yaşayış kompleksinin tikintisi 1990-cı ildən fəaliyyət göstərən və özünəməxsus tanınılmış üslubu olan, özünün unikal yaşayış kompleksləri ilə geniş tanınmış “Atkins” şirkəti tərəfindən aparılıbdır.

Rəsmi saytda ofisin ünvanı göstərilmişdir. Həmçinin, saytda hissə-hissə ödəmə və ipoteka verilməsi şərtləri göstərilmişdir.

Yerləşmə

Bakı şəh., Ağ şəhər, Yaşıl Ada, Mərkəzi Bulvar küçəsi, 6

Ətraflı məlumat