Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.
Arenda.az Trend.az-a istinadən bildirir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binasıdır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.