Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat daxil olub

  • 01.05.2024
  • 58
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat daxil olub

Bu ilin yanvar-mart ayları ərzində 12 hərrac keçirilib. Hərraclarda kiçik dövlət müəssisəsi, 3 səhmdar cəmiyyətinin səhm paketi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, cari ilin ilk rübündə hərraca çıxarılan dövlət əmlakı üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 21,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Bununla yanaşı, bu ilin yanvar-mart ayları ərzində 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahəsi üzrə olmaqla 673 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 30,7 milyon manat vəsait daxil olub.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller