Naxçıvanda ucuz mənzillər tikiləcək - HAZIRLIQ BAŞLAYIB

  • 16.04.2024
  • 94
Naxçıvanda ucuz mənzillər tikiləcək - HAZIRLIQ BAŞLAYIB

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə MİDA-dan bildirilib. 

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması” tədbiri ilə bağlı icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir. Bununla əlaqədar olaraq Agentlik tərəfindən Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb”, - deyə MİDA-dan bildirilib

 
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller