“Makler evləri” ilə bağlı narazılıqlar artır

  • 15.03.2024
  • 292
“Makler evləri” ilə bağlı narazılıqlar artır

Sənədsiz evlərin sayğaclaşdırılması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir. 

Bəs bu qaydalar "makler evləri" biznesinə hansısa formada təsir edibmi?

Yəqin ki, elan saytlarında "makler evi deyil" tipli yazıları çoxumuz görmüşük. Sosial şəbəkələrdə də bu evlərlə bağlı xeyli şikayətlər mövcuddur. İnsanlar bu cür evləri alıb aldadıldıqlarını qeyd edirlər. Həmçinin bu evlər adətən sənədsiz olur. Artıq sənədsiz evlərlə bağlı da yeni qaydalar tətbiq edilir. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq. Məlum qaydalar "makler evləri" biznesinə hansısa formada təsir edibmi?

"Bu qərar iki aya yaxındır ki, verilib"

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, "makler evləri" ilə bağlı şikayətlər hər il artır:

"Bu evləri alan vətəndaşlar müxtəlif problemlərlə üzləşirlər. Şəhərdən kənar ərazilərdə bu prosesə effektli nəzarət mümkün deyil. Sayğaclaşma ilə bağlı qadağaların nə dərəcədə effektli olacağını isə zaman göstərəcək. Bu qərar iki aya yaxındır ki, verilib. Sənədsiz evlərlə bağlı yeni qaydaların əhatə dairəsi genişləndikcə, bundan agah olan şəxslər daha çox sənədli evlərə üstünlük verəcəklər". 

E.Azadovun fikrincə, "makler evləri" ilə bağlı problemlərin yaranmasının digər səbəbi daşınmaz əmlakın həddindən artıq bahalaşmasıdır:

"Vətəndaşların gəlir səviyyəsi bu artıma uyğun deyil. İş adamları daşınmaz əmlak alıb bizneslərini inkişaf etdirə bilmirlər. Daşınmaz əmlakın bahalaşması bu cür işbazların əl-qolunu açır, daha çox qazanmalarına şərait yaradır".  

Problem son beş ildə daha da böyüyüb

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller