İlkin ödənişsiz, aylıq ödəniş 376 manatdan – MƏNZİLLƏR SATIŞA ÇIXARILDI

  • 20.05.2024
  • 164
İlkin ödənişsiz, aylıq ödəniş 376 manatdan – MƏNZİLLƏR SATIŞA ÇIXARILDI

İpoteka və Kredit Zəmanət Fondu (Fond) kirayə üsulu ilə satış çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.

Yaşayış kompleksi 14 mərtəbəli binalardan ibarətdir, tam təmirli mənzillərin otaq ayı 1-3 arasındadır. Burada mənzillər bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb və kupçalıdır.

Aylıq ödənişi 376 manatdan başlayan mənzillər ən kiçik  - sahəsi 55 m2-a qədər mənzillərdir. Daha böyük mənzillərdə ödəniş fərqlidir.

Belə ki, 1 otaqlı 55 kv.m – 357.08 manatdan; 2 otaqlı 78 kv.m – 506.41 manatdan; 3 otaqlı 141 kv.m – 915.43 manatdan başlayır.

Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Binanın yeraltı qarajı mövcuddur.

Kompleksin yerləşmə yeri

Kompleks Saray qəsəbəsinin Sumqayıt şəhəri istiqamətindən girişində, çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda ümumtəhsil məktəbi, uşaq bağçaları, kafelər, mağazalar, bank filialları mövcuddur. Kompleksin yaxınlığında avtobus dayanacağı var.

Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

 

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller