Dövlət müəssisə və obyektləri - HƏRRACDA SATILIR

  • 06.05.2024
  • 101
Dövlət müəssisə və obyektləri - HƏRRACDA SATILIR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 4-də təşkil olunacaq hərraca kiçik dövlət müəssisə və obyektləri çıxarılacaq.

Hərraca 6 ədəd kiçik dövlət müəssisə və obyekti çıxarılacaq. Hərraca çıxarılan obyektlərin sahəsi 56 - 1160.8 kv.m aralığında dəyişir. Hərracda start qiymətinə gəlincə qiymət 4 500 – 156 250 manat müəyyən edilib.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller