"Zəlzələyə davamlı" adı ilə mənzil bazarında evlərin süni qiymət artımı müşahidə olunur.

  • 20.02.2023
  • 1285
"Zəlzələyə davamlı" adı ilə mənzil bazarında evlərin süni qiymət artımı müşahidə olunur.

 

Son zamanlar elan saytlarında satışda olan bəzi fərdi evlərin zəlzələyə davamlı olması ilə bağlı məlumat paylaşılır. 

Arenda.az Fed.az-a istinadən bildirir ki, elanların birində “6 sotda zəlzələyə davamlı 8 otaqlı ev satılır” yazılır.

Başqa bir elanda isə 9 mikrorayonda yerləşən evin zəlzələyə davamlı olması vurğulanır.

Rieltorlar da son günlər bu tipli elanların çoxaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, məqsəd hazırkı vəziyyətdə insanların psixoloji durumundan istifadə edərək evin daha tez satılmasına nail olmaqdır.

Elanların birində göstərilən nömrə ilə əlaqə saxlayıb, zəlzələyə davamlı olmasının necə müəyyən edildiyini soruşuruq. Vasitəçi olduğunu bildirən şəxs sualımıza konkret cavab verə bilmədi.

Məsələni şərh edən əmlak ekspeti Ramil Osmanlı bildirib ki, bina evlərinin zəlzələyə davamlılığı ilə bağlı müvafiq qurumlar tərəfindən rəy verilir. Amma bunu fərdi evlərə şamil etmək olmaz.

Ekspert vurğulayıb ki, bu tipli elanlar psixoloji olaraq mənzil və torpaq bazarında süni qiymət artımına gətirib çıxara bilər.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller