Yataqxana tipli binalardan ev almaq sərfəlidirmi?
Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi?
Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almağın o qədər də riskli olmadığını deyib:
“Əvvəllər belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verirdi. Bu binaların komendantları həmin mənzilləri hansısa formada bir vətəndaşdan alıb digər vətəndaşa verirdi. Sovet vaxtından qalan və bəzi müəssisələrin balansında olmuş ailə yataqxanaları da var ki, oradakı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da mövcuddur. Həmin mənzillər müəssisə tərəfindən balansdan çıxarılıb və özəlləşdirilib. Onların qiymətləri adi mənzillərdən xeyli aşağıdır və müəyyən qədər alıcıları da var. Onlar sanitar qovşaqları, yəni hamam, tualet və mətbəxi daxildə olan kiçik kvadratlı mənzillərdir.
Belə mənzillərin alışı zamanı sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Amma biz ona natamam əmlak deyirik. Onun dəyəri həmişə digər əmlaklardan aşağı olub və həmişə də belə olacaq. Adətən o tip mənzilləri alıb kirayə verirlər. Kirayə qiymətləri yüksək olduğuna görə yataqxana və adi mənzilin kirayə qiymətləri arasında elə böyük fərq olmur. Amma istənilən halda imkanı olan şəxs üçün elə yataqxanalardan mənzil almaq məsləhət deyil. Kənardan ucuz qiymətə mənzil almaq şəhərdən o tip mənzil almaqdan daha sərfəlidir”.
Tələbə yataqxanalarından mənzil almağa gəlincə, ekspert bunun riskli olduğunu qeyd edib:
«Nəzərə almaq lazımdır ki, bu yataqxanadırsa, zamanla köçürüləcək. Tələbə yataqxanalarındakı mənzilləri alan vətəndaş bilməlidir ki, bu yataqxana dövlətindir və həmin binalar artıq istismar müddətini bitirib, yararsız vəziyyətdədir. Bir müddətdən sonra onlar söküləcək. Sökülərkən o vətəndaşlara dövlət tərəfindən heç bir kompensasiya verilməyəcək. Çünki bu bina dövlət balansından çıxarılmayıb”.
E.Fərzəliyevin sözlərinə görə, həmin binalardakı evləri digər şəxslərə satmaq qanuna ziddir: «Belə binalar şəhərdə çoxdur”.
- 15.01.2022
- 2387
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
475 000Bugün, 22:11Satılır Obyekt
Binəqədi qəs., Binəqədi r.
450 m² -
86 000Bugün, 21:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 5/6 mərtəbə -
117 000Bugün, 20:51Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 30 m² 5/5 mərtəbə -
1 600Bugün, 20:43Kirayə (aylıq) Ofis
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
5 otaqlı 220 m² -
550 000Bugün, 20:19Satılır Obyekt
Yasamal r.
197 m² -
350Bugün, 20:01Kirayə (aylıq) Həyət evi/villa
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
1 otaqlı 35 m² -
400Bugün, 19:51Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
1 otaqlı 35 m² 2/3 mərtəbə -
175 000Bugün, 19:28Satılır Yeni Tikili
Səbail r.
2 otaqlı 71 m² 16/16 mərtəbə -
135 000Bugün, 19:15Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 56 m² 15/15 mərtəbə -
275 000Bugün, 19:13Satılır Yeni Tikili
Elmlər akademiyası m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 130 m² 25/27 mərtəbə -
94 000Bugün, 19:12Satılır Köhnə Tikili
Hövsan qəs., Suraxanı r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
750Bugün, 19:02Kirayə (aylıq) Köhnə Tikili
Binəqədi r.
2 otaqlı 60 m² 3/4 mərtəbə -
700Bugün, 19:01Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 2/16 mərtəbə -
230 000Bugün, 18:58Satılır Köhnə Tikili
Nizami m., Beşmərtəbə, Yasamal r.
2 otaqlı 45 m² 3/5 mərtəbə -
119 500Bugün, 18:47Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 64 m² 8/9 mərtəbə -
139 000Bugün, 18:45Satılır Yeni Tikili
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 54 m² 4/12 mərtəbə -
850 000Bugün, 18:38Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal qəs., İctimai telekanalı, Yasamal r.
5 otaqlı 350 m² -
78 000Bugün, 18:37Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 58 m² 5/6 mərtəbə -
9 000Bugün, 18:35Kirayə (aylıq) Obyekt
Masazır, Abşeron r.
940 m² -
88 000Bugün, 18:21Satılır Həyət evi/villa
Məhəmmədli, Abşeron r.
3 otaqlı 70 m² -
2 000Bugün, 18:20Kirayə (aylıq) Həyət evi/villa
Badamdar qəs., Səbail r.
6 otaqlı 350 m² -
300Bugün, 18:16Kirayə (aylıq) Obyekt
Həzi Aslanov m., Əhmədli, Xətai r.
45 m² -
35 500Bugün, 18:14Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 58 m² 13/14 mərtəbə -
55 000Bugün, 18:04Satılır Obyekt
Sumqayıt ş.
5300 m² -
65 000Bugün, 18:03Satılır Həyət evi/villa
Lökbatan qəs., 28 Mall, Qaradağ r.
2 otaqlı 70 m² -
500Bugün, 18:01Kirayə (aylıq) Həyət evi/villa
Quba ş.
2 otaqlı 42 m² -
9 000Bugün, 17:58Satılır Torpaq
Savalan qəs., Sabunçu r.
3 sot -
265 000Bugün, 17:56Satılır Köhnə Tikili
Nizami r.
5 otaqlı 120 m² 7/9 mərtəbə -
206 000Bugün, 17:55Satılır Köhnə Tikili
Neftçilər m., Bakıxanov qəs., Sabunçu r.
4 otaqlı 100 m² 2/9 mərtəbə -
1 100Bugün, 17:54Kirayə (aylıq) Yeni Tikili
Xətai m., Xətai r.
2 otaqlı 80 m² 11/20 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller