Türkiyədə zəlzələdə dağılan binalar doğrudanmı standarta uyğun tikilib?
- 10.02.2023
- 2909

Türkiyədə baş verən son zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərilir və bu, insanların qəzəbini getdikcə artırır.
Arenda.az FED.az-a istinadən xəbər verir ki, "BBC New Azərbaycanca" son təbii fəlakət nəticəsində təzə tikilən binalarda baş vermiş dağıntı nümunələrini araşdırıb.
Malatyada olan bir binanın (aşağıdakı şəkildə) tikintisi ötən il tamamlanıb və sosial mediada yayılan binanın reklamında tikilinin “zəlzələyə davamlılıqla bağlı son qaydalara uyğun inşa edildiyi” deyilir.
Reklam mətnində həmçinin tikinti zamanı “ən yüksək keyfiyyətli materiallardan istifadə edildiyi” qeyd olunub.
Hazırda bu reklamın onlayn resurslarda nümunəsi qalmasa da, bəzi insanlar həmin binanın şəkil və videolarını çəkərək sosial şəbəkələrdə yerləşdiriblər. Reklamda göstərilən binanın parametrləri tikinti şirkətinin veb saytındakı bina ilə üst-üstə düşür.
Liman şəhəri sayılan İskenderunda yeni tikilən başqa bir binanın tamamilə dağıldığını göstərən şəkillər də var.
Bu binanı inşa edən tikinti şirkəti binanın 2019-cu ildə təhvil verildiyini göstərən şəkil paylaşıb.
BBC dağılan binanın (sağda) şirkət tərəfindən çəkilən binanın (solda) ərazisinə uyğun gəldiyini təsdiqləyib.
Bununla bağlı şərh almaq üçün tikinti şirkəti ilə əlaqə saxlasaq da, hələlik cavab almaq mümkün olmayıb.
Seysmoloji Xidmətin rəhbəri: "Tikinti şirkətlərini və məsul şəxsləri - BAŞA SALA BİLMİRƏM"
Antakyada yerləşən və açılışı 2019-cu ildə reallaşan digər bir binanın da tamamilə dağıldığını göstərən şəklin gerçək olduğu BBC tərəfindən təsdiqlənib.
Biz 2019-cu ilin noyabrında açılış mərasimi keçirilən həmin yaşayış kompleksinin videosunu tapdıq və həmin görüntülərdə tikinti şirkətinin sahibi bildirir ki, “The Guclu Bahce City layihəsi həm ərazi, həm də tikinti keyfiyyətinə görə digərlərindən xüsusilə fərqlənir”.
Zəlzələnin güclü olduğuna baxmayaraq, ekspertlər hesab edir ki, binalar qanunauyğun şəkildə inşa edilsəydi, dağılmazdı.
“Bu zəlzələnin maksimum gücü dağıdıcı xarakterdə olsa da, yaxşı inşa edilmiş binanı yxmaq əzmində deyil”, - College London universitetinin fövqəladə halların planlaşdırlması və idarəsi üzrə professoru David Alexander bildirib.
“Bir çox yerlərdə təkanların səviyyəsi zəlzələnin maksimum həddindən (7.7) aşağı olub. Beləliklə, minlərlə binanın dağılmasından çıxaracağımız nəticə budur ki, həmin tikililərin demək olar, heç biri tikinti məcəlləsinin tələblərinə uyğun inşa edilməyib”, - professor əlavə edib.
Tikinti qaydalarına əməl olunmaması
2018-ci ildə yaşanan fəlakətlərdən sonra Türkiyədə tikinti qaydaları sərtləşdirilib.
Daha ciddi təhlükəsizlik standartları ilk dəfə 1999-cu ildə ölkənin şimal-qərbində yerləşən İzmit şəhərində 17 min insanın həyatına son qoyan zəlzələdən sonra qəbul edilib.
Sonuncu qaydalar zəlzələyə meyilli ərazilərdə aparılan tikinti işləri zamanı yüksək keyfiyyətli armaturlardan istifadəni tələb edir. Bundan əlavə, həmin qaydalarda zəlzələnin yaratdığı təsirin sütun və dirəklər arasında bərabər bölünməsi üçün də zəruri tədbirlərin görülməli olduğu vurğulanıb.
Lakin tikinti zamanı bu qaydalara az əməl edilib.
“Problemin bir hissəsi ondan ibarətdir ki, mövcud binaların zəlzələyə dayanıqlığı işi zəif aparılıb və tikinti standartlarına da demək olar ki məhəl qoyulmayıb”, - Professor Alexander qeyd edib.
Zəlzələyə meyilli ərazidə yerləşən digər ölkə - Yaponiyada tikinti qaydaları olduqca sərtdir. Tikinti təhlükəsizliyi ilə bağlı tələblər tikilən binanın istifadə məqsədlərindən və zəlzələ riski yüksək olan əraziyə yaxınlığı baxımından fərqlənir.
İndi Seysmoloji Xidmət Mərkəzinə müraciətlər almırıq - Xidmət Rəhbəri
Niyə qaydalara ciddi əməl olunmayıb?
Hökumət periodik olaraq təhlükəsizlik sertifikatı almadan inşa edilən tikililərə hüquqi istisnalar olmaqla müəyyən ödəniş müqabilində “tikinti amnistiyası” tətbiq edib və bu qayda 1960-cı ildən bəri (sonuncu dəfə 2018-ci ildə) tətbiq olunub.
Tənqidçilər dəfələrlə xəbərdarlıq edib ki, bu cür amnistiyalar zəlzələ kimi təbii fəlakətlər zamanı böyük risk yaradır.
Türk Mühəndislər Palataları Birliyi və Şəhər Planlanması üzrə Memarlar Palatasının İstanbul nümayəndəliyinin rəhbəri Pelin Pınar Giritlioğlu hesab edir ki, Türkiyənin cənubunda zəlzələdən ziyan görən ərazilərdə 75 minə yaxın bina tikinti amnistiyası almış binalardır.
Sonuncu fəlakətdən sadəcə bir neçə gün əvvəl Türkiyə mediası yazıb ki, mövcud tikinti işlərinə daha çox amnistiya tətbiq etmək məqsədilə hazırlanan yeni qanun layihəsi parlamentə təqdim olunub.
Geologiya üzrə mütəxəssis Celal Şengör ilin əvvəlində verdiyi açıqlamasında deyib ki, ölkənin tektonik ərazilərində bu cür tikinti amnistyiyalarını tətbiq etmək “cinayət” sayılmalıdır.
2020-ci ildə İzmir əyalətinin qərbində baş verən ölümcül zəlzələdən sonra BBC Tükrcə xidmətinin hazırladığı hesabatda göstərilir ki, İzmirdəki binaların 672 mini sonuncu amnistiyadan yararlanaraq inşa edilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə istinadən hazırlanan həmin hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Türkiyədə tikilən binaların 50 faizi və ya təxminən 13 milyon bina tikinti qaydalarının pozulması şəraitində inşa edilib.
Sonuncu zəlzələdən sonra nazirliklə əlaqə saxladıq və oradan bildirildi ki, “bizim qurum tərəfindən tikilən heç bir bina dağılmayıb. Zərərin qiymətləndirilməsi ilə bağlı araşdırmalar sürətlə davam edir”.
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
- 10Mart202509:5715İndiyədək obyektlərə verilən çıxarışların sayı açıqlanıb
- 06Mart202509:2453Bakıda 10-cu mikrorayon salınacaq
- 04Mart202510:1287Dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 53 mini keçib
- 03Mart202511:00989 mərtəbəli binaların liftləri dəyişdiriləcək – SƏRƏNCAM, RAYONLAR, SİYAHI
- 01Mart202520:00748Fevral ayının ən reytinqli 50 istifadəçisi
- 28Fevral202510:44751Bakıda yeni söküntü dalğası - Bəzi binalar təmir də ediləcək
Yeni Elanlar
-
120 000 AZN
Satılır Köhnə Tikili
Suraxanı r.
2 otaqlı 60 m² 8/9 mərtəbə -
520 AZN
Kirayə (aylıq) Yeni Tikili
Yasamal qəs., Yasamal r.
2 otaqlı 65 m² 8/9 mərtəbə -
118 000 AZN
Satılır Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 61 m² 9/19 mərtəbə -
2 500 000 AZN
Satılır Obyekt
20 Yanvar m., Bayıl qəs., Səbail r.
800 m² -
440 AZN
Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60 m² 2/12 mərtəbə -
4 200 AZN
Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
4 otaqlı 170 m² -
1 300 AZN
Kirayə (aylıq) Ofis
İçərişəhər m., Bayıl qəs., Səbail r.
3 otaqlı 195 m² -
150 000 AZN
Satılır Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 80 m² 5/5 mərtəbə -
175 000 AZN
Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
4 otaqlı 100 m² 3/9 mərtəbə -
500 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Nizami r.
2 otaqlı 70 m² 8/9 mərtəbə -
1 200 000 AZN
Satılır Yeni Tikili
Xətai m., Ağ şəhər, Xətai r.
4 otaqlı 185 m² 16/21 mərtəbə -
85 000 AZN
Satılır Obyekt
Bridge Plaza, Nəsimi r.
200 m² -
95 000 AZN
Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 78 m² 15/15 mərtəbə -
230 000 AZN
Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
4 otaqlı 108 m² 9/9 mərtəbə -
650 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 80 m² 5/5 mərtəbə -
1 100 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Xətai r.
4 otaqlı 140 m² 1/4 mərtəbə -
170 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 72 m² 18/24 mərtəbə -
1 000 000 AZN
Satılır Obyekt
Gənclik m., Nəsimi r.
152 m² -
70 000 AZN
Satılır Yeni Tikili
Əmircan qəs., Suraxanı r.
1 otaqlı 34 m² 9/12 mərtəbə -
550 AZN
Kirayə (aylıq) Köhnə Tikili
Səbail r.
2 otaqlı 55 m² 2/2 mərtəbə -
1 500 AZN
Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
2 otaqlı 70 m² 6/20 mərtəbə -
140 000 AZN
Satılır Köhnə Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 60 m² 4/9 mərtəbə -
165 000 AZN
Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 55 m² 5/9 mərtəbə -
199 500 AZN
Satılır Obyekt
8 Noyabr m., Nəsimi r.
69 m² -
27 000 AZN
Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
2 otaqlı 60 m² -
900 AZN
Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 100 m² 16/16 mərtəbə -
3 500 AZN
Kirayə (aylıq) Ofis
Nəsimi r.
5 otaqlı 140 m² -
565 000 AZN
Satılır Yeni Tikili
28 May m., Səbail r.
4 otaqlı 210 m² 15/21 mərtəbə -
333 000 AZN
Satılır Yeni Tikili
Elmlər akademiyası m., Elmlər Akademiyası, Yasamal r.
3 otaqlı 103 m² 9/17 mərtəbə -
248 000 AZN
Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
3 otaqlı 127 m² 2/12 mərtəbə