Türkiyə ev qiymətlərinin artmasına görə dünya lideri olub - SİYAHI

  • 30.08.2023
  • 1172
Türkiyə ev qiymətlərinin artmasına görə dünya lideri olub - SİYAHI

Ev qiymətlərinin ən çox artdığı ölkə Türkiyə olub.

Arenda.az Marja.az-a istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə beynəxlaq məsləət şirkəti "Knight Frank"ın 56 ölkə və bölgəni təhlil etdiyi Qlobal Ev Qiymətləri İndeksinə görə, 2023-cü ilin birinci rübündə mənzil qiymətləri ən çox Türkiyədə artıb

Türkiyədə 2023-cü ilin birinci rübündə qiymətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 132,8 faiz artıb.

Türkiyənin ardınca 18,8% artımla Şimali Makedoniya gəlir.  Üçüncü yerdə 16,6% artımla Xorvatiya, dördüncü yerdə isə 15,3 faiz artımla Litva qərarlaşıb.

Araşdırmaya görə, Yunanıstanda artım 14,5 faiz, Bolqarıstanda isə 9,5 faiz olaraq müəyyən edilib. Yaponiyada artım 6,8 faiz olduğu halda, Fransada bu nisbət2,7 faiz, ABŞ-da isə 0,7 faiz olub.

İndeksdə şəhərlərdəki qiymət dəyişiklikləri də araşdırılıb. Siyahının başında Türkiyənin üç ən böyük şəhəri yer alıb.

Ankarada qiymət artımı 135,3%, İzmirdə 133%. İstanbulda isə 127,3% təşkil edib.

Dünyada ən çox ev qiymətləri Cənubi Koreya (-15%), Yeni Zelandiya (-13%)  Honq Konq (-10%) və İsveçdə (-8,8%) düşüb.

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.