Tikinti obyektləriylə əlaqədar su təchizatı və kanalizasiya sisteminə dair şərtlər müəyyənləşir
Tikinti obyektləriylə əlaqədar su təchizatı sisteminin genişləndirilməsinə dair şərtlər müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı sisteminin genişləndirilməsi və obyektlərin qoşulması işləri bu barədə müraciət etmiş orqan və ya obyekt sahibi hesabına aparılır. Mövcud su təchizatı sisteminin genişləndirilməsinin (magistral su kəmərləri də daxil olmaqla) dəyəri istehlakçılardan alınacaq ödənişlərin miqdarından artıq olduqda su təchizatı müəssisələri müraciət edənlərdən su təchizatı sisteminin genişləndirilməsinə tələb olunan xərclərin bir hissəsini qabaqcadan ödəməyi tələb edə bilərlər. Bu halda belə ödəniş adi qoşulmağa tələb olunan ödənişə əlavə kimi götürülür.
Layihəyə əsasən, tikinti obyektlərinin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədi ilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdiriləcək.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.
Yuxarıda qeyd olunan hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası da müəyyənləşir. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.
Layihədə tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydasında dəyişiklik təklif olunur.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.
Son iki hal istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- 19.02.2024
- 312
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
118 000Dünən, 21:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 6/7 mərtəbə -
1 300Dünən, 21:40Kirayə (aylıq) Obyekt
20 Yanvar m., Nəsimi r.
80 m² -
175 000Dünən, 21:33Satılır Yeni Tikili
9-cu mikrorayon, Binəqədi r.
2 otaqlı 53 m² 5/9 mərtəbə -
179 000Dünən, 21:23Satılır Yeni Tikili
Badamdar qəs., Səbail r.
2 otaqlı 62 m² 2/4 mərtəbə -
395 000Dünən, 21:21Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
5 otaqlı 180 m² 15/17 mərtəbə -
105 000Dünən, 21:16Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 50 m² 2/9 mərtəbə -
270 000Dünən, 21:11Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Rəssamlıq Akademiyası, Nərimanov r.
4 otaqlı 106 m² 6/9 mərtəbə -
59 500Dünən, 20:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 8/8 mərtəbə -
45 500Dünən, 20:46Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 103.26 m² 2/16 mərtəbə -
15 000Dünən, 20:39Kirayə (aylıq) Yeni Tikili
Xətai r.
10 otaqlı 1200 m² 14/14 mərtəbə -
89 000Dünən, 20:36Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 57 m² 5/6 mərtəbə -
749Dünən, 20:25Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 99 m² 3/16 mərtəbə -
40 599Dünən, 20:22Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 88.16 m² 2/16 mərtəbə -
135 000Dünən, 20:15Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 65 m² 2/9 mərtəbə -
70 000Dünən, 20:11Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 6/6 mərtəbə -
600Dünən, 20:06Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 57 m² 12/20 mərtəbə -
700Dünən, 20:01Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 125 m² 18/19 mərtəbə -
1 300Dünən, 19:49Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 105 m² 13/17 mərtəbə -
36 500Dünən, 19:46Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 77.45 m² 3/16 mərtəbə -
700Dünən, 19:37Kirayə (aylıq) Köhnə Tikili
Nəsimi r.
3 otaqlı 100 m² 3/3 mərtəbə -
400Dünən, 19:35Kirayə (aylıq) Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 55 m² -
270 000Dünən, 19:35Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 80 m² 3/5 mərtəbə -
85 500Dünən, 19:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 53 m² 3/5 mərtəbə -
750Dünən, 19:32Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 90 m² 3/19 mərtəbə -
170 000Dünən, 19:23Satılır Torpaq
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
4 sot -
235 000Dünən, 19:15Satılır Torpaq
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
4.2 sot -
200Dünən, 19:11Kirayə (aylıq) Köhnə Tikili
Heybət qəs., Qaradağ r.
1 otaqlı 5 m² 1/1 mərtəbə -
400Dünən, 19:10Kirayə (aylıq) Köhnə Tikili
İçərişəhər m., İçəri Şəhər, Səbail r.
2 otaqlı 30 m² 1/3 mərtəbə -
800Dünən, 19:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 50 m² 17/17 mərtəbə -
84 000Dünən, 19:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 54 m² 1/6 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller