Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq – ƏRAZİLƏR, KOMPENSASİYALAR
"Sumqayıt şəhəri 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə yerləşən və istismar müddətini başa vuran binalar söküləcək".
B u barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
O bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada söküntü işləri görüləcək: "Bu binalar, əsasən, 1945-55-ci illərdə inşa edilib və təxminən 75 ildən artıqdır ki, istismar olunur. Sözügedən binalar bir və iki mərtəbəlidir. Bu proses nəticəsində 1 000-dən çox ailənin köçürüləcəyi gözlənilir. Sökülməsi planlaşdırılan binalar arasında "fin evi" kimi tanınan tikililər də var. Həmin tikililər ikimərtəbəli olmaqla uzunmüddətli istismar üçün uyğun hesab edilmir. Bu binaların da sökülməsi gözlənilir. Söküntü prosesində əsas məqsəd həmin binalarda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və onların yeni yaşayış mənzilləri ilə təmin olunmasıdır.
Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci, 21-ci məhəllələrdə qəzalı binaların mövcud olduğuna dair məlumatlar mövcuddur. Layihəyə uyğun olaraq, həmin ərazilərdə söküntü işləri aparılacaq".
Sakinlərə hansı məbləğdə kompensasiya verilə bilər?
Sədr söküləcək binalarla bağlı kompensasiyaların verilməsi məsələsinə də aydınlıq gətirib:
"Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, ilkin hesablamalar aparmışıq. Mən hesab edirəm ki, Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğundur. Hazırda mövcud qiymətləndirmələrdə bu rəqəm təxminən 1500 manat təşkil edir ki, qeyd edilən məbləğlə həmin ərazilərdə yeni mənzil almaq mümkün deyil. Çünki bu, yalnız qəzalı binanın mövcud bazar dəyərini əks etdirir. Lakin kompensasiya məbləği 2000-2500 manat aralığında müəyyən olunarsa, Sumqayıt ərazisində yeni tikililərdən mənzil əldə etmək mümkün ola bilər.
Kompensasiya verilməsi zamanı bir şərtin tətbiq olunmasını da məqsədəuyğun hesab edirəm. Belə ki, verilən kompensasiya məbləği ilə Sumqayıt sakinləri yalnız Sumqayıt şəhəri ərazisində mənzil almaq hüququna malik olsunlar. Çünki vətəndaşların başqa şəhərlərə köçməsi ehtimalı da mövcuddur. Sumqayıt inkişaf etməli, böyüməli və ölkənin əsas şəhər, sənaye mərkəzlərindən biri kimi mövqeyini gücləndirməlidir.
Əgər köhnə binaların yerində parklar salınacaq və ya yollar genişləndiriləcəksə, bu halda sakinlərə kompensasiya ödəniləcək. Həmin kompensasiya məbləği vətəndaşlara ən azı bir kilometr radiusda yerləşən yeni tikililərdən mənzil əldə etməyə imkan yaratmalıdır.
Proses artıq başlayıb. Əldə etdiyimiz məlumatlara görə, ilkin mərhələdə bir sıra ərazilərdə bina sakinləri məlumatlandırılıblar".
O vurğulayıb ki, hazırda Sumqayıt ərazisində söküləcək olan 21 bina və 450-dən çox mənzilin olduğuna dair məlumatlar var:
"Prosesin əhatə dairəsi genişləndiriləndən sonra söküləcək binaların sayının 40-a, mənzillərin sayının isə 1500-ə çatacağı gözlənilir".
Vüqar Oruc onu da qeyd edib ki, həm Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı çərçivəsində, həm də Azərbaycan Respublikası ərazisində qəzalı binaların risk yaratması səbəbindən sökülməsi və onların yerində yeni binaların inşa olunması istiqamətində müəyyən qərarlar qəbul edilib:
"Həmin qərarlar müvafiq icra qurumları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu proses yalnız Bakı ilə məhdudlaşmır və bütün ölkə ərazisində mərhələli qaydada icra olunacaq.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının rəyinə əsasən qəzalı hesab edilən binalar vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sökülməlidir. Bu, məcburi xarakter daşıyan bir prosesdir. Həmin binalarda yaşayan sakinlər mülkiyyətlərinin dəyərinə uyğun kompensasiya ilə təmin olunmalı, ya da əgər həmin ərazidə yeni binalar inşa edilirsə, yeni mənzillərlə təmin edilməlidirlər.
Azərbaycanın digər rayonlarında da qəzalı binalar müəyyən edilib və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kifayət qədər məlumat mövcuddur.
Ümumilikdə, ölkə üzrə qəzalı binalar müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. Gələcəkdə Gəncə və digər regionlarda da eyni prosesin aparılması gözlənilir.
Proses, əsasən, üç mərhələdən ibarətdir. Birinci mərhələdə ekspertiza keçirilir və binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmadığı müəyyən edilir. Bu barədə rəy hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunur. İkinci mərhələdə inventarizasiya aparılır - mənzillərin ölçüləri, yerləşməsi və digər texniki məlumatlar toplanır. Üçüncü mərhələdə isə qiymətləndirmə həyata keçirilir və kompensasiya məbləği müəyyən olunur.
Bundan sonra ərazidə bina tikintisinin investor, dövlət büdcəsi və ya dövlət-investor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edilir və prosesə start verilir"
- 26.01.2026
- 86
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
275 000Bugün, 18:19Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 102 m² 4/17 mərtəbə -
142 000Bugün, 18:19Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
7 otaqlı 244 m² -
1 500Bugün, 18:13Kirayə (aylıq) Obyekt
Biləcəri qəs., Binəqədi r.
300 m² -
125 000Bugün, 18:13Satılır Həyət evi/villa
Gəncə ş.
4 otaqlı 200 m² -
205 000Bugün, 18:12Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 85 m² 6/14 mərtəbə -
239 000Bugün, 18:10Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
4 otaqlı 110 m² 1/9 mərtəbə -
177 000Bugün, 18:10Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
2 otaqlı 64 m² 12/18 mərtəbə -
465Bugün, 18:07Kirayə (aylıq) Köhnə Tikili
Xırdalan ş.
2 otaqlı 76 m² 3/5 mərtəbə -
4 800Bugün, 18:06Kirayə (aylıq) Obyekt
Binəqədi qəs., Binəqədi r.
1200 m² -
17 000Bugün, 18:05Satılır Həyət evi/villa
Yeni Günəşli qəs., Suraxanı r.
4 otaqlı 100 m² -
400Bugün, 18:04Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 45 m² 4/9 mərtəbə -
400Bugün, 18:03Kirayə (aylıq) Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 45 m² 3/3 mərtəbə -
170 000Bugün, 18:02Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Montin qəs., Heydər Əliyev Mərkəzi, Nərimanov r.
3 otaqlı 52 m² 2/4 mərtəbə -
6 500Bugün, 18:01Kirayə (aylıq) Obyekt
Qara Qarayev m., Nizami r.
600 m² -
1 200Bugün, 18:01Kirayə (aylıq) Obyekt
Biləcəri qəs., Binəqədi r.
200 m² -
84 000Bugün, 18:00Satılır Həyət evi/villa
Ramana qəs., Sabunçu r.
4 otaqlı 250 m² -
95 000Bugün, 17:59Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 58 m² 2/5 mərtəbə -
2 000Bugün, 17:58Kirayə (aylıq) Ofis
Gənclik m., Nərimanov r.
6 otaqlı 200 m² -
22 000Bugün, 17:58Satılır Yeni Tikili
St.Sumqayıt r., Sumqayıt ş.
2 otaqlı 61 m² 6/14 mərtəbə -
165 000Bugün, 17:56Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 62 m² 4/9 mərtəbə -
185 000Bugün, 17:53Satılır Köhnə Tikili
Xalqlar dostluğu m., Xətai r.
4 otaqlı 100 m² 10/10 mərtəbə -
8 000Bugün, 17:47Kirayə (aylıq) Obyekt
Saray, Abşeron r.
600 m² -
220 000Bugün, 17:46Satılır Yeni Tikili
28 May m., Sirk, Nəsimi r.
3 otaqlı 116 m² 1/18 mərtəbə -
56 000Bugün, 17:45Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 73 m² 10/10 mərtəbə -
48 000Bugün, 17:44Satılır Həyət evi/villa
Xırdalan ş.
2 otaqlı 50 m² -
550 000Bugün, 17:42Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 192 m² 17/20 mərtəbə -
130 000Bugün, 17:42Satılır Həyət evi/villa
Xırdalan ş.
8 otaqlı 250 m² -
1 500Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 200 m² 3/6 mərtəbə -
105 000Bugün, 17:38Satılır Köhnə Tikili
Lökbatan qəs., Qaradağ r.
3 otaqlı 70 m² 5/5 mərtəbə -
3 800Bugün, 17:37Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 200 m² 7/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller