"Sosial evlər" Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə - NECƏ TƏSİR EDİR?
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, "sosial mənzillər"in dəyəri demək olaraq sabit qalıb.
"2016-cı ildən bəri mənzil bazarında qiymətlər çox artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi isə qiymətlər 2 min manat ətrafındadır. "Sosial mənzilin" ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb",- N.İbrahimov qeyd edib.
Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda məzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. 7 ilə qiymətlər iki dəfədən də çox artıb:
“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.
O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:
“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, bu gün əmlak bazarında satılan evlərin təminən 90 %-dən çoxu ipoteka krediti hesabına satılır, lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiy üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.
İkinci tərəfdən isə müəyyən müddətdən sonra "sosial evlər" təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi 1 ilə 1 % təşkil edir. Bu səbəbdən "sosial mənzillər" bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7 %-ni təşkil edir:
“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1 % belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, "sosial evlər" satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:
"Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. "Sosial evlər"in nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15 % bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.
Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı 3 otaqlı 87 kvadratlı mənzilin kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin 1 kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.
Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən Müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət ümumi təhsil müəssəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən Müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri,arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
- 03.08.2023
- 2101
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
235 000Bugün, 14:03Satılır Köhnə Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
650 000Bugün, 13:54Satılır Obyekt
Nəsimi r.
160 m² -
126 000Bugün, 13:53Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 92 m² 7/7 mərtəbə -
3 500Bugün, 13:50Kirayə (aylıq) Obyekt
Nizami m., A.S.Puşkin parkı, Yasamal r.
100 m² -
30 000Bugün, 13:50Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 58 m² 13/14 mərtəbə -
59 000Bugün, 13:48Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 6/6 mərtəbə -
215 000Bugün, 13:45Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
2 otaqlı 61 m² 17/17 mərtəbə -
149 000Bugün, 13:39Satılır Yeni Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 67 m² 5/16 mərtəbə -
850Bugün, 13:39Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 70 m² 8/11 mərtəbə -
40 500Bugün, 13:38Satılır Torpaq
Xəzər r.
3.5 sot -
132 000Bugün, 13:36Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 85 m² 4/11 mərtəbə -
600Bugün, 13:30Kirayə (aylıq) Köhnə Tikili
Bakıxanov qəs., Sabunçu r.
3 otaqlı 80 m² 4/5 mərtəbə -
500Bugün, 13:27Kirayə (aylıq) Köhnə Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
1 otaqlı 40 m² 6/9 mərtəbə -
121 000Bugün, 13:27Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 120 m² 5/6 mərtəbə -
175 000Bugün, 13:20Satılır Köhnə Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 75 m² 5/5 mərtəbə -
2 000Bugün, 13:19Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 188 m² 10/16 mərtəbə -
1 000Bugün, 13:19Kirayə (aylıq) Yeni Tikili
8 Noyabr m., Yasamal r.
2 otaqlı 100 m² 5/27 mərtəbə -
459 000Bugün, 13:18Satılır Yeni Tikili
Nəsimi r.
3 otaqlı 132 m² 11/17 mərtəbə -
250 000Bugün, 13:17Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 70 m² 8/9 mərtəbə -
700Bugün, 13:15Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 80 m² 16/17 mərtəbə -
58 000Bugün, 13:14Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
3 otaqlı 50 m² -
63 000Bugün, 13:14Satılır Həyət evi/villa
Binə qəs., Xəzər r.
3 otaqlı 100 m² -
150 000Bugün, 13:14Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
5 otaqlı 180 m² -
325 000Bugün, 13:13Satılır Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
3 otaqlı 118 m² 4/18 mərtəbə -
3 000Bugün, 13:11Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 110 m² 5/20 mərtəbə -
1 000Bugün, 13:09Kirayə (aylıq) Yeni Tikili
Nəsimi r.
2 otaqlı 60 m² 14/18 mərtəbə -
3 000Bugün, 13:07Kirayə (aylıq) Yeni Tikili
Ağ şəhər, Xətai r.
3 otaqlı 160 m² 6/20 mərtəbə -
1 700Bugün, 13:03Kirayə (aylıq) Obyekt
Binəqədi r.
80 m² -
195 000Bugün, 12:58Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 85 m² 6/9 mərtəbə -
24 500Bugün, 12:58Satılır Yeni Tikili
Sumqayıt Bulvarı r., Sumqayıt ş.
2 otaqlı 67 m² 6/14 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller