Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

Saray Əmlak daşınmaz əmlak agentliyi

Saray Əmlak daşınmaz əmlak agentliyi

 “Saray Əmlak” şirkəti DAŞINMAZ ƏMLAK sektoruna xidmət göstərməyə başlayır. Saray Əmlak dürüstlük, professionallıq, əmək ve güvən kimi əvəzolunmaz dəyərlər üzərinə qurulmuşdur. Keyfiyyət ve dürüstlüyün bir simgəsi olan Saray Əmlak adını gürürla daşıyırıq. Əməkdaşlarımız isə, hər bir müştərilərə maksimum xidmət göstərməyin qürurunu yaşayırlar. 

(077) 220-23-39

104 elan
   

Satılır 4 otaqlı Həyət evi/villa, Sabunçu rayonu

Elanın kodu: 252275

Baxış sayı: 335

TƏCİLİ SATILIR!!! Ev barədə məlumat: Ev 3 (10m 30m) sot üzərində, 1 mərtəbəli olaraq tikilib. 7 daş kürsü, 23 daş ümumi hündürlük, tam qoşa daşdır. Evin sahəsi çöldən 126m² - dir (14m 9m). 3 yataq otağı, böyük zal, böyük mətbəx, ayrı S/Q ibarətdir. Təmir barədə məlumat: Otaqlar və zalda pol döşənib, Divarlara oboy, potoloka astar, üzlük vurulmalıdır. Təmirdən anlayışı olanlar, bunların bahalı proses olmadığını bilir. Mətbəx və Sanitar qovşaqlar tam təmir olunmalıdır. Evin istilik sistemi üçün xəttlər gizli çəkilib. Radiatoru alıb quraşdırmaq lazımdır. Elektrik sistemi hər otaq üçün ayrıca idarə olunur. Plastik qapı və pəncərələr quraşdırılıb. Torpaq sahəsi barədə: Həyətdə bir sanitar qovşaq daha var. Su, qaz, işıq daimidir və kəsilmir. Əlavə olaraq su çəni də quraşdırılıb. Həyətin bir hissəsi bağ sahəsi olaraq ayrılıb. Təəssüf ki, bağın daha yaxşı olduğu vaxtlardan şəkil qalmayıb. Bağ sahəsində tərəvəz və meyvələrdən kifayət qədər bol çeşid olub. Qara torpaq tökülüb. Hal hazırda şəkillərdən göründüyü kimi, baxımsızlıqdan heç biri qalmayıb. Həyət hissəsinə çox rahatlıqla 2 maşın yerləşir. 1.5 sot ərazi həyət olaraq qalır (Evin sol və arxası boyunca 1 m enlikdə yer saxlanıb - ümumi 24 m²). Evin ətrafında yaşayış var.Hökümət evinin 30 metrliyində deyil. Hansısa xəstəxana, dövlət qurumu, hypermarketə yaxınlığı ilə ünvanı sizə aydınlada bilməyəcəyəm. Məktəbə, marketə yaxındır.Məktəb olan yerə 139 nömrəli avtobus Koroğlu m/s - dan gəlir. Əsas yoldan ayrıldıqdan sonra evin yolunun 90% - i asfalt örtüyüdür. Sürət qatarı yaxınlıqdan keçir. Torpağın çıxarışı var və bizə aiddir. Hal hazırda evin çıxarışının alınması üçün icraya müraciət edilib, sənədlər baxılmaq üçün göndərilib. Dövlət rüsumundan kənar ödəniş etmək istəmirəm, ona görə də qanuni prosedurun gedişindən asılıyam. Evi alan şəxs istəyərsə özü bu məsələni tezləşdirə bilər. Evin makler evi olmadığı açıq aşkar görünür. Özümüz üçün, kürsülü, sağlam, həm bağ, həm də ev kimi istifadə etməyə tikmişik. Ona görə də normal ev istəyən şəxslər narahat etsin, qiymət öldürmək istəyənlər yox. Onsuz da qiyməti tikilməsinə çəkilən xərclər və torpaq sahəsinin dəyərindən daha aşağı qoymuşam. Evin m²-i başlanğıc qiymətlə hələ 250 azn edir, torpaq sahəsi nəzərə alınmadan. Ona görə də qiymət danışarkən, insafı əldən verməyin. Qiymətdə razılaşacağam, son qiymət deyil, yazıb və ya yığıb təklifinizi edə bilərsiniz. Qeyd etdiyim kimi, ehtiyacım var deyə satıram. Yoxsa 4-5 il də gözləyərəm, ərazi daha dəyərlənəndə 2 qat qiymətinə sataram ya təmirin bitirib girib yaşayaram. 20 min ilkin ödəniş edilsə, öz aramızda kredit də mümkündür. QİYMƏT: 32 000 XİDMƏT HAQQI: 1000 AZN

 

Ünvan: savalan

     

 

32 000 M

  • 4 otaq
  • 126 m2
  • 3 sot

Elanın tarixi: 10.01.2022

Elanın kodu: 252275

Baxış sayı: 335

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller