Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Diqqət! Əgər zəng etdiyiniz zaman nömrəni Arenda.az saytından götürdüyünüzü desəniz, sizə xüsusi endirim olunacaq.

Satılır 3 otaqlı Yeni Tikili, Azadlıq metrosu, 8-ci mikrorayon, Binəqədi rayonu

Elanın kodu: 571457

Baxış sayı: 240

Şəhərin ən elit ərazilərindən sayılan Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Ələkbərova küçəsində, Tennis akademiyası ilə üzbəüz yerləşən 11 mərtəbəli yeni tikilinin 9-cu mərtəbəsində sahəsi 136 kvm olan 3 super təmirli mənzil satılır. Mənzil yüksək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan materiallardan istifadə olunaraq təmir olunub. Mənzilin təmirinə təmir şirkəti tərəfindən 10 il zəmanət verilir. Mənzilin proyekti dəyişilib, yataq otağı 6 kvm artırılıb və içində ayrıca qarderob otağı yerləşdirilib. Uşaq otağında isə divara qarderob yeri yığılıb. Həmçinin dil hissəsində də divar içi qarderob yığılıb. Mənzil pəncərə sistemi tam olaraq dəyişilib və keyfiyyətli pəncərə sistemi quraşdırılıb. Şəkildə sanitar qovşaq yığılmamış formadadır. Hal hazırda sanitar qovşağın aksesuarları və duş kabinə yığılır. Mənzil satış üçün təmir olunmayıb. Şəxsi yaşayış üçün nəzərdə tutulmuşdu. Müəyyən səbəblərdən satılmalıdı. Mənzildə qaz,su,işıq daimidir. Kombi sistemi quraşdırılıb. Mətbəx,xol və sanitar qovşaq isti döşəmə ilə təmin olunub. Kombi sistemi tam kollektor sistemi ilə yığılıb.Mənzil profesional dizayner tərəfindən dizaynı çəkilib. Alqı satqıdan sonra dizaynı sizə təqdim edə bilərik ki, mebel düzülüşündə, listur, pərdə, mətbəx mebeli seçimində sizə yardımçı ola bilər. Sənədləri tam qaydasındadır. Çıxarış əldədir. İpoteka kreditinə yararlıdır. Mənzilin açarları şirkətin ofisindədi. İstənilən vaxt ciddi müştərilər mənzilə baxış keçirdə bilər. Qiymət ilkindir. Ciddi müştərilər ilə razılaşmaq olar. Ətraflı məlumat üçün zəng edin.

 

Ünvan: Şövkət Məmmədova küçəsi

230 000 M

  • 3 otaq
  • 136 m2
  • 1 691 M / 1m2  

Elanın tarixi: 12.08.2020

Elanın kodu: 571457

Baxış sayı: 240

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller