Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 2 otaqlı Yeni Tikili, Xətai metrosu, Xətai rayonu

Elanın kodu: 773061

Baxış sayı: 131

Xətai rnu N. Rəfiyev küçəsi, 29 ünvanında yerləşən 20 mərtəbəli "White Tower" yaşayış kompleksinin 18-ci mərtəbəsində sahəsi 90 kv metr olan 2 otaqlı podmayak mənzil TƏCİLİ SATILIR!!! Yerləşdiyi yer Yaşayış kompleksi "White Tower" Bakı şəhərində yeni komplekslərin tikildiyi zəngin infrastruktur yaradılan mikrorayonda yerləşir. Şəhər meriyasına qədər altı kilometrdən az məsafə təşkil edir. Qonşuluqda heç bir sənaye zonası yoxdur, lakin dəmir yolu xətti kompleksdən iki yüz əlli metr olan məsafədən keçir. Səs-küylü və sıx nəqliyyatı olan Babək prospektinə təxminən, yüz əlli metrdir. Ətraf mühit Çoxmənzilli yeni tikilinin yaxınlığında "Bem Bakı" əyləncə mərkəzi yerləşir, kilometrliyində isə "Meqafun" əyləncə mərkəzi və əyləncə parkı var, park zonası olan Dənizkənarı bulvara qədər cəmi 15 dəqiqəlik piyada yoludur. Yaxınlıqda ərzaq mağazaları işləyirlər, yüz əlli metr məsafədə isə, böyük bir şəbəkə supermarketi mövcuddur. Kompleksinin yaxınlığında apteklər, bank şöbələri, çoxsaylı kafe və barlar var. Beş yüz metr məsafədə "Kaspi" ümumtəhsil məktəbi və liseyi, bir kilometr radiusunda isə 56, 66 saylı orta məktəblər yerləşir. 10-15 dəqiqəlik piyada yolu məsafəsində Alim Məmmədov adına uşaq bağçası yerləşir. Qonşuluqda tibb mərkəzi fəaliyyət göstərir, apteklər və diş klinikası da mövcuddur. Nəqliyyatı İctimai nəqliyyat dayanacağı Babək prospektindəbeş dəqiqəlik məsafədə yerləşir. Burada iki avtobus marşrutu fəaliyyət göstərir, onların arasındakı minimal fasilə altı dəqiqə təşkil edir. Üç yüz metr məsafədə "Nəriman Nərimanov" dəmiryol stansiyası yerləşir, "Şah İsmayıl Xətai" metro stansiyasına qədər olan məsafə altı yüz metrdən artıq deyil. "Bakı-Sərnişin" Dəmir yolu vağzalı kompleksdən üç kilometr yarım məsafədə yerləşir. Beynəlxalq avtovağzala qədər on iki kilometrdir, Heydər Əliyev adına beynəlxalq hava limanına iyirmi dəqiqədən artıq vaxta çatmaq olar. Ümumi və texniki xüsusiyyətləri Yeni tikilinin qədimi qala üslubu və dizaynı sayəsində təkrarolunmaz siması vardır. İki korpuslu evin küncləri dəyirmi eyvan-qala formasında bəzədilmişdir. Fasadı yüksək sütunlar və yarımdairəvi pəncərələrlə dekor olunmuşdur. Yeni tikilinin konstruksiyası əsasında doqquz bal zəlzələ müqavimətini təmin edən monolit dəmir beton karkası var, fasad təbii daş ilə üzlənir. Bina təchiz olunur: səkkiz səssiz, sürətli almaniya istehsalı liftləri ilə – hər bir blokda dörd lift; fasiləsiz enerji təminatı sistemi olan əlavə generator; lazımi avadanlıq və yüksək keyfiyyətli mühəndis komunikasiyaları. Pəncərə blokları enerjiqoruma xüsusiyyətinə malik şüşələrlə şüşələnir. Hər bir mənzildə açıq şüşələnməmiş eyvan nəzərdə. Yeni kompleksin ərazisində Kompleksin həyətində istirahət zonası yaradılır. Uşaqlar üçün yelləncəkli meydançalar tikilir, avtomobillərin müvəqqəti dayanacağı üçün yerlər nəzərdə tutulmuşdur. Üçmərtəbəli yeraltı qaraj tikilir. Yeni kompleksin ərazisi kənar şəxslər üçün bağlıdır, video nəzarət kameraları quraşdırılır, tikinti başa çatan zaman mühafizə xidməti təşkil olunacaq. Kompleksin bütün ərazisi küçə fənərləri ilə işıqlandırılacaq, günün qaranlıq vaxtı fasadın dekorativ işıqlandırılması həyata keçiriləcək. REAL ALICILARA ENDİRİM OLUNACAQDIR!!

 

Ünvan: Xətai rnu N. Rəfiyev küçəsi, 29

     

 

135 000 M

  • 2 otaq
  • 90 m2
  • 1 500 M / 1m2  

Elanın tarixi: 03.03.2021

Elanın kodu: 773061

Baxış sayı: 131

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller