Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Satılır 2 otaqlı Yeni Tikili, 28 May metrosu, Nəsimi rayonu

Elanın kodu: 812929

Baxış sayı: 452

Xüsusi zövqlə tikilmiş GÜLÜSTAN RESİDENCE PREMİUM YAŞAYIŞ KOMPLEKSİNDƏ Dəyərindən QAT-QAT Aşağı mənzil Satılır !!! 18 mərtəbəli binanın 7ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 kv/m olan 2 otaqlı mənzil satılır !!! «Gülüstan» yaşayış kompleksi Bakı şəhərində, mərkəz yaxınlığında Bakı sirkinin və Heydər Əliyev adına Sarayın yanında yerləşir. Bu yaxşı inkişaf etmiş infrastruktura malik olan rahat mikrorayondur. Kompleksin yaxınlığında tibb, təhsil və əyləncə müəssisələri fəaliyyət göstərir, yaxında çox sayda mağazalar, ticarət mərkəzləri, supermarket, kafe və restoranlar vardır. Qonşuluqda böyüklər üçün «Əliyev Adına Respublika Təsərrüfat Hesablı Poliklinika» poliklinikası və Fuad Əfəndiyev adına klinik xəstəxanası yerləşir. Kompleksin məktəb yaşlı uşaqları olan sakinləri üçün cəmi yüz əlli metr məsafədə 46 saylı ümumtəhsil məktəbinin olması, eləcə də qonşuluqda yerləşən Azərbaycan-Fransız universitetinin, Bakı musiqi akademiyasının və Slavyan universitetinin olması çox maraqlı olacaqdır. Yeni kompleksin bilavasitə yaxınlığında ticarət mərkəzi, supermarketi və «Cinema Plus» kinoteatrı olan ticarət-əyləncə kompleksi yerləşir. Həm Nizami Gəncəvi adına kinoteatrda, həm də üç yüz metr məsafədə yerləşən Pantomima teatrında əylənmək və dincəlmək olar. Yeni kompleks on iki və on səkkiz mərtəbəli, üç çoxmənzilli binalardan ibarətdir. Kompleks bir neçə mərhələ ilə inşa olunur, tikinti şirkəti hər bir binanın maksimum zəlzələ davamlılığına və yüksək enerji səmərəliliyi göstəricilərinə nail olmağa imkan verən son texnologiyaları tətbiq etmişdir. Binaların möhkəm monolit çərçivəsi var, xarici divarları «Rockwool» mineral pambıq plitələr ilə izolyasiya olunmuşdur. Kompleksdə nəzərdə tutulub: • əlavə elektrik generatoru ilə işləyən təcili elektrik təchizatı sistemi; • «Schindler» İsveçrə liftləri; • sensorlar və rəqəmsal avtomat ilə yanğın əleyhinə avtomatik siqnal sistemi; • yüksək keyfiyyətli yeddi yüz kameradan ibarət olan video nəzarət sistemi; • Bütün texnoloji avadanlığın fəaliyyətinə nəzarət edən və işləkliyini təmin edən mərkəzləşdirilmiş kompüter idarəetmə sistemi.

 

Ünvan: Bakı şəh., Nəsimi ray., Bülbül prospekti

260 000 M

  • 2 otaq
  • 97 m2
  • 2 680 M / 1m2  

Elanın tarixi: 13.11.2019

Elanın kodu: 812929

Baxış sayı: 452

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller