Narimanov Residence

Narimanov Residence

994 50 252-05-75

Şirkət haqqında

Layihə haqqında

«Narimanov Residence» yaşayış kompleksi – sıx tikintili rayonda həyətyanı ərazi çatışmamazlığı problemini orijinal şəkildə həll edən çoxmərtəbəli binadır."

Tikinti Planı

Harada yerləşir

«Narimanov Residence» Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla 74B küçəsində yerləşir.

Yeni tikilmiş binanı əsasən az mərtəbəli, çoxmənzilli evlər əhatə edir, mikrorayon çoxdan və çox sıx şəkildə tikilmişdir. Ona görə də küçələrdə artıq kifayət qədər yaşıllıq və yaxşı inkişaf etmiş infrastruktur var.

Ətrafında

Qonşuluqda stomotoloji klinika, bir neçə sənaye malları mağazaları, böyük Ticarət mərkəzi, kafe, eləcə də restoranlar mövcuddur. Bir neçə dəqiqəlik piyada yolunda ərzaq mağazaları, apteklər yerləşir.

Beş yüz metr radiusunda 35, 45 və 212 saylı orta məktəblər, «Erudit» özəl məktəbi, eləcə də «Modern Baby» uşaq bağçası fəaliyyət göstərir. Altı yüz metr radiusunda, daha iki uşaq bağçası – «Bal Balam» və «Sehirli Daye» var. Kilometr radiusunda isə «Park Cinema» kinoteatrı və atraksiyonlar kompleksi olan Nərimanov parkı yerləşir. Qonşuluqda bir neçə tibb mərkəzi və böyüklər üçün xəstəxana mövcuddur.

Nəqliyyat mövcudluğu

Kompleksdən altı yüz əlli metr aralıda «Nəriman Nərimanov» metro stansiyası yerləşir. Ən yaxın yerüstü şəhər nəqliyyatı dayanacağı yeni kompleksdən dörd yüz metr məsafədə, Əhməd Rəcəbli küçəsindədir. Yaxınlıqda minimal hərəkət fasiləsi beş dəqiqə təşkil edən səkkiz avtobus marşrutları fəaliyyət göstərir.

Yeni kompleksin xüsusiyyətləri

Bir bloku olan on iki mərtəbəli bina düzbucaqlı qala şəkilindədir və mikrorayonun yüksək tikinti sıxlığı və sakinlərin rahat yaşayış mühit təlabatı nəzərə alınmaqla layihələndirilmişdir.

Binanın monolit dəmir-beton karkası var, onun divarları qırmızı keramik kərpicdən tikilir, fasadlarının çoxlu sayda dekorativ süni qəlibləmə bəzəkləri var, və təbii daş ilə üzlənir. Ev yüksək enerji səmərəliliyi göstəricilərinə və zəlzələ davamlılığına malikdir. Fasad ekoloji cəhətdən təhlükəsiz, uzunmüddətli istilik izolyasiyası olunmuşdur.

Pəncərələrin enerji qoruyan panorama şüşələnməsi var. Hər bir mənzildə dizayner ifasında daş qılıncoynatmalı şüşələnməmiş açıq eyvan nəzərdə tutulub. Yeni tikili təchiz olunur:

  • səssiz sərnişin və yük lifti;
  • domofon sistemi;
  • müasir tipli yanğından mühafizə siqnalı;
  • beynəlxalq standartlaramüvafiq keyfiyyətli mühəndis jommunikasiyaları;

Daxili ərazisində

Evin yanında yanğınsöndürən maşınları və sakinlərin avtomobilləri üçün yollar çəkilir. Yerüstü parkovka yerləri nəzərdə tutulub.

İstirahət zonası və uşaq oyun meydançası yeni tikili binanın istismara verilmiş damında yerləşir. Burada həyətyanı ərazidə çatışmayan çardaqlı oturacaq yerləri və skamyalar qoyulur, eləcə də tropik bitkiləri əkilir.

Evin aşağı mərtəbəsində şəhər və öz infrastruktur obyektlərinin istifadəsi üçün ticarət sahəsi mövcuddur.

Yaşayış fondu haqqında

«Nərimanov Residence» yaşayış kompleksində «TT-Tikinti İnsaat» tikinti şirkəti sahəsi 55-169 m2 qədər olan mənzillərin satışını təklif edir. Mənzili bir-, iki-, üç və dörd otaqlı planlaşdırma ilə almaq olar. Qiymətiə dəmir seyf giriş qapısı, peyk tv, internet və metal-plastik pəncərələr daxildir.

Yeni kompleksdə mənzil almaq şərtlərini, o cümlədən hissə-hissə ödəmə və ipoteka verilməsi haqqında məlumatları birbaşa satış ofisinin işçiləri tərəfindən dəqiqləşdirmək olar.

Yerləşmə

Bakı şəh., Ağa Neymatulla küçəsi, 74b

Ətraflı məlumat

  • Ad*
  • Əlaqə nömrəsi*