Moskvada yeni mənzillərin 1 kvadratmetrinin qiyməti 39 min dollara çatir

Moskvada yeni mənzillərin 1 kvadratmetrinin qiyməti 39 min dollara çatir

Rusiyanın paytaxtı Moskvada yeni tikilən yaşayış binalarında mənzillərin qiymətinə görə Yakimanka rayonu liderliyini qoruyub. Oktyabrın əvvəlinə burada mənzillərin bir kvadratmetrinin orta təklif qiyməti 3,11 milyon rubl, yaxud təxminən 38,6 min ABŞ dolları (65,6 min manat) təşkil edib.

xəbər verir ki, bu barədə Rusiyanın daşınmaz əmlak bazarı üzrə ixtisaslaşmış “RBC Nedvizhimost” nəşri “bnMAP.pro” analitik platformasının araşdırmasına istinadən məlumat yayıb.

Yakimanka ardıcıl dördüncü aydır ki, Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi rayon olaraq qalır. Rayon iyul ayında Tverskoyu geridə qoyaraq liderliyə yüksəlib.

Analitiklər Yakimankanın liderliyini ərazidə yüksək qiymətli lüks yaşayış layihələrinin cəmləşməsi ilə izah edirlər.

Reytinqdə ikinci yeri bir kvadratmetrin orta qiyməti 2,96 milyon rubl (36,7 min dollar) olan Xamovniki, üçüncü yeri isə 2,92 milyon rubl (36,2 min dollar) göstəricisi ilə Tverskoy rayonu tutub.

Araşdırmaya əsasən, ən bahalı beş rayondan dördündə mənzillərin bir kvadratmetri 30 min dollardan yüksək qiymətə təklif olunur.

Reytinq tərtib edilərkən yalnız lüks mənzillər deyil, satışda olan bütün kateqoriyalardan yeni tikililər nəzərə alınıb. Bu səbəbdən göstəricilər faktiki alqı-satqı qiymətlərini deyil, elanlarda təqdim olunan mənzillərin orta təklif qiymətini əks etdirir.

Hesablamalarda 2 noyabr 2026-cı il tarixinə məzənnə əsas götürülüb: 1 ABŞ dolları 80,5573 rubl, 1 ABŞ dolları isə 1,70 manat təşkil edir. 

    03.11.2026
  • 55
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Yeni Elanlar

Hamısına bax

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller