MİDA-nın ilk mənzili 27-ci saniyədə satıldı – UCUZ MƏNZİLLƏR, QİYMƏTLƏR
Xəbər verildiyi kimi, bu gün, 29 iyulda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi mənzillərin növbəti satışı baş tutub.
İnformasiya texnologiyalvrı üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidepnti Osman Gündüz satışları izləyənlərdən biri olaraq ilk mənzilin 27-ci saniyədə seçildiyin bildirib.
Qeyd edək ki, bu müddət kiçik görünə bilər, amma əvvəlki seçimlərdə bu müddət daha az – 4-5 saniyəyə düşmüşdü və bu da seçim zamanı alıcılar tərəfindən xüsusi texnologiyaların tətbiq olunması şübhəsi yaradırdı. MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində 2023-cü il 29 iyul–11 avqust tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
Satışlara nəzarətin sərtləşməsi nəticəsində isə seçim daha «normal» müddətlərə düşüb.
Osman Gündüz yazır ki, bugünkü satışlarda 13 mindən artıq iddiaçı aktiv görünürdü: «İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər. Xatırladıram ki ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu. DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi».
MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar (# sistemin çöküşü, DDOS hücumlar, girişin kütləvi bloklanması, Asan imza və eGov problemləri və s.) olmadan yekunlaşdı.
Ekspert vurğulayıb ki, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir: «Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir. Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər».
Qeyd edək ki, elana əsasən bu dəfə Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin və Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin - yəni ümumilikdə 1189 mənzilin satışı nəzərdə tutulur. Bu hesabla hər mənzilə 11 istifadəçi iddia edib.
Mənzillərin seçimi və satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək. Şərtlərə əsasən sözügedən ərazilərdə mənzillərin alınması zamanı aylıq ödəniş müvafi q olaraq 128 manat, 143 manat və 147 manatdan başlayır.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,
1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
- 29.07.2023
- 3036
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
295 000Bugün, 12:06Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
5 otaqlı 160 m² 2/17 mərtəbə -
2 100Bugün, 12:05Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
12 m² -
178 000Bugün, 12:03Satılır Köhnə Tikili
Elmlər akademiyası m., Yasamal r.
3 otaqlı 60 m² 9/9 mərtəbə -
590Bugün, 12:00Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 60 m² 5/17 mərtəbə -
900Bugün, 11:58Kirayə (aylıq) Yeni Tikili
28 May m., 28 Mall, Nəsimi r.
2 otaqlı 70 m² 13/17 mərtəbə -
175 000Bugün, 11:58Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 46 m² 5/5 mərtəbə -
380 000Bugün, 11:58Satılır Həyət evi/villa
Şüvəlan, Xəzər r.
7 otaqlı 400 m² -
850Bugün, 11:57Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 105 m² 8/16 mərtəbə -
300Bugün, 11:57Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
1 m² -
95 000Bugün, 11:57Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 57 m² 7/10 mərtəbə -
132 000Bugün, 11:55Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
1 otaqlı 61 m² 9/12 mərtəbə -
13 000Bugün, 11:50Satılır Yeni Tikili
Masazır, Abşeron r.
1 otaqlı 50 m² 7/9 mərtəbə -
74 500Bugün, 11:47Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 44 m² 17/18 mərtəbə -
1 100Bugün, 11:45Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
4 otaqlı 100 m² 5/5 mərtəbə -
4 500Bugün, 11:44Kirayə (aylıq) Obyekt
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
1500 m² -
295 000Bugün, 11:44Satılır Yeni Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 110 m² 4/16 mərtəbə -
103 000Bugün, 11:44Satılır Həyət evi/villa
Koroğlu m., Ramana qəs., Sabunçu r.
4 otaqlı 134 m² -
129 900Bugün, 11:43Satılır Yeni Tikili
8-ci kilometr, Nizami r.
2 otaqlı 38 m² 9/17 mərtəbə -
59 000Bugün, 11:38Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 75 m² 2/14 mərtəbə -
148 000Bugün, 11:38Satılır Yeni Tikili
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
2 otaqlı 51 m² 1/5 mərtəbə -
450Bugün, 11:36Kirayə (aylıq) Köhnə Tikili
28 May m., 28 Mall, Nəsimi r.
1 otaqlı 30 m² 1/5 mərtəbə -
85 000Bugün, 11:35Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 53 m² 6/8 mərtəbə -
480Bugün, 11:33Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
3 otaqlı 72 m² 8/9 mərtəbə -
1 000Bugün, 11:33Kirayə (aylıq) Yeni Tikili
Bakmil m., Nərimanov r.
3 otaqlı 130 m² 3/12 mərtəbə -
1 500Bugün, 11:32Kirayə (aylıq) Obyekt
Nəriman Nərimanov m., Nərimanov r.
100 m² -
60 000Bugün, 11:32Satılır Həyət evi/villa
Masazır, Abşeron r.
3 otaqlı 78 m² -
750Bugün, 11:31Kirayə (aylıq) Köhnə Tikili
Xətai m., Gənclik Mall, Xətai r.
2 otaqlı 80 m² 6/14 mərtəbə -
105 000Bugün, 11:29Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 55 m² 5/16 mərtəbə -
1 700Bugün, 11:28Kirayə (aylıq) Ofis
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 95 m² -
327 000Bugün, 11:27Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
3 otaqlı 126.78 m² 12/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller