Mərkəzi Bankın balansındakı evlər satışa çıxarılır

Mərkəzi Bankın balansındakı evlər satışa çıxarılır

Azərbaycan Mərkəzi Bankının balansında olan bir sıra daşınmaz əmlaklar 18 iyun 2026-cı il saat 10:00-da təkrar hərraca çıxarılacaq.

Hərraca çıxarılan obyektlər arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri (qarajlar və kommersiya obyektləri), mənzillər, fərdi yaşayış evləri və bağ evi yer alır. Əmlaklar əsasən Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi, eləcə də Nərimanov, Binəqədi və Xəzər rayonlarında yerləşir. Daşınmaz əmlaklar 2-ci dəfə təkrar hərraca çıxarılır.

Aqrarkredit” BOKT 2026-cı il iyunun 2-də keçiriləcək hərraca balansında olan üç iri qeyri-yaşayış sahəsini (avtodayanacaqları) çıxarıb.

Biznes və maliyyə xəbərləri portalı  xəbər verir ki, satışa Bakının Xətai rayonunda yerləşən 1.19 milyon manatlıq yeraltı dayanacaq və Xırdalanda, “Abşeron Gənclər şəhərciyi”ndə yerləşən ümumi dəyəri 1.38 milyon manat olan iki fərqli avtodayanacaq sahəsi daxildir.

Ümumi start qiyməti 2.5 milyon manatdan çox olan bu əmlaklar üçün hərrac saat 11:00-da başlayacaq.

Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

  • 01.06.2026
  • 55
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller