Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ .
Son illərdə ölkənin daşınmaz əmlak bazarında baş verən kəskin qiymət artımı artıq tək paytaxt Bakı ilə məhdudlaşmır. Bir vaxtlar Bakı ilə müqayisədə "əlçatan alternativ" sayılan Sumqayıtın mənzil bazarı da son aylarda, xüsusilə köhnə tikililərdə müşahidə olunan qiymət artımı ilə gündəmə gəlib. İki ay əvvəl 55-58 min manat civarında təklif edilən köhnə mənzillərin qiyməti qısa müddətdə 60-65 min manatadək yüksəlib. Bu isə mənzil almaq istəyənlər arasında narahatlıq yaradıb.
Bu mövzuda "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Region sakinləri Sumqayıta yönəlir
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ .
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, müşahidə edilən dinamika bazar prinsipləri üzrə formalaşır. Onun sözlərinə görə, Bakıdakı yüksək mənzil qiymətləri region sakinlərinin Sumqayıta marağını artırır:
"Sumqayıt böyük inkişaf ərəfəsindədir. Şəhərin 5-ci, 17-ci, 21-ci və 29-cu məhəllələrində, 2-ci mikrorayonda və "Kimyaçılar" yaşayış massivində qəzalı binaların söküntüsü başlayıb. Bu da Sumqayıtın simasını dəyişəcək və infrastrukturun inkişafını təmin edəcək. Hazırda Bakıda mənzil qiymətlərinin yüksək olması region sakinlərini Sumqayıta yönəldir. Bu da bahalaşmanın əsas səbəblərindən biridir".
V.Oruc qiymət artımının əsas səbəbləri sırasında tikintinin maya dəyərinin yüksəlməsini və investisiya məqsədli müraciətlərin artmasını da qeyd edir:
"Bu, tələbə əsaslanan obyektiv bazar prosesidir. İpoteka ilə alınan mənzillərin çoxluq təşkil etdiyi dövrlərdə belə artımların baş verməsi təbiidir. Bundan əlavə, sentyabr, oktyabr və noyabr aylarında yeni ailələrin qurulması ilə əlaqədar mənzil bazarına müraciətlərin sayı kəskin artır".
Bakıya köçmək üçün "tramplin?
Sumqayıtda 40-50 illik köhnə "Xruşşovka" və "Leninqrad" layihəli mənzillərdə fiziki aşınma nəzərə alındıqda, qiymət artımının səbəbləri maraq doğurur. Mütəxəssis bildirir ki, məsələyə ilk növbədə şəhərin mənzil fondu baxımından yanaşmaq lazımdır. Onun sözlərinə görə, mərkəzə yaxın və əlverişli infrastruktura malik ərazilərdə yerləşən köhnə binalar tələbat görür:
"Binanın köhnə və ya istismar müddətinin başa çatmaq üzrə olması həmin mənzillərə tələbin sıfırlanması demək deyil. Yalnız qəzalı və gələcəkdə sökülmə ehtimalı yüksək olan binalara tələb azala bilər. Hazırda Sumqayıtda müəyyən ərazilər istisna olmaqla, köhnə binaların yaxın illərdə sökülməsi planlaşdırılmır. Hətta bir çoxları Sumqayıtdakı mənzillərə Bakıya köçmək üçün bir növ "tramplin" kimi baxırlar".
umqayıt, Gəncə kimi şəhərlərə qiymət təzyiqi müşahidə olunur
Əmlak eksperti Firdovsi Xəlilov deyir ki, Bakıdan başlayaraq Sumqayıt, Gəncə və digər şəhərlərə qədər daşınmaz əmlak bazarında eyni istiqamətli qiymət təzyiqi müşahidə olunur:
"Bunu daha çox domino effekti adlandırardım. Sumqayıtda bu proses bir neçə ildir davam edir. 2018-2020-ci illərdən etibarən şəhərsalma və tikinti qaydalarına nəzarət ciddi şəkildə gücləndirildi. Praktikada əvvəllər bir hektar ərazidə 70-80 min kvadratmetrədək tikinti sahəsi çıxarılan, binaların bir-birinə çox yaxın yerləşdirildiyi layihələrə rast gəlirdik. İndi isə bu cür sıxlığa imkan verilməsi faktiki olaraq çox çətindir və bir hektardan 20-22 min kvadratmetr civarında tikinti əldə edilən layihələr görürük. Şəhərsalma baxımından bu, əlbəttə, müsbət prosesdir. Binalar arasında məsafə, həyət, parklanma, yaşıllıq, işıqlanma və digər standartlar qorunmalıdır. Ancaq bunun iqtisadi tərəfi də var. Eyni torpaq sahəsindən daha az satıla bilən mənzil çıxır və nəticədə hər kvadratmetrin üzərinə düşən torpaq və infrastruktur xərci artır. İkinci mühüm dəyişiklik vergitutma ilə bağlıdır. 2020-ci ilədək bina tikintisində sahə və zona əmsallarına əsaslanan sadələşdirilmiş vergi mexanizmi mövcud idi. 1 yanvar 2020-ci ildən yeni başlayan layihələr üçün bu sistem ləğv edildi və tikinti şirkətləri ƏDV və mənfəət vergisi rejiminə keçirildi. Hazırda ƏDV 18 faiz, mənfəət vergisi isə mənfəətin 20 faizidir. Təbii ki, bütün bunlar yeni tikilinin maya və satış qiymətinə təsir edən amillərdir. Yeni tikilidə qiymət qalxdıqda proses avtomatik olaraq köhnə mənzil bazarına keçir. Tutaq ki, köhnə mənzil sahibi evini 70 min manata sata və üzərinə müəyyən vəsait qoyaraq yeni tikilidən mənzil ala bilirdi. Yeni tikilinin qiyməti ciddi bahalaşdıqda artıq həmin adam öz evini əvvəlki qiymətə satmaq istəmir, çünki satdıqdan sonra özünə alternativ mənzil ala bilməyəcək. Yeni tikilidən mənzil almağa büdcəsi çatmayan alıcı da köhnə tikiliyə keçir. Beləliklə, yeni tikilidə yaranan bahalaşma həm satıcı, həm də alıcı tərəfdən təkrar bazara ötürülür".
Bakıdakı mənzillər əlçatmaz olduqda...
Bakıdakı bahalaşmanın birbaşa Sumqayıta və digər regionlara təsir etdiyini vurğulayan ekspert son 7-8 ildə baş verən struktur dəyişikliyinə diqqət çəkib:
"2018-ci ildə Bakıda yeni tikililərdə mənzillərin kvadratmetri 800-2000 manat civarında dəyişirdi. Ənənəvi yaşayış massivlərində 1200-1300 manata ev almaq mümkün idi. O zaman regionlarda gəliri artan gənc ailələr investisiyanı Bakıya yönəldirdilər. Son illərdə isə Bakıda qiymətlərin ciddi yüksəlməsi bu modeli dəyişdi. Bakı mənzili əlçatmaz olduqca, tələb tədricən regionlara və alternativ şəhərlərə qayıtmağa başladı. Sumqayıt bu dəyişikliyin ən aydın nümunəsidir. Bakıdakı bahalaşma paytaxtda alıcılığı azaltsa da, Sumqayıt kimi alternativ bazarlarda tələbi kəskin şəkildə artırır".
Alıcılar niyə köhnə binalara üz tuturlar?
Alıcıların köhnə binalara üz tutmasının səbəblərinə toxunan mütəxəssis bildirib ki, bu, binaların keyfiyyəti ilə bağlı deyil:
"İnsanlar köhnə binanı yenidən yaxşı hesab etdikləri üçün almırlar. Əsas məsələ mənzilin yekun qiymətidir. Məsələn, 32 kvadratmetrlik köhnə mənzilin kvadratı 2000 manat olsa da, ümumi qiyməti 64 min manat edir. Büdcəsi 60-70 min manat olan alıcı üçün yeni tikilidə mənzil tapmaq çətindir".
-
49
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
M 1 100Bugün, 17:53Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 135 m² 4/20 mərtəbə -
M 435 000Bugün, 17:50Satılır Yeni Tikili
8 Noyabr m., Yasamal qəs., Yasamal r.
3 otaqlı 170 m² 10/16 mərtəbə -
M 380 000Bugün, 17:46Satılır Köhnə Tikili
28 May m., Nəsimi r.
3 otaqlı 90 m² 3/5 mərtəbə -
M 6 000Bugün, 17:40Kirayə (aylıq) Obyekt
Gənclik m., Tibb Universiteti, Nərimanov r.
200 m² -
M 700Bugün, 17:39Kirayə (aylıq) Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 65 m² 10/16 mərtəbə -
M 110 000Bugün, 17:31Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 106 m² 12/15 mərtəbə -
M 8 000Bugün, 17:29Satılır Yeni Tikili
Qobu, Abşeron r.
2 otaqlı 59.35 m² 5/9 mərtəbə -
M 1 200Bugün, 17:16Kirayə (aylıq) Yeni Tikili
28 May m., Nəsimi r.
2 otaqlı 60 m² 10/16 mərtəbə -
M 10 000Bugün, 17:15Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 60 m² 7/16 mərtəbə -
M 147 000Bugün, 17:10Satılır Köhnə Tikili
Qara Qarayev m., Nizami r.
3 otaqlı 50 m² 2/5 mərtəbə -
M 165 000Bugün, 17:09Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 85 m² 1/9 mərtəbə -
M 23 900Bugün, 17:07Satılır Yeni Tikili
Suraxanı qəs., Suraxanı r.
2 otaqlı 52 m² 12/14 mərtəbə -
M 368 000Bugün, 16:58Satılır Yeni Tikili
Nərimanov r.
2 otaqlı 135 m² 16/18 mərtəbə -
M 535 000Bugün, 16:58Satılır Yeni Tikili
Gənclik m., Nəsimi r.
4 otaqlı 128 m² 13/15 mərtəbə -
M 185 000Bugün, 16:53Satılır Yeni Tikili
Xətai r.
2 otaqlı 60 m² 4/16 mərtəbə -
M 1 098Bugün, 16:37Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Binəqədi r.
2 otaqlı 180 m² 15/16 mərtəbə -
M 112 000Bugün, 16:22Satılır Həyət evi/villa
Hövsan qəs., Suraxanı r.
3 otaqlı 95 m² -
M 82 000Bugün, 16:21Satılır Həyət evi/villa
Türkan, Xəzər r.
4 otaqlı 100 m² -
M 51 000Bugün, 16:14Satılır Yeni Tikili
Dərnəgül m., Binəqədi r.
2 otaqlı 62 m² 12/14 mərtəbə -
M 365 000Bugün, 16:12Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
4 otaqlı 165 m² 3/16 mərtəbə -
M 80 000Bugün, 16:11Satılır Torpaq
Koroğlu m., Ramana qəs., Sabunçu r.
10 sot -
M 68 990Bugün, 16:06Satılır Yeni Tikili
Yasamal r.
2 otaqlı 128 m² 1/14 mərtəbə -
M 208 000Bugün, 16:00Satılır Köhnə Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 68 m² 2/9 mərtəbə -
M 195 000Bugün, 15:54Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Yasamal r.
2 otaqlı 52 m² 5/16 mərtəbə -
M 570Bugün, 15:46Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
3 otaqlı 85 m² 7/9 mərtəbə -
M 30 000Bugün, 15:43Satılır Torpaq
Masazır, Abşeron r.
30 sot -
M 23 000Bugün, 15:37Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 92 m² 14/14 mərtəbə -
M 225 000Bugün, 15:20Satılır Yeni Tikili
Xalqlar dostluğu m., Əhmədli, Xətai r.
2 otaqlı 70 m² 9/11 mərtəbə -
M 800Bugün, 15:18Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Nərimanov r.
3 otaqlı 95 m² 12/13 mərtəbə -
M 142 000Bugün, 15:17Satılır Həyət evi/villa
Mehdiabad, Abşeron r.
4 otaqlı 136 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat