Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir. Eyni zamanda, daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbediciliyi, kirayə gəlirləri və gələcəkdə qiymətlərin dəyişmə ehtimalı bazarın vəziyyətini daha da aktuallaşdırır.
Bəs, Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artmasına hansı amillər təsir göstərir və hazırda bu sahəyə investisiya yatırmaq nə dərəcədə sərfəlidir? Gələcəkdə qiymət artımı davam edə bilərmi və vətəndaşlar əmlak alarkən hansı riskləri və məqamları nəzərə almalıdırlar?Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, daşınmaz əmlak bazarında qiymət artımının əsas səbəblərini bir neçə istiqamətdə qiymətləndirmək olar.
"İlk növbədə, tikinti xərclərinin artması mənzillərin ilkin satış qiymətinə birbaşa təsir göstərir. Tikinti materialları, əməkhaqqı, logistika, mühəndis-kommunikasiya sistemləri və layihələndirmə xərclərinin yüksəlməsi daşınmaz əmlakın bahalaşmasına səbəb olan əsas amillərdəndir. Digər mühüm amil keyfiyyətli və əlverişli ərazilərdə yerləşən daşınmaz əmlak təklifinin məhdud olmasıdır. Bazarın bütün seqmentlərində eyni qiymət dinamikası müşahidə edilmir. Xüsusilə şəhərin mərkəzi hissələrində, inkişaf etmiş infrastruktura malik zonalarda və nəqliyyat qovşaqlarına yaxın ərazilərdə yerləşən əmlakların qiymətlərinin dayanıqlılığını şərtləndirən amillər mövcuddur. Bununla yanaşı, əhalinin daşınmaz əmlaka uzunmüddətli kapitalı qoruma vasitəsi kimi yanaşması da bazara təsir göstərir. İnvestorlar mənzilləri yalnız yaşayış obyekti deyil, həm də gələcəkdə dəyərini qoruya biləcək aktiv kimi nəzərdən keçirirlər. Lakin investisiya baxımından bazara vahid yanaşmaq düzgün deyil. İnvestorun məqsədindən asılı olaraq müxtəlif əmlak növləri fərqli imkanlar təqdim edir".
Ekspert bildirib ki, yaşayış mənzilləri icarə tələbatının yüksək olduğu, nəqliyyat və sosial infrastruktur baxımından əlverişli ərazilərdə yerləşən mənzillər nisbətən sabit gəlir potensialına malik ola bilər:
"Torpaq sahələri şəhərin inkişaf istiqamətlərində yerləşən və hüquqi sənədləri qaydasında olan torpaq sahələri uzunmüddətli perspektivdə kapital artımı üçün maraqlı investisiya vasitəsi hesab edilə bilər. Kommersiya obyektləri insan axınının, biznes aktivliyinin və alıcılıq qabiliyyətinin yüksək olduğu ərazilərdə yerləşən obyektlər icarə gəliri baxımından cəlbedici ola bilər. Yeni tikililər etibarlı tikinti şirkətləri tərəfindən inşa edilən, layihə sənədləri və istismara verilmə məsələləri aydın olan binalar düzgün qiymətləndirildikdə investisiya imkanları yaradır. Bununla belə, peşəkar investor yalnız gəlir perspektivini deyil, mümkün riskləri də nəzərə almalıdır. Əsas risklərə daşınmaz əmlakın real bazar dəyərindən yüksək qiymətə alınması, sənədləşmə problemləri, tikinti layihələrinin gecikməsi, icarə tələbatının düzgün qiymətləndirilməməsi və likvidlik çatışmazlığı daxildir. Xüsusilə tikintinin ilkin mərhələsində mənzil alarkən şirkətin maliyyə dayanıqlılığı, torpaq üzərində hüquqlar, tikintiyə icazələr və müqavilə şərtləri diqqətlə araşdırılmalıdır".
Onun sözlərinə görə, digər vacib məsələ investisiyanın gəlirliliyinin düzgün hesablanmasıdır:
"Mənzilin icarəsindən əldə ediləcək gəliri müəyyənləşdirərkən yalnız aylıq icarə haqqını deyil, təmir, idarəetmə, vergi və sığorta xərclərini, eləcə də mənzilin boş qala biləcəyi müddətləri nəzərə almaq lazımdır. Potensial investorlar bir sıra prinsiplərə əməl etməlidirlər. İlk növbədə, ərazidəki real bazar qiymətləri və son satış göstəriciləri araşdırılmalı, daşınmaz əmlakın hüquqi sənədləri və mülkiyyət hüququ yoxlanılmalıdır. Eyni zamanda, icarə gəlirliliyi və investisiyanın geri dönüş müddəti hesablanmalı, ərazinin yalnız hazırkı vəziyyəti deyil, növbəti 5-10 il ərzində inkişaf potensialı da qiymətləndirilməlidir. Bütün kapitalın bir əmlak obyektinə yatırılmaması və risklərin müxtəlif aktivlər arasında bölüşdürülməsi də vacibdir. Daşınmaz əmlak bazarı uzunmüddətli kapital yatırımı baxımından aktuallığını qoruyur. Lakin istənilən ərazidə, istənilən obyekti almaqla yüksək gəlir əldə etmək yanaşmasını etibarlı investisiya strategiyası hesab etmək olmaz".
Ekspert qeyd edib ki, bazarda uğur qazanmaq üçün üç əsas amil xüsusi əhəmiyyət daşıyır:
"Düzgün lokasiya seçimi, əsaslandırılmış alış qiyməti və gəlir potensialının peşəkar şəkildə hesablanması. Daşınmaz əmlak bazarının gələcək inkişafında üstünlük təsadüfi qiymət artımına ümid edənlərə deyil, bazarı təhlil edən, hüquqi və maliyyə risklərini düzgün qiymətləndirən, uzunmüddətli strategiya ilə hərəkət edən investorlara məxsus olacaq. Əsas məsələ sadəcə daşınmaz əmlak sahibi olmaq deyil, düzgün aktivə, düzgün qiymətə və uyğun zamanda investisiya etməkdir".
-
69
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
M 120 000Dünən, 23:37Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 75 m² -
M 70 000Dünən, 23:22Satılır Həyət evi/villa
Hacı Zeynalabdin r., Sumqayıt ş.
3 otaqlı 100 m² -
M 150 000Dünən, 23:18Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
4 otaqlı 100 m² -
M 45 000Dünən, 23:12Satılır Yeni Tikili
Xırdalan ş.
1 otaqlı 32 m² 15/18 mərtəbə -
M 38 000Dünən, 23:07Satılır Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 42 m² -
M 1 400Dünən, 22:50Kirayə (aylıq) Obyekt
Yasamal r.
65 m² -
M 300Dünən, 22:37Kirayə (aylıq) Həyət evi/villa
Əhmədli m., Əhmədli, Xətai r.
1 otaqlı 20 m² -
M 125 000Dünən, 22:27Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 71 m² 10/12 mərtəbə -
M 1 600Dünən, 22:09Kirayə (aylıq) Yeni Tikili
Səməd Vurğun parkı, Nəsimi r.
2 otaqlı 85 m² 2/15 mərtəbə -
M 497Dünən, 21:41Kirayə (aylıq) Bağ evi
Maştağa qəs., Sabunçu r.
2 otaqlı 16 sot -
M 1 250 000Dünən, 21:41Satılır Yeni Tikili
Nəriman Nərimanov m., 5 nömrəli xəstəxana, Nərimanov r.
4 otaqlı 200 m² 1/18 mərtəbə -
M 800 000Dünən, 21:12Satılır Obyekt
Dərnəgül m., Nərimanov r.
450 m² -
M 155 000Dünən, 21:11Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 78 m² 6/9 mərtəbə -
M 1 500Dünən, 21:02Kirayə (aylıq) Köhnə Tikili
Səbail r.
2 otaqlı 80 m² 3/3 mərtəbə -
M 82 000Dünən, 20:57Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 41 m² 5/8 mərtəbə -
M 195 000Dünən, 20:50Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
7 otaqlı 300 m² -
M 340 000Dünən, 20:50Satılır Yeni Tikili
Koroğlu m., Nərimanov r.
2 otaqlı 79 m² 12/16 mərtəbə -
M 330 000Dünən, 20:49Satılır Yeni Tikili
Yasamal qəs., Yasamal r.
3 otaqlı 73 m² 15/20 mərtəbə -
M 45 000Dünən, 20:48Satılır Yeni Tikili
Dərnəgül m., 7-ci mikrorayon, Binəqədi r.
2 otaqlı 64 m² 3/16 mərtəbə -
M 950Dünən, 20:45Kirayə (aylıq) Köhnə Tikili
Sahil m., Nəsimi r.
3 otaqlı 55 m² 2/2 mərtəbə -
M 66 000Dünən, 20:42Satılır Həyət evi/villa
Azadlıq m., Binəqədi qəs., Binəqədi r.
3 otaqlı 150 m² -
M 235 000Dünən, 20:33Satılır Yeni Tikili
İnşaatçılar m., Yasamal r.
3 otaqlı 75 m² 2/5 mərtəbə -
M 8 000Dünən, 20:31Satılır Torpaq
28 may qəs., Binəqədi r.
2 sot -
M 1 150Dünən, 20:29Kirayə (aylıq) Yeni Tikili
Gənclik m., Dədə Qorqud parkı, Nərimanov r.
3 otaqlı 130 m² 11/13 mərtəbə -
M 185 000Dünən, 20:28Satılır Obyekt
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
92 m² -
M 850Dünən, 20:27Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
4 otaqlı 140 m² 1/5 mərtəbə -
M 600Dünən, 20:27Kirayə (aylıq) Köhnə Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
2 otaqlı 67 m² 1/5 mərtəbə -
M 849Dünən, 20:26Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., 8-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 110 m² 17/20 mərtəbə -
M 750Dünən, 20:26Kirayə (aylıq) Yeni Tikili
20 Yanvar m., Nəsimi r.
2 otaqlı 60 m² 18/22 mərtəbə -
M 950Dünən, 20:23Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., Xətai r.
2 otaqlı 80 m² 14/17 mərtəbə
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller
Qısa məlumat
Qısa məlumat