Melissa Azadlıq

Melissa Azadlıq

994 50 240-39-39

Şirkət haqqında

Layihə haqqında

Yaşayış kompleksi «Melissa Azadlıq» – bu müasir mühəndis sistemləri ilə təchiz olunmuş və mərkəz yaxınlığında yerləşən iki çoxmərtəbəli binadır.

Tikinti Planı

Yeni kompleksin yeri

«Melissa Azadlıq» yaşayış kompleksi Bakı şəhəri, Nərimanov rayonunun Nəsib bəy Yusifbəyli küçəsində B. A. Eyvazov adına Hematologiya institunun yanında yerləşir. Buranın yaxşı ekologiyası var, yaxınlıqda Dədə Qorqud parkı yerləşir, yaxınlığında sənaye müəssisələri yoxdur. Paytaxtın mərkəzinə qədər beş kilometrdən artıq məsafə deyil.

Ətraf infrastrukturu

Yeni kompleksin yaxınlığında bir neçə tibb müəssisələri, aptek, kafe, restoranlar, poçt şöbəsi, eləcə də bank şöbələri mövcuddur. «Nəsimi» bazarına iki yüz metrdən az məsafədir, yaxınlığında ərzaq mağazaları, supermarketlər və ticarət mərkəzləri yerləşir. Qonşuluqda «Jungle» əyləncə mərkəzi yerləşir, beş yüz metr radiusunda daha istirahət edə biləcəyiniz daha iki yer var – «Kamelot», «Melek» əyləncə mərkəzləri.

Məktəb və məktəbəqədər yaşda uşaqları olan valideynlər üçün 42, 47, 258 saylı məktəblərin mövcudluğu, eləcə də yaxınlıqda bir neçə uşaq bağçalarının olması xoş gələcəkdir.

Memarlıq və texniki xüsusiyyətləri

Yeni tikili yerli iqlim xüsusiyyətləri və bölgənin seysmik fəallığı nəzərə alınmaqla müasir üslubda layihələndirilmiş iyirmi mərtəbəli binalardan ibarətdir.

Bina konstruksiyasının yüksək zəlzələ avamlılığını, monolit dəmir beton çərçivə, eləcə də üzərində binanın tikildiyi möhkəm monolit təməli təmin edir. Xarici divarları qabaqcıl texnologiyaların tətbiqi ilə əldə edilən yaxşı enerji qənaəti göstəricilərinə malikdir. Fasadları ekoloji cəhətdən təhlükəsiz istilik izoyasiyası olunur, keramik qranit örtüklü ventilyasiya sistemləri ilə üzlənir.

Pəncərələrin panoram şüşələnməsi həyata keçirilir.

Hər bir binanın dörd korpusu var, blokların hər birində üç səssiz, rahat liftlər quraşdırılır. Korpuslar təchiz olunur:

  • mərkəzləşdirilmiş yanğın əleyhinə sistem;
  • təcili su təchizatı sistemi;
  • hər giriş qapısında quraşdırılmış şifrəli kilid və domofon sistemləri.

Abadlığı

Bütün kompleksin ərazisində avtomobil və piyada yolları çəkilir, avtomaşınların müvəqqəti dayanacağı üçün parkovka yerləri təşkil eilir. İkimərtəbəli yeraltı avtoparkinq, istirahət və uşaq oyun zonaları tikilir. İşıqlar quraşdırılır, video nəzarət sistemi təşkil edilir. Mühafizə xidmətinin yaradılması nəzərdə tutulub. Yaşıl ot örtükləri təşkil olunur, dekorativ kollar və ağaclar əkilir.

Nəqliyyat haqqında

Yeni kompleksin yanından hərəkət fasiləsi altı dəqiqə təşkil edən iki avtobus marşrutları fəaliyyət göstərir. «Gənclik» metro stansiyasına təxminən on dəqiqəlik piyada yoludur.

Mənzillər

Kompleksdə sahəsi 53-164 m2 olan mənzillər mövcuddur. Alıcı daşınmaz əmlakın tam dəyərini dərhal ödəyə bilər və ya beş il müddətinə kreditdən istifadə edə bilər.

Yeni kompleksdə bir, iki, üç və dörd otaqlı mənzillərin satışı təmirli və təmirsiz variantlar ilə həyata keçirilir. Müasir planlaşdırma yüksək səviyyəli rahatlığı təmin edir, tikinti texnologiyası məkanı yenidən planlaşdırmaq imkanı verir.

Kim inşa edir

Tikinti işlərini 2000- ci ildə öz fəaliyyətini başlayan «Melissa Group» şirkəti aparır. Bu müddət ərzində o, bir neçə layihəni uğurla başa çatdırıb və hal-hazırda Bakı şəhəri ərazisində yaşayış obyektləri tikintisini davam edir.

Rəsmi saytda şirkət haqqında məlumat, baş ofisin ünvanı və e-poçt vasitəsilə geridönmə əlaqə forması vardır.

Yerləşmə

Bakı şəh., Azadlıq prospekti və Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsi

Ətraflı məlumat

  • Ad*
  • Əlaqə nömrəsi*