Kirayə mənzillər bahalaşacaq ?
Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakının kirayə mənzil bazarında hər il müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələnlər, turist axınının artması və tələbələrin yerləşmə axtarışları bazarda qiymətlərə təsir göstərən amillər sırasında göstərilir.
Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Azadov bildirib ki, yay mövsümündə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alan tələbələrin geri dönüşü ilə kirayə mənzil fondunda müəyyən boşalmalar yaranır və bu, qiymətlərin nisbətən sabitləşməsinə səbəb olur.
“İstirahət məqsədilə kirayəyə verilən bağ evləri seqmentində isə vəziyyət fərqlidir. Abşeron yarımadasında və Bakı ətrafında yerləşən bağ evlərinə maraq iyunun 15-20-dən sonra artmağa başlayır. Hazırda ev sahibləri bazarı qiymətləndirir və əmlaklarını ilkin mərhələdə daha yüksək qiymətlərlə təklif edirlər. Lakin iyunun ikinci yarısında bazarın real tələbi formalaşdıqca, qiymətlər də daha dəqiq müəyyənləşir".
Ekspert həmçinin vurğulayıb ki, bu il bazarda müəyyən fərqliliklər ola bilər:
"Çünki Ərəb körfəzi ölkələrindən turist axınında azalmalar müşahidə olunur. Bununla belə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayında artım ola bilər. Hazırda bu barədə dəqiq proqnoz vermək çətindir. Bazar hələ formalaşma mərhələsindədir və kirayə verənlər tələbin səviyyəsini müəyyənləşdirməyə çalışırlar.
Şəhərin mərkəzi hissəsində, xüsusilə sutkalıq kirayə mənzillərə tələbat daha yüksəkdir. Subarenda məqsədilə istifadə olunan bir və ikiotaqlı mənzillərin tapılması əvvəlki illərlə müqayisədə çətinləşib. Bunun əsas səbəblərindən biri şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində həyata keçirilən söküntü işləridir".
E.Azadov onu da əlavə edib ki, pilot layihələr çərçivəsində köhnə yaşayış fondunun bir hissəsi dövriyyədən çıxır:
"Nəticədə münasib qiymətə təklif olunan mənzillərin sayı azalır. Onların yerində inşa edilən yeni yaşayış binalarında isə mənzillər daha yüksək qiymətlərlə bazara çıxarılır. Bu da kirayə qiymətlərinə təsirsiz ötüşmür.
Hesab edirəm ki, kirayə mənzil bazarında əsas qiymət artımı ənənəvi olaraq avqust-sentyabr aylarında müşahidə olunacaq”.
- 06.06.2026
- 66
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Digər xəbərlər
Yeni Elanlar
-
80Dünən, 23:53Kirayə (günlük) İstirahət Mərkəzləri
Oğuz ş.
-
177 000Dünən, 23:40Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
350Dünən, 23:27Kirayə (aylıq) Həyət evi/villa
İnşaatçılar m., Yasamal r.
1 otaqlı 15 m² -
600Dünən, 23:27Kirayə (aylıq) Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
1 otaqlı 33 m² 7/9 mərtəbə -
350Dünən, 23:24Kirayə (aylıq) Köhnə Tikili
Nizami m., Yasamal qəs., Nizami Moll, Yasamal r.
2 otaqlı 50 m² 2/2 mərtəbə -
350Dünən, 23:10Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yasamal qəs., Baku Mall, Yasamal r.
2 otaqlı 60 m² 11/12 mərtəbə -
80Dünən, 22:39Kirayə (günlük) Həyət evi/villa
Xaçmaz / Nabran ş.
4 otaqlı 180 m² -
500Dünən, 22:23Kirayə (aylıq) Yeni Tikili
Sumqayıt ş.
2 otaqlı 76 m² 3/16 mərtəbə -
600Dünən, 22:20Kirayə (aylıq) Köhnə Tikili
Nərimanov r.
1 otaqlı 33 m² 7/9 mərtəbə -
20 000Dünən, 22:20Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 60.55 m² 3/8 mərtəbə -
450Dünən, 22:14Kirayə (aylıq) Həyət evi/villa
Həzi Aslanov m., Ağ şəhər, Xətai r.
3 otaqlı 60 m² -
67 000Dünən, 21:34Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 57 m² 6/6 mərtəbə -
250Dünən, 21:31Kirayə (aylıq) Yeni Tikili
Əhmədli m., Əhmədli, Xətai r.
2 otaqlı 50 m² 3/9 mərtəbə -
106 000Dünən, 21:24Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 64 m² 2/7 mərtəbə -
50 000Dünən, 21:02Kirayə (aylıq) Obyekt
Dərnəgül m., 7-ci mikrorayon, Elit ticarət mərkəzi, Binəqədi r.
5000 m² -
800Dünən, 20:29Kirayə (aylıq) Köhnə Tikili
Gənclik m., Nərimanov r.
2 otaqlı 50 m² 4/5 mərtəbə -
265 000Dünən, 20:22Satılır Obyekt
Memar Əcəmi m., 4-cü mikrorayon, Nəsimi r.
74 m² -
900Dünən, 20:21Kirayə (aylıq) Yeni Tikili
Azadlıq m., Binəqədi r.
3 otaqlı 100 m² 16/17 mərtəbə -
1 000Dünən, 20:20Kirayə (aylıq) Obyekt
Köhnə Günəşli qəs., Xətai r.
230 m² -
180 000Dünən, 20:17Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
1 otaqlı 66 m² 4/15 mərtəbə -
55 000Dünən, 20:03Satılır Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 85 m² 4/16 mərtəbə -
608Dünən, 19:52Kirayə (aylıq) Köhnə Tikili
Neftçilər m., 8-ci kilometr, Nizami r.
1 otaqlı 42 m² 3/5 mərtəbə -
2 500Dünən, 19:52Kirayə (aylıq) Obyekt
Binəqədi r.
600 m² -
110 000Dünən, 19:40Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 68 m² 2/9 mərtəbə -
650Dünən, 19:39Kirayə (aylıq) Obyekt
Binəqədi r.
130 m² -
750Dünən, 19:29Kirayə (aylıq) Yeni Tikili
Neftçilər m., Nizami r.
3 otaqlı 75 m² 2/14 mərtəbə -
695 000Dünən, 19:19Satılır Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 6.5 sot -
322 000Dünən, 19:18Satılır Yeni Tikili
Nardaran qəs., Sabunçu r.
3 otaqlı 91.9 m² 2/7 mərtəbə -
168 000Dünən, 19:15Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
3 otaqlı 60 m² 8/9 mərtəbə -
5 500Dünən, 19:15Kirayə (aylıq) Bağ evi
Mərdəkan, Xəzər r.
5 otaqlı 12 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller