Elanı İrəli Çək

Bu funksiyadan istifadə edərək siz elanınızı saytda irəli çəkə bilərsiniz. Bundan əlavə elanınız əsas səhifədə (öz kateqoriyasında) və axtarışın parametrlərində irəlidə qalır.

Premium etmək

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Premium elanlar" bölməsində yerləşdirə bilərsiniz. Premium elanlar saytımızın ən baxım yerindədir. Digər adi elanlara nisbətdə Premium elanlara 10 dəfə çox baxılır.

Reklam

FACEBOOK VƏ İNSTAGRAM-da Sponsor Dəstəkli Reklam: Bu funksiyadan istifadə etdikdə, sizin elan 20.000-30.000 istifadəçiyə çatacaq. O cümlədən Arenda.az facebook və instagram səhifələrində reklam olunacaq.

YOUTUBE-da Reklam

Bu funksiyadan istifadə edərək elanınız video formasında bizim rəsmi "Youtube kanalımızda" yayımlanacaq və 100.000 -lərlə istifadəçilərə təqdim olunacaq.

Xüsusi et

Bu funksiyadan istifadə edərək elanınızı əsas səhifədə "Xüsusi elanlar" bölməsində yerləşdirə bilərsiniz. Xüsusi etdiyiniz elan Google-da axtarış zamanı axtarışın nəticəsində asılı olmayaraq hər bir istifadəçiyə təqdim edilir.

Balansı artır

Balans artır haqqında

   

Diqqət! Əgər zəng etdiyiniz zaman nömrəni Arenda.az saytından götürdüyünüzü desəniz, sizə xüsusi endirim olunacaq.

Kirayə (aylıq) Obyekt, Nəsimi metrosu, 6-cı mikrorayon, Binəqədi rayonu

Elanın kodu: 817903

Baxış sayı: 1012

6-cı mikrorayon dairəsində, Nəsimi metrosu çıxışı yaxınlığında, 4 YOL kəsişməsi- yol kənarında yerləşən "Nəm-Nəm" adlı obyekt-icarəyə verilir. Obyekt "Abşeron" Marketin və "Tütün" köşk yanında qida (kafe, fast-food, dönər, şirniyat, isti yeməklər, milli xörəklər və s) satışı üçün nəzərdə tutulmuşdur. Obyekt 15 kv.m sahəsi olan yol kənarı, qida ilə əlaqəli hər növ fəaliyyətə yararlı obyektdir. Ən önəmlisi önündə 3 metr eninə böyük vitrini, eni 1 metr vitrin arxa qapısı (fortuçka) mövcuddur. Arxa vitrin tipli qapının olması və kiçik satış pəncərəsinin mövcudluğu arxa küçədən keçən müştərilərə də satış olunması üçün əlverişli imkandır. Obyekt 207 saylı binanın qarşısında, iki küçənin (Svetlana Məmmədova və İ.Dağıstanı küçələrinin) kəsişməsində, marşurut Avtobus Dayanacağında yerləşir. 1993-cü ildən (28 ildir) fəaliyyət göstərir. Obyektin qarşısında 26, 79 və s. avtobus marşurutların dayanacağı, avtomobil yolu, parkovka, klinika; yaxınlıqda: metro, yaşayış binaları, villa və fərdi evlər, biznes mərkəzlər, ticarət obyektləri, “Heydər Məscidi”, məktəb-lisey və digər obyektləri yerləşir. Obyekt əhalinin gediş-gəliş yerində və avtomobillərin sıx hərəkət etdiyi yol ayrıcında yerləşdiyinə görə gəlirli fəaliyyət növü üçün uyğundur. Ərazi tamamilə abadlaşdırılmış və müasir görkəm almışdır.Paytaxtın ən sıx məskunlaşma olan ərazilərindən sayıldığını nəzərə alsaq, obyektin - 4 yol ayrıcında yerləşməsi qida satışı (polfabrikat yemək, qidalar, dönərxana, fast-food, qutab, pizza, lahmacun, şaurma, qamburger, kabab, təndir, çörək və un məmulatları mağazası üçün) yararlı olmasına əlverişli zəmin yaradır.Şəkilləri nəzərdən keçirməyiniz tövsiyə edilir. Obyekt yeni təmirdən çıxmış, ön və arxa tərəfdən çətir və işıqlı reklam lövhəsi quraşdırılmışdır. Obyekt arendaya əşyasız verilir. Cari xərclər və vergilər arenda qiymətinə daxil deyil. İcarə şərtləri: (Diqqətlə oxumağınız xahiş olunur) Rəsmi (notarial) minimal 3 illik icarə müqaviləsi ilə, 3 aylıq icarə haqqı miqdarında depozit ödənilməklə obyekt icarəyə verilə bilər. Şərtlərlə razı olmayan və ticarət, qida biznesində uğursuz tarixçəsi olan və ya biznes tarixçəsi olmayan şəxslərin narahat etməməsi xahiş olunur. İcarəyə götürmək istəyən müştərilərin mövcud biznes fəaliyyəti nəzərdən keçirildikdən sonra obyekt icarəyə verilə bilər. Ünvan: Nəsimi metrosu, 6-cı mkr, "Abşeron" Market yanı

 

Ünvan: Nəsimi m.,6-cı mkr, dairəsi "Abşeron"Market yanı.

     

 

2 000 M

  • 15 m2

Elanın tarixi: 04.02.2021

Elanın kodu: 817903

Baxış sayı: 1012

Şikayət etmək

Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller